Elmin və texnologiyanın müxtəlif sahələri günü-gündən inkişaf edir. Təbiət elmləri sahəsində baş verən tərəqqi və yeniliklər isə daha sürətli və çoxşaxəlidir. Geologiya fakültəsində təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliyə, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı geoloq mütəxəssislərin hazırlanması istiqamətində kadr hazırlığı həyata kecirilir. Geologiya fakültəsinin əməkdaşları geniş profildə elmi fəaliyyət göstərir, müxtəlif müsabiqə və layihələrin iştirakcıları və qalibləri olublar.
|