Tələbə Elmi Cəmiyyəti

BDU-nun Geologiya fakültəsində hazırda 598-dən yuxarı bakalavr, 42 nəfərə yaxın magistrant təhsil alır, 4 doktorant və 2 nəfər elmlər doktoru proqramları üzrə dissertasiya üzərində çalışır. 

Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır.

Fakültə TEC-in fəaliyyətinə aşağıdakılar daxildir:
• Tələbələrin elmi fəaliyyətə marağının artırılması ilə bağlı tədbirlər 
• Intellektual oyunların təşkili 
• Fakültədaxili olimpiada yarışlarının keçirilməsi 
• Əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi 
• Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmini

Fakültə TEC-in işi güc­ləndirilmişdir. Elmi işə marağı olan tələbələr öz arzularına uyğun kafedralara təhkim olunmuşlar. Vaxtaşırı onların seminarlarda və elmi kon­franslarda məruzələri dinlənilir. Ali məktəb­lər­arası fənn olimpiadalarına hazırlıq məqsədilə məş­ğələlər təşkil olunur.

Hər il savadlı, elmi axtarışlara meyilli tələbələr cəmiyyət sıralarına qəbul olunurlar. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun elmi-tədqiqat işi aparmaq üçün uyğun kafedralara yönləndirilirlər. Hazırda cəmiyyətin 100 nəfərdən çox üzvi var, onlardan 30 nəfəri müxtəlif kafedralarda elmi iş aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir.

TEC-nin üzvləri IV kurs tələbəsi Hüseynov Xəyal və III kurs tələbəsi Əliyev Adnan Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Universitetinin Yer elmləri İnstitutunda 28-30 mart 2025-ci il tarixində keçirilən  “Beynəlxalq Geoloji Tələbə Sammitində (GISS 2025) iştirak etmişlər və məruzə ilə çıxış etmişlər.

TEC mütəmadi olaraq tələbələrin elmi diskussiyaya cəlb edilməsində mühüm rol oynayan elmi seminarlar təşkil edir. Bu seminarlarda tələbələr elmi mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi məqalələrlə tanış olurlar.
TEC dekanlığa yaxından köməklik göstərir. Ümumi respublika olimpiadasına hazırlıq məqsədi ilə fakültə dekanlığı tərəfindən məşğələlər təşkil olunmuşdur. Tələbə Elmi Cəmiyyəti də tələbə qurumu olaraq tələbələrin bu məşğələlərdə fəal iştirakını  təmin edir.


TEC dekanlığa yaxından köməklik göstərir. Ümumi respublika olimpiadasına hazırlıq məqsədi ilə fakültə dekanlığı tərəfindən məşğələlər təşkil olunmuşdur. Tələbə Elmi Cəmiyyəti də tələbə qurumu olaraq tələbələrin bu məşğələlərdə fəal iştirakını  təmin edir.

 

Fakültə Tələbə Elmi Cəmiyyətinin Şura üzvlərinin yeni tərkibi 2 müəllim və 3 tələbədən ibarət olmaqla aşağıdakı şəkildə formalaşmışdır.

1.Nazim İmamverdiyev - Ümumi və tarixi geologiya kafedrasının müdiri -Rəhbər

 2.Günay Hüseynova - Hidrogeologiya və mühəndis geologiyası    kafedrasının müəllimi,

3.Səbinə Dəmirçiyeva - I kurs magistrant

4.Elvina Süleymanova –III kurs bakalavr -Sədr

5.İdris Ağayev - III kurs bakalavr.

Tələbə Elmi Cəmiyyəti Geologiya fakültəsi tələbələri üçün qoşulma linki : Keçid linki

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət