1934-cü ildə Azərbaycan Petroleum İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. 1945-ci ildə namizədlik, 1950-ci ildə doktorluq dissertasiyaları müdafiə etdi. 1954-1958-ci illərdə Geologiya İnstitutunun direktoru işləmişdir. 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1958-ci ildə həqiqi üzv seçilmişdir. 1958-1965-ci illərdə ADU-nun rektoru olmuşdur. 1965-ci ildən başlayaraq son illərdə Azərbaycan EA Geologiya İnstitutunun "Neft və qaz geologiyası" şöbəsinin rəhbəri olmuşdur. 1967-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri olmuşdur. Neft və qazın geologiyası və geokimyası sahəsində böyük alim və neftçi-geoloqların Azərbaycan məktəbinin əsasını qoyanlardan biri olmuşdur. Neftin mənbəyinin dərinliyi-biogen nəzəriyyəsinin müəllifidir. Respublikanın termal sularının və bitumlu süxurlarının sənayedə istifadəsi vacibliyini elmi cəhətdən əsaslandırmışdır. Neft geologiyası elminin və təcrübəsinin bir sıra aktual problemlərini araşdırdı. Çox sayda geoloji atlasların, müxtəlif miqyaslı xəritələrin, Azərbaycan geologiyası və neft-qazlılığının fundamental monoqrafiyalarının məsul redaktoru və müəllifidir. 1985-ci ildə onun redaktəsi "Azərbaycan SSR-in neft-qaz yataqları və perspektiv strukturları xəritəsi" sinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Azərbaycan Əməkdar Elm Xadimi, SSRİ-nin fəxri neftçısı və SSRİ qaz sənayesinin fəxri işçisi adlarına layiq görülmüşdür. Akademik Ş.F.Mehdiyev 70-dən çox elmlər doktoru və namizəd hazırlamışdır. 400 elmi əsərin, o cümlədən 40 monoqrafiyanın müəllifidir.
ŞƏFAYƏT MEHDİYEV FƏRHAD OĞLU
ŞƏFAYƏT MEHDİYEV FƏRHAD OĞLU
Akademik