Ədhəm Şıxəlibəyli 1911-ci ildə Şamaxı qəzasının Bico kəndində (indiki Ağsu rayonu) anadan olmuşdur. 1937-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.Ədhəm Şıxəlibəyli 1947-ci ildə "Boyük Qafqazın cənub yamacının Azərbaycan hissəsinin geoloji quruluşu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1965-ci ildə "Kiçik Qafqazın şərq hissəsinin geoloji quruluşu və tektonik inkişaf tarixi (Azərbaycan)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1968-ci ildə Azərbaycan EA müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.
Ədhəm Şıxəlibəyli 1954-cü ildən etibarən Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərmişdir. Uzun müddət Geologiya və Geofizika İnstitutunun Geotektonika, stratiqrafiya və litologiya şöbəsinə rəhbərlik etmiş Ədhəm Şıxəlibəyli, həmçinin 1969-1971-ci illərdə Əlcəzairdə neft-qaz yataqlarının axtarışını aparan Sovet geoloqlar qrupuna da başçılıq etmişdir.[1]
Akademik 1992-ci ildən ömrünün sonuna qədər Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti vəzifəsində çıxış etmişdir. O, AEA-nın Yer haqqında Elmlər Bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir.
ərqi Qafqazın qırışıqlıq sisteminin əmələ gəlməsinin mərhələlərini müəyyən etmiş, onların struktur zonalara bölmüş və onların yaranmasında şimali-qərbi kembridənqabaq və şimal-şərqi rifey yarıqlarının rolunun elmi əsaslarını vermişdir. O, şimal-şərq istiqamətdə uzanan Qərbi Xəzər gömülmüş qalxımını aşkar etmiş və bu qalxımın Qafqaz qırışıqlıq sisteminin müsbət strukturlarının Xəzər dənizinə yaxınlaşdıqca birləşmələrinə səbəb olmasını əsaslandırmışdır. İlk dəfə olaraq Balakən-Zaqatala regionunda polimetallik filiz yataqlarının aşkar edilməsi perspektivliyini sübut etmişdir.
Ədhəm Şıxəlibəyli 250-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifi və Azərbaycanın geologji, tektonik, paleotektonik, geomorfoloji, neotektonik və metallogenik xəritələrinin, Qafqazın və Avropanın tektonik xəritələrinin həmmüəllifidir.