1930-cu ildə dağ-mədən mühəndisi ixtisası üzrə Moskva Dağ-Mədən Akademiyasını bitirmişdir. 1938-ci ildə namizədlik dissertasiyası müdafiə etdi. Moskva Dağ-Mədən İnstitutunun Filiz yataqlarının işlənilməsi kafedrasına rəhbərlik etmişdir. 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etdi. 1953-1954-cü illərdə ADU-nun elmi işlər üzrə prorektoru, 1956-1959-cu illərdə Geofizika kafedrasının müdiri olmuşdur. 1959-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1959-1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta ixtisas təhsili komitəsinin sədri vəzifəsində işləmişdir. 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasının müdiri olmuşdur. 1968-ci ildə Azərbaycan EA-ya həqiqi üzv seçildi. 1970-1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Faydalı qazıntıların işlənilməsi kafedrasının professoru olmuşdur. 1958-ci ildən 1984-cü ilə qədər Azərbaycan EA Geologiya İnstitutunda dağ-mədən sənayesinə rəhbərlik edərək, Azərbaycanda dağ-mədən elminin əsasını qoymuş və onun yaradıcısı olmuşdur. 220 dən çox elmi əsər, o cümlədən 23 monoqrafiya yayımlandı.
ŞİRƏLİ MƏMMƏDOV NƏSİRZADƏ
ŞİRƏLİ MƏMMƏDOV NƏSİRZADƏ
Akademik