SEMİNARLAR

s.n.

Məruzəçi

Dərəcə, vəzifə

Mövzu

Kafedra

Tarix

Məkan

1.

Rəhimov Kərim Qənbər oğlu

Dosent

Kafedra müdiri

Tarixi abidələrdə erməni  saxtakarlığının ifşasının müasir innovativ üsullarla  sübutu  yolları

Kristalloqrafiya, mineralogiya və geokimya

30.11.22

Aud.208

Xülasə: Dünyanın müxtəlif ölkələrində (Qədim Misir, Roma, Skandinaviya, Qərbi Avropa, Çin, Orta Asiya, Qafqaz dövlətləri) bizim eradan əvvəlki dövrlərdən bizim eranın XIX yüzillikklərinə qədər tarixi abidələrin tikintisində istifadə olunmuş əhəng, gips, gips pussolan qarışığı, portland sement və digər bağlayıcıların tədqiqinə aid elmi nəşrlər araşdırılmış, bağlayıcıların hazırlanma texnologiyalarının  ümumi və fərqli cəhətləri müəyyən edilmişdir. Məruzədə hörgü daşları və bağlayıcıların rentgenoqrafik, differensial termik, infraqırmızı spektroskopiya, elektron mikroskopik tədqiqatlarla fərqləndirilməsinin, nisbi yaşalarının müəyyən edilməsinin elmi prinsipləri araşdırılmışr, 30 il işğal altında qalmış Qafqaz Albaniyasının xristian tarixi abidələrində erməni saxtalaşdırılmalarının müasir elmi üsullarla sübutu yolları göstərilmişdir.


2.

Rəhimov Kərim Qənbər oğlu

Dosent

Kafedra müdiri

Kaolin gillərinin hidrotermal çevrilməsi ilə alınan JWB tip aşağı silisiumlu seolitlərin quruluş tədqiqatları

Kristalloqrafiya, mineralogiya və geokimya

05.05.22

Yeni bina

Akt zalı

Xülasə: Seolitlər mikroməsaməli kristallik alüminosilikatlardır. Onların quruluşlarında dörd körpü oksigeni ilə birləşən silisium-alüminium-oksigen tetraedrləri böyük boşluqlar və kanallar vasitəsilə üçölçülü karkaslar əmələ gətirir. Boşluqlarda yerləşən Na+, K+, Ca+2, Cs+, Rb+ kimi aşağı yüklü, böyük ölçülü kationlar və su molekulları digər uyğun kationlarla mübadilə edə bilirlər. JWB seolitinin sintezi Çovdar yatağından olan kaolinlərin hidrotermal transformasiyası yolu ilə həyata keçirilmişdir. Çovdar yatağından olan kaolinlərin oksid tərkibi rentgen spektral analizi ilə müəyyən edilmişdir: SiO2-46.61, Al2O3-36.44, TiO2-0.67, Fe2O3-0.10, FeO-0.02, CaO-0.26, MgO-1.12, Na2O-0.05, K2O-0.17, Pnn-14.36, H2O-0.32.% .Kaolinlərin kimyəvi tərkibi, əsas oksidlərin nisbətinə görə (SiO2./Al2O3) seolitlərin sintezi üçün əlverişli xammallardır. Seolitlərin sənaye istehsalının yüksək temperaturda aparılmasının iqtisadi cəhətdən səmərəli olmadığını nəzərə alaraq, təcrübələr orta temperaturlarda hidrotermal şəraitlərdə aparılmışdır.


 

3.

Şirinova  Afət Fəxrəddin qızı

Dosent

Структурный механизм образования ортосиликатов и их аналогов

 

Kristalloqrafiya, mineralogiya və geokimya

22.12.22

Aud.208

Xülasə: Представлены результаты кристаллохимического исследования  роли металлических катионов, родоначальных структурных миналов и структурных единиц в процессе формирования структур орто- и  метасиликатов. Выявлено что, в структурах ортосиликатов для мелких катионов октаэдрическая координация обеспечивается при высоких температурах за счет увеличения размера сферы колебания атома. Для крупных катионов октаэдрическая координация  является верхним пределом устойчивости структуры  и, поэтому, для них характерен оливиноподобный структурный тип.


4.

Məmmədova  Aygün Qalib qızı

Baş müəllim

Mis-pirrotin filizlərində kobalt və nikelin paylanmasının geokimyəvi xüsusiyyətləri

Kristalloqrafiya, mineralogiya və geokimya

24.02.23

Aud.203

Xülasə: Filiz yataqlarında mis-pirrotin filizlərinin yeri, onların mineral tərkibinin və tekstur-struktur xüsusiyyətlərinin, mis-pirrotin filizlərində kobaltın və nikelin paylanma xüsusiyyətlərinin, baş elementlərlə qarşılıqlı əlaqələrinin, onların fərdi, toplayıcı və daşıyıcı minerallarının müəyyən edilməsi, litoloji tərkib, yan süxurların hidrotermal dəyişməsi, filiz cisminə nisbətən məkanca yerləşmə, filizlərin mikroskopik və analitik metodların seçilməsi və s. araşdırılımışdır.


 

5.

Yüzbaşova Ülviyyə Ağa Həsən qızı

Böyük laborant,

dissertant

Skapolit qrupu minerallarının kristallokimyası

Kristalloqrafiya, mineralogiya və geokimya

01.05.2023

Yeni bina

akt zalı

Xülasə: Karkas quruluşlu süxur əmələgətirən alümosilikatlara aid edilən skapolit qrupu mineralları müxtəlif maqmatik və metamorfik süxurlarda geniş yayılmışdır. Daşkəsən metasomatitlərindən götürülmüş skapolit nümunələrinin kristal quruluşları və kristallokimyəvi xüsusiyyətləri araşdırılmış, yataqda skapolitlərin alümosilikat vulkanogen süxurlarda, mərmərlərdə, skarnlaşmış dayka və intruziv əmələ gəlmələrdə rast gəlməsi və metsomatik olaraq ilkin plagioklazları əvəz olunması göstərilmişdir.

 


6.

Şirinova  Afət Fəxrəddin qızı

Dosent

Qarışıq quruluşlu silikatların müqayisəli kristallokimyası

Kristalloqrafiya, mineralogiya və geokimya

27.10.2023

Aud.202

Xülasə: İlk dəfə olaraq qarışıq quruluşlar müxtəlif ölçülü heteropoliedrik komplekslərin və ya struktur vahidlərinin (modulların) birləşməsi kimi qəbul edilir. Qarışıq quruluşları ayırarkən, kimyəvi tərkibdə əlavə anionların və ya anion qruplarının olması, eyni metallik kationların müxtəlif kristalloqrafik vəziyyətlərdə  yerləşməsi, müxtəlif ölçülü metal kationlarının və müxtəlif növ silisium-oksigen radikallarının kimyəvi tərkibində olması və quruluş vahidlərinin ən azı iki müxtəlif strukturdan formalaşması nəzərə alınmışdır. Qarışıq quruluş anlayışı mineralın əmələgəlmə proseslərinin modelləşdirilməsi və qeyri-üzvi sistemlərin məqsədyönlü öyrənilməsi üçün əlverişlidir.


7.

Məmmədova  Aygün Qalib qızı

Baş müəllim

Mazımçay mis-kolçedan yatağı filizlərinin mineraloji tərkibi

 

27.11.2023

Aud.202

Xülasə: Mazımçay mis-kolçedan yatağı filizlərində müasir mineraloji tədqiqatlar ilə aşkar edilmiş 60-dan çox filiz və qeyri-filiz  hipogen mineralların, 30-dan çox hipergen mineralın əmələ gəlmə mərhələlərinə, generasiyalarına, tipomorf xüsusiyyətlərinə və paragenezislərinə aydınlıq gətirilmişdir. Mazımçay mis-kolçedan yatağının  genezisi Böyük Qafqazın cənub yamacında olan kolçedan yataqları ilə müqayisəli təhlili verilmiş. Minerl əmələ gəlmə mərhələlərinin oxşar və fərqli cəhətləri göstərlimişdir. 


8.

Rəhimov Kərim Qənbər oğlu

Dosent

Kafedra müdiri

Hidrotermal mühitlərdə seolit faza əmələ gəlmələrin kristallokimyəvi xüsusiyyətləri

Kristalloqrafiya, mineralogiya və geokimya

29.11.2023

Aud.201

Xülasə: Seminar məruzəsində homogen və heterogen quruluşlu silikat və alümosilikatların, onların qeyri-silikat analoqlarının əmələ gəlməsinin kristallokimyəvi mexanizmi araşdırılır. Faza əmələ gəlmənin hidrotermal mühitin fiziki-kimyəvi şəraitindən (təzyiq, temperatur, qatılıq) və mineral əmələ gətirən komponentlərin oksid nisbətlərindən oksid-qələvi kation, oksid-tetraedrik kation, bərk və maye fazanın nisbəti və digər kristallokimyəvi faktorlardan asılı olaraq verilmiş mühitdə stabil mineral assosiasiyalarının yaranma mexanizminin səbəbləri göstərlir.  

                     

 

 

 

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət