"BDU könüllüləri" təşkilatı

Universitetin könüllüləri həmçinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbir, sosial layihə və humanitar aksiyalarda fəal iştirak etməklə respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər. Bunun bariz nümunəsi kimi Laçın-Xankəndi yolunda təşkil olunan ekoloji aksiyada 450-dən artıq BDU könüllüsü iştirak edib.

“BDU könüllüləri” təşkilatı, 2019-cu ildən etibarən Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərir. Hazırda təşkilatın 1600-ə yaxın aktiv üzvü vardır.

"BDU Könüllüləri" təşkilatı könüllülük sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və ölkəmizdə fəaliyyət göstərən digər könüllü təşkilatları ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir.
BDU-da könüllülük hərəkatının daha da genişləndirilməsi, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Bakı Dövlət Universitetinin Elmi Şurasının 2023-cü il 27 oktyabr tarixli iclasında könüllük proqramı və BDU-da könüllülük fəaliyyəti qaydaları təsdiq edilməklə “BDU könüllüləri” təşkilatına rəsmi status verilib. Geologiya fakültəsi tələbələri də “BDU könüllüləri” təşkilatının fəal üzvləri sırasındadır. Belə ki, Geologiya fakültəsinin tələbələri, “BDU könüllüləri” təşkilatının təşkil etdiyi müxtəlif tədbir və layihələrdə iştirak edərək, həm akademik və sosial bacarıqlarını inkişaf etdirir, həm də cəmiyyət üçün faydalı işlər görürlər.

 

 Geologiya fakültəsi “BDU könüllüləri” təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə müxtəlif tədbirlər, maarifləndirici təlimlər və maraqlı ekskursiyalar təşkil olunur. Həmçinin Geologiya fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilən intellektual oyunda “BDU könüllüləri” komandası I yeri qazanmışdır. Könüllülərimiz arasından bir çox gənc fakültə və universitetin müxtəlif struktur və bölmələrində təcrübə könüllüsü kimi fəaliyyət göstərərək həm öz biliklərini artırmaqla yeni biliklərə yiyələnir, həm də proseslərin aparılmasında dəstək göstərirlər.

"Özündən başla, bu gün könüllü ol!"

Geologiya fakültəsi “BDU könüllüləri” təşkilatının heyəti:

Sədr:
Ülvi Ağaliyev

Sədr müavinləri:

Jalə Muradova


Nihad Heybətli

Aysel Məmmədova

İdarə heyəti:
1. Aysel Məmmədova - İctimaiyyətlə əlaqələr (PR) üzrə məsul şəxs
2. Nuray Məlikli - Sənədlərlə iş üzrə məsul şəxs
3. Fidan Ələkbərli - İnsan Resursları (HR) üzrə məsul şəxs
4. Fidan Əlizadə - Layihələrlə iş üzrə məsul şəxs
5. Nuray Abduləzli - “Təcrübə könüllüləri” altproqramı üzrə məsul şəxs

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət