ƏZƏL SULTANOV CƏFƏR OĞLU

ƏZƏL SULTANOV CƏFƏR OĞLU

ƏZƏL SULTANOV CƏFƏR OĞLU

Akademik

1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (hazırda ADNA) bitirmişdir. 1934-cü ildə Azərbaycanın geoloji bürosuna rəis təyin edilmiş, Moskva Neft İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1939-cu ildə namizədlik, 1944-cü ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1945-1948-ci illərdə Geologiya İnstitutunun direktoru, 1952-1956-cı illərdə ADU-nun elmi işlər üzrə prorektoru və «Çökmə süxurların petroqrafiyası» kafedrasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan EA-nın Rəyasət Heyəti yanında Məhsuldar qüvvələri öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya institutunun direktoru vəzifələrində işləmişdir. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir. Litoloqların Azərbaycan məktəbinin yaradıcılarındandır. Ə.C.Sultanov neft-qaz yataqlarının çökmə və vulkanogen-çökmə süxurlarının və onlarla bağlı olan qeyri-metal faydalı qazıntıların litologiyası üzrə görkəmli alimdir. O, ilk dəfə olaraq Azərbaycanın neftli-qazlı məhsuldar qatının əmələ gəlməsinin əsas fasial-siklik qanunauyğunluğunu müəyyən etmişdir. Çoxlu sayda elmlər namizədi və doktorları hazırlamışdır. 300-dən artıq elmi işin, o cümlədən bir neçə monoqrafiyanın müəllifidir.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət