Akademik Musa Mirzə oğlu Əliyev (1908-1985) 1931-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ADNA) texnoloji fakültəsinin dağ-mədən şöbəsini bitirmişdir. 1936-cı ildə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyasını müdafiə etdi. 1936-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda (hazırda ADNA) işləmiş, 1939-cu ildə institutun rektoru təyin edilmişdir. 1941-1942-ci illərdə Moskva, SSRİ Narkomneftin Təhsil Müəssisələri Baş İdarəsinin rəisi və Moskva Neft İnstitutunda dosent işləmişdir. 1943-1950-ci illərdə partiya və hökumət işində rəhbər vəzifələrdə işləmişdir. 1950-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir. 1950-1958-ci illərdə Elmlər Akademiyasının prezidenti olmuşdur. 1951-ci ildə Geologiya İnstitutunda "Mezozoyun paleontologiya və biostratiqrafiya" laboratoriyasını təşkil etmişdir. Onun rəhbərliyi altında Kiçik və Böyük Qafqazın yura və tabaşir çöküntüləri ətraflı öyrənildi. Paleontoloq və stratiqraf kadrlarının hazırlanmasında xidmətlər böyükdür. 1951-ci ildə "Paleontologiya və tarixi geologiya" kafedrasını yaratmış, 1957-ci ildən bu quruma rəhbərlik etmişdir. 1958-ci ildə Moskva Geologiya və Yanar Faydalı Qazıntılar İnstitutunun elmi işlər üzrə direktor müavini təyin edilmiş və orada neftli-qazlı vilayətlərin biostratiqrafik tədqiqi laboratoriyası təşkil edilmişdir. 1967-ci ildə Əlcəzairdə aparılan neft kontrakt işlərinə rəhbərlik etmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. Fəxri neftçi, akad. M.M.Əliyev neft geologiyası, mezozoyun paleontologiya və stratiqrafiya üzrə görkəmli mütəxəssis olmuşdur. 40 elmlər doktoru və namizədi hazırlamışdır. 210 elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifidir.
MUSA ƏLİYEV MİRZƏ OĞLU
MUSA ƏLİYEV MİRZƏ OĞLU
Akademik