Beynəlxalq proqram və layihələrdə iştirak

AAUW Təhsil Təşkilatı (AAUW Educational Foundation)

AAUW Təhsil Təşkilatı təhsil sahəsində birbaşa qadın və qızların xeyrinə çalışan ölkənin ən böyük özəl maliyyə mənbələrindən biridir.
Təşkilat aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
• təməl araşdırmaları;
• ali təhsil müəssisələrində elmi araşdırma işləri;
• Yer üzünün tanınmış qadınları üçün qrantların təşkili;
• özəl mükafatlar;
• ictimai zəruri layihələrin maliyyələşdirilməsi.
İnternet səhifəsi: https://www.aauw.org/7000/foundation.html

Alfred P. Sloan Təşkilatı (Alfred P. Sloan Foundation, The)

Təşkilatın təməl maraqları və proqramları əsasən 4 sahə üzrə nəzərdə tutulmuşdur:
1. Elm və texnologiya
2. Həyat tərzi, rəqabət və iqtisadiyyat standartları
3. Elm və texnologiyada təhsil və karyera
4.Milli nəşrlər
İnternet səhifəsi: https://www.sloan.org

AT&T Fondu (AT&T Foundation)

Bu fond aşağıdakı 4 proqram üzrə qrant verilməsini təşkil edir:
1. İncəsənət və mədəniyyət
2. Təhsil
3. Səhiyyə və humanitar xidmətlər
4. Beynəlxalq cəmiyyət xidmətləri
İnternet səhifəsi: https://www.att.com/foundation

Avropa Elm Fondu (European Science Foundation)

Əsas məqsəd öndər elmi və araşdırma mali qurumlarını bir araya gətirməklə debatlara çıxarmaq, pan-Avropa təşəbbüslərinin planlaşdırılması və gerçəkləşdirilməsində iştirakını təmin etməklə elmin inkişafında bir aktivləşdirici (katalizator) rolunu oynamaqdan ibarətdir.
İnternet səhifəsi: https://www.esf.org

Avtomasa Fondu (Autodesk Foundation)

Bu fond, orta məktəblərin və sinifdənkənar təhsil imkanlarının genişləndirilməsi üzrə strategiyaların və model proqramların təkmilləşdirilməsi üzrə iş aparır. Bizim fəaliyyətlərimiz hər bir uşağa təhsil almaq üçün tam hüquq və imkan verilməsinin zəruriliyinə əsaslanan bir inama bağlıdır. Hər bir təhsil almış uşaq, məktəblərdə aldığı biliklərlə həyatı boyunca püxtələşdirilmiş təfəkkürünün və təhsilinin tətbiqi yoluyla bu cəmiyyətin gələcək əsrə istiqamətləndirilməsində texniki savadlı, qlobal miqyasda rəqabətçi işçi qüvvəsinə qarşı bacarığı və özünə əminliyi ilə üstün gələcək bilikli vəsiləni təşkil etməkdədir.
İnternet səhifəsi: https://www.autodesk.com/aboutad/foundati/foundati.htm

Beynəlxalq Hərəkətlilik Mərkəzi (Centre for International Mobility (CIMO) )

BHM bütün dünya üzrə gənc araşdırmaçılara (maqistratura və doktorantura tələbələri) öyrətmə və araşdırma fəaliyyətləri üzrə beynəlxalq əməkdaşlığın dəstəklənməsi məqsədilə qrantlar təsis edir. Fəal iştirak və interaktiv təmas araşdırma və öyrətmə nöqteyi nəzərindən xüsusi əhəmiyyət kəsb edir.
İnternet səhifəsi: https://www.cimo.fi

Con D. və Katerin T. Mak Artur Fondu (John D. and Catherine T. MacArthur Foundation, The )

Yerli təşəbbüslər, Təhsil, Ümumi, Sağlamlıq, Üzvlər, Sülh, Əhali, Ətraf mühit, Fond-geniş miqyaslı təşəbbüslər və s.
İnternet səhifəsi: https://www.macfdn.org

Con Saymon Quqenheymin xatirəsinə Fond (John Simon Guggenheim Memorial Foundation)

Bu fond yüksək səviyyəli mütəxəssislərə icraçı incəsənət istisna olmaqla bütün sahələr (təbiət elmləri, içtimai elmlər, humanitar elmlər, yaradıcı incəsənət) üzrə təqaüdlər təyin edir. Tələbələr üçün təqaüdlər nəzərdə tutulmamışdır.
İnternet səhifəsi: https://www.gf.org

Corc Lukas adına Təhsil Fondu (George Lucas Educational Foundation, The)

Corc Lukas adına Təhsil Fondu bütün tələbələrin getdikcə kompleksləşən dünyada yaşamaq və çalışmağa hazırlayacaq təhsil təkmilləşdirmə yönlü ixtiraçı təklifləri dəstəkləyir.
İnternet səhifəsi: https://glef.org

Deutscher Akademischer Austauschdienst (DAAD)

DAAD ali təhsil və Almaniya Federativ Respublikasının tələbə birliklərini təmsilçi təşkilatlardan ibarət müəssisə olub 1925-ci ildə təşkil olunmuşdur.1950-ci ildə yenidən təsis olunan təşkilat beynəlxalq elmi mübadilənin, yabancı mədəniyyətin və elmi siyasətin yayılması, həmçinin inkişaf etməkdə olan ölkələrlə elmi əməkdaşlığın, EU programları olan ERASMUS və LINGUAnın milli təmsilçisi və COMMET və TEMPUS üçün Alman informativ xidmətlərini, praktikant tələbələrin mübadiləsi üzrə IAESTE Milli Komitəsinin xidmətlərini təklif edir.
İnternet səhifəsi: https://www.geist.spacenet.de

Elm Beynəlxalq Fondu (International Foundation for Science)

EBF-nun təklif etdiyi kömək növbəti təbiətə malikdir: araşdırma qrantları şəklində təqdim olunan mali yardım araşdırmaçılara avadanlıq, qısa müddətli istifadə vasitələri, uyğun ədəbiyyatın və s. satın-alınmasına imkanı yaradır. EBF Təchizat Şöbəsi avadanlıqların alışı və çatdırılmasında qrant sahiblərinin adından təşkil edə bilər. EBF öz qrantçıları üçün ərazi emalatxanaları və treninq kursları təşkil edə bilər. Bu qəbildən olan yüksək səviyyəli alimlərin belə iştirak etdiyi elmi toplantılar, qrantçılara öz fikir və ideyalarını bölüşmə və yeni texnoloji irəliləmələrlə tanış olmaq imkanı verir. Qrantçılar elmi iclaslarda iştirak etmək üçün əlavə səyahət qrantları da ala bilərlər.
İnternet səhifəsi: https://ifs.plants.ox.ac.uk/ifs/ifs.HTM

Elmi Araşdırmalar Fondu-Flanders Belçika (Fund for Scientific Research - Flanders (Belgium)

1928-ci ildə Kral 1-ci Albertin təşəbbüsü ilə elmi araşdırmaların dəstəklənməsində İctimai maraqları əks etdirən elmi müəssisə olaraq təşkil olunmuşdur. Flamand Trestlərinin İdarə Heyəti Flamand cəmiyyətinin universitetlərində və elmi araşdırma müəssisələrində təməl elmi araşdırmaların həvəsləndirilməsi və maliyyələşdirilməsi ilə məşğuldur
İnternet səhifəsi: https://193.190.229.2/folder-eng.html

Elmi Tərəqqi Mərkəzi (Education Development Center, Inc.)

ETM dünya miqyasında yenilikçi, ixtiraçı layihələr yaratmaq və idarə etməklə məşğuldur. Bu layihələr araşdırma nəzəriyyəsi ilə təcrübəni birləşdirərək səhiyyə,insan haqları, texnologiya və ətraf mühit məsələləri üzrə mühim addımların atılmasını həvəsləndirən bir çox sahələri əhatə edən layihələr təşkil edir. Bir birindən fərqli olmalarına baxmayaraq ETM-nin bütün layihələrinin əsasında insanın tərəqqisində təhsilin ən əsas faktor və öyrənənlərin, həmin elmi prosesin aktiv və problemləri həllə bağlayan iştirakçıları olduğuna bağlı inam dayanır. Bu inamları rəhbər tutaraq insanın fiziki və mənəvi potensialını gücləndirən, onun gələcəyə və özünə inamını artıracaq layihələr yaradırıq.
İnternet səhifəsi: https://www.edc.org

İBM Beynəlxalq Fondu (IBM International Foundation)

Bu fond tərəfindən maliyyələşdirilən sahələr əsasən Ali təhsil, xəstəxana, yataqxana, tibb bacıları dairəsi, ətraf mühit və mədəniyyət təşkilatları ilə görülən işləri əhatə edir.
İnternet səhifəsi: https://www.ibm.com

İctimai Elmlər üzrə Milli Konsulluq (National Council for the Social Studies (NCSS)

Nümunə ticarət kitabları, sinif müəllimlərinin nailiyyətləri, hal-hazırda həyata keçirilən ictimai elm proqramları, araşdırmaçılar və ictimai elmlərə aid olan və olmayan başqa sahələr üzrə mükafatlar təyin oluna bilər. Corc F. Kram tərəfindən müştərək sponsorluq edilən qrantlara aiddir: İctimai Elmlərin Təkmilləşdirilməsi üzrə ümumi qrant fondu; Krista Mak Olif Mükafatı; Coğrafi savadlılıq üzrə qrantlar.
İnternet səhifəsi: https://www.ncss.org

Kaltek Təqaüd Məsləhət və Resurs Ofisi (Caltech Fellowships Advising and Resources Office)

Bu müəssisə Kaltek tələbələrinə müxtəlif təqaüdlər üzrə araşdırmaların aparılması və bu proqramlara müraciət etmələri üçün geniş çeşiddə xidmətlər təklif edir. Bundan əlavə, tələbələr bizim köməyimizlə xaricdə iş, təhsil və səyahət imkanları barəsində məlumat qazana bilərlər.
İnternet səhifəsi: https://www.cco.caltech.edu

Nyu Yorkun Karneqi Korporasiyası (Carnegie Corporation of New York)

Korporasiyanın dəstəklədiyi 4 əsas proqram: Uşaqların və Gənclərin sağlam və savadlı böyuməsi proqramı; Ölümlə nəticələnəcək konfliktlərin qarşısını alma proqramı; İnkişaf etməkdə olan ölkələrdə insan qüvvəsinin gücləndirilməsi; Xüsusi layihələr.
İnternet səhifəsi: https://www.carnegie.org

Pyu Xeyriyyə Trestləri (The Pew Charitable Trusts)

Trest, mədəniyyət, təhsil, ətraf mühiti mühafizə, sağlamlıq və humanitar xidmətlər, ictimai, siyasət və din sahələrində iş görən qeyri-gəlir təşkilatlarına qrantlar ayırır.
İnternet səhifəsi:https://www.pewtrusts.com Rokkfeller Ailə Fondu (Rockefeller Family Fund) Vətəndaş Təhsilliyi və iştirakı, Qadınlara İqtisadi Ədalət, Ətraf Mühit Təsis Aktivliyi, sərbəstlik.
İnternet səhifəsi: https://www.rffund.org

Royal Cəmiyyət (Royal Society, The)

Royal Cəmiyyət təbii və tətbiqi elmləri təşviq edən müstəqil akademiyadır. Bünövrəsi 1660-cı ildə qoyulmuşdur, araşdırma təşviqi, bu təşviqlərin araşdırma təqaüdləri ilə həyata keçirilməsi, alimlərə fərdi bazada qrantlar, araşdırmaların nəticələrinin görüşlər vasitəsilə yayılması, mühazirələr, sərgilər və nəşrlər.
İnternet səhifəsi: https://britac3.britac.ac.uk/rs

Şərq-Qərb Mərkəzi (East-West Center)

Şərq-Qərb Mərkəzi milli təhsil və araşdırma təşkilatı olub dünyanın ən çox məskunlaşdırılmış və iqtisadi dinamik reqionları sayılan Asiya və Sakit Okean hövzəsi üzrə ən əsas bilik və məlumat mənbəyi sayılır.
İnternet səhifəsi: https://www.ewc.hawaii.edu

Tələbələrin Beynəlxalq Mübadiləsi üzrə Konsulluq (Council for International Exchange of Scholars)

Tələbələrin Beynəlxalq Mübadiləsi üzrə Konsulluq, 1947-ci ildə özəl təşkilat olaraq yaradılmış və ABŞ administrasiyasına Kamil Zəkalar Proqramı üzrə yardım etmə məqsədini rəhbər tutur. Əsas qərargahı Vaşinqtonda yerləşən TBMK hər il 800-ə yaxın elmi işçi və mütəxəssisi Amerikadan kənara və eyni zamanda həmin sayda xarici elmi işçi və mütəxəssisləri isə öz ölkəsinə qəbul edərək bilgi mübadiləsi aparır. Kamil Zəkalar proqramından başqa bir çox digər mübadilə proqramları da TBMK tərəfindən idarə olunur. Bunlara NATO-nun Təkmilləşdirilmiş Araşdırma Ezamiyyət Proqramları və Təsis Qrant Proqramları, Asiyada Asiya Bilikləri Tələbə Proqramı aiddir ki, həmin proqramların bünövrəsi Ford Fondu tərəfindən qoyulmuşdur. TBMK Beynəlxalq Təhsil İnstitutu ilə birləşmişdir.
İnternet səhifəsi: https://www.iie.org/cies

Yerlərdə Araşdırma Mərkəzi (The Center for Field Research)

Yerlərdə Araşdırma Mərkəzi (YAM) 1973-cü ildə Yer Kürəsinin öyrənilməsi məqsədilə təşkil olunmuş və alim və elmi işçilərdən gələn təkliflərə əsaslanan müəssisədir. Özəl qeyri-gəlir müəssisəsi olan YAM beynəlxalq məsləhət komitələrinin tanınmış alim və humanitar elmlər üzrə işçilər tərəfindən dəstəklənməkdədir. YAM-ın təşkili ilə Yer kürəsinin öyrənilməsində, texniki və humanitar elmlərin interdissiplinar və beynəlxalq proqramlarının təkmilləşdirilməsində azad mütəxəssis dəyərləndirməsinin vacibliyinə artıq heç kəs şübhə etmir.
İnternet səhifəsi: https://www.earthwatch.org/cfr/cfr.html

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət