Fakültənin beynəlxalq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün strateji plan hazırlanmışdır:
- Müvafiq ixtisas üzrə kadr hazırlığı aparan Türkiyə, Avropa, MDB məkanına daxil olan dövlətlərin universitetləri ilə təcrübə mübadiləsi-tələbələrin bir və ya bir neçə həftəlik qarşlıqlı təcrübə mübadiləsinin təşkili;
- Müxtəlif Beynəlxalq Mübadilə Proqramlarında (ERASMUS, Mövlanə və s.) iştirak üçün səyləri artırmaq;
- Beynəlxalq tələbə konfranslarında magistrantların iştirakını təmin etmək;
- Mütəmadi olaraq xarici mütəxəssislərin onlayn mühazirələrinin təşkili;
- İkili diplomların verilməsi ilə bağlı (Avropa, Türkiyə və MDB məkanına daxil olan dövlətlərin universitetləri ilə birgə) işlərin aparıması və s.