1953-cü ildə geoloq ixtisası üzrə ADU-nun Geologiya-coğrafiya fakültəsini bitirmiş, Azərbaycan EA Geologiya İnstitutunda işləmişdir. 1956-cı ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun tədqiqatları Kür çökəkliyinin geoloji quruluşunu, inkişaf tarixini və neft-qazlılığını, Azərbaycanın neftli-qazlı dəstələrinin struktur-fasial xüsusiyyətlərini və əmələgəlməsi şəraitlərini, Azərbaycanın ən yeni tektonikasını, Xəzər dənizinin mezo-kaynozoy tarixini dərk etməyə imkan vermişdir. Onun Orta Kür çökəkliyinin neft-qazlılıq proqnozları çökəkliyin Gürcüstan və Azərbaycan hissələrində bir sıra yeni
neft yataqlarının açılması ilə təsdiq olunmuşdur. 1971-ci ildən Ə.V.Məmmədovun elmi fəaliyyəti AMEA-nın Coğrafiya İnstitutu ilə bağlı olmuşdur. O, Azərbaycanda paleocoğrafiya məktəbinin yaradıcısı sayılır. 1988-ci ildə Azərbaycanın Dövlət mükafatı laureatına layiq görülmüşdür. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə AMEA-mn həqiqi üzvü seçilmişdir. 200-ə yaxın elmi əsəri çap olunmuşdur. 20 elmlər doktoru və namizədi hazırlamışdır. Yer elmləri bölməsinin akademik-katibinin müavini işləmişdir. Z.A.Tağıyev adma Azərbaycan Milli Mükafatı laureatıdır.
ƏLİƏŞRƏF MƏMMƏDOV VEYSƏL OĞLU
ƏLİƏŞRƏF MƏMMƏDOV VEYSƏL OĞLU
Akademik