FAİQ BAĞIRZADƏ MƏMMƏD OĞLU

FAİQ BAĞIRZADƏ MƏMMƏD OĞLU

FAİQ BAĞIRZADƏ MƏMMƏD OĞLU

Akademik

1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirib mühəndis-geoloq ixtisası almışdır. 1952-1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun neft və qaz yataqlarının geologiyası kafedrasında assistent işləmişdir. 1953-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1954-1962-ci illərdə kafedranın böyük müəllimi və dosenti işləyib. 1962-1965-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Geoloji-kəşfiyyat fakültəsinin dekanı işləmişdir. 1964-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1964-1965-ci illərdə Birmada Ranqun Texnoloji İnstitutunda professor,1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun xarici vətəndaşların təhsili üzrə fakültəsinin dekanı, 1966-1970-ci illərdə neft və qaz yataqlarının geologiyası kafedrasının professoru, 1970-ci ildə isə kafedranın müdiri vəzifələrində işləyib. Həmin ildə o, ADU-ya rektor təyin edilib. Onun iştirakı ilə universitetin tədris-material bazası xeyli genişlənir, yeni kafedralar, tətbiqi riyaziyyat fakültəsi açılır, bir sıra yeni sahələr tədris olunur, institutlararası elmi tədqiqat hesablama mərkəzi təşkil olunur. 1976-cı ildə F.M.Bağırzadə Azərbaycan EA-ya müxbir üzv, 1983-cü ildə isə həqiqi üzv seçilmişdir. 1980-ci ildə ona Azərbaycan SSR-in əməkdar Elm Xadimi fəxri adı verilir. 1985-ci ildə o, bir qrup alimlə birlikdə «Azərbaycan SSR-in neft və qaz yataqları və perspektivli strukturları xəritəsi»nin tərtibinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Akad. F.M.Bağırzadə 100-dən çox elmi məqalə, 12 monoqrafiya, geologiyanın və geokimyanm müxtəlif problemləri üzrə çox sayda dərslik və tədris vəsaiti dərc edilmişdir.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət