AKİF ƏLİZADƏ AĞAMEHDİ OĞLU

AKİF ƏLİZADƏ AĞAMEHDİ OĞLU

AKİF ƏLİZADƏ AĞAMEHDİ OĞLU

Akademik

1956-cı ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) geoloji- kəşfiyyat fakültəsini bitirmişdir. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda işləyir. 1961-ci ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1980-ci ildə Əlizadə Ak.A. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildən isə həqiqi üzvü seçilmişdir. 1976-cı ildən Geologiya İnstitutunun direktoru vəzifəsində işləyir. Böyük alim və elm təşkilatçısıdır. Azərbaycanın təbaşir çöküntülərinin paleontologiyası və stratiqrafiyası üzrə geniş profilli mütəxəssisdir. 1990-cı ildə
Azərbaycan Elmlər Akademiyasının Yer elmləri bölməsinin akademik-katibi seçilmişdir. Əlizadə Ak.A. - Azərbaycanın əməkdar elm xadimi, professordur. O, Azərbaycanın təbaşir çöküntülərinin paleontologiyası və stratiqrafiyası üzrə silsilə işlərinə görə Azərbaycanın Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. Azərbaycanın Elmlər Akademiyasısistemində xarici ölkələrin aparıcı universitetləri ilə əlaqələrin yaradılmasının ilk təşəbbüskarlarından və təşkilatçılarından biridir. «Azərbaycan Elmlər Akademiyasının «Xəbərləri» məcmuəsinin (Yer elmləri seriyası) baş redaktorudur. «Azərbaycan geologiyası» çoxcildliliyinin (8 cild) baş redaktorudur. 2007-ci ildə Milli Elmlər Akademiyasının vitse-prezidenti, 2013-cü ildə isə prezidenti seçilmişdir. 300-dən çox elmi işin, o cümlədən 9 monoqrafiyanın müəllifidir. Azərbaycan geoloqlarının Milli Komitəsinin prezidenti, Rusiya Paleontologiya Cəmiyyətinin həqiqi üzvü, Regional İdarələrarası Stratiqrafiya Komitəsinin sədridir. Şərəf Nişanı ordeni və Azərbaycanın Şöhrət ordeni ilə
təltif olunmuşdur.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət