VASİF BABAZADƏ MƏMMƏDAĞA OĞLU

VASİF BABAZADƏ MƏMMƏDAĞA OĞLU

VASİF BABAZADƏ MƏMMƏDAĞA OĞLU

Akademik

1960-cı ildə mühəndis-geoloq ixtisası üzrə ADU-nu bitirmişdir. 1964-cü ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1966-cı ildən dosent, 1977-ci ildən professor, 1989-cu ildən AMEA-nın müxbir üzvü, 2014-cü ildən həqiqi üzvüdür. V.M.Babazadə Qafqazın filiz yataqları və metallogeniyası sahəsində görkəmli mütəxəssis, MDB məkanından xeyli kənarda tanınan nüfuzlu Azərbaycan alimidir. Onun endogen filizəmələgəlmə problemi və metallogeniyanın inkişafı üçün böyük töhfə hesab edilən fundamental monoqrafiyaları, problem elmi məqalələri, müəllifi və redaktoru olduğu xəritələr məhz bu məsələyə həsr edilmişdir. İlk dəfə olaraq Aralıq dənizi metallogenik qurşağının ayrı-ayrı seqmentlərinin, o cümlədən Azərbaycanın filiz yataqlarının formasion analizini tətbiq etmiş, Kiçik Qafqazın civə qurşağını ayırmış, lineament və həlqəvi strukturların metallogeniyasının təlimini inkişaf etdirmiş, elmi redaktorluğu və həmmüəllifliyi ilə xəritələr tərtib edilmiş, bu xəritələrin izahlı qeydləri (monoqrafiyası) nəşr edilmişdir. Qafqazın filiz yataqları üzrə ekspertidir. «Kiçik Qafqazın civə yataqlarının geologiyası» monoqrafiyasına görə Dövlət Mükafatı laureatı adına (1978) layiq görülmüşdür. Əməkdar Elm Xadimidir (2000). O, filiz yataqlarının geologiyası və metallogeniyası istiqamətində elmi məktəb formalaşdırıb inkişaf etdirir. Bu elmi məktəbin ayrı-ayrı nümayəndələri hazırda ikinci nəsildən olan elmi məktəb formalaşdırırlar. Ümumiyyətlə, alimin elmi rəhbərliyi altında 10 doktorluq, 30 namizədlik dissertasiyası müdafiə olunmuşdur; nəzəri və tətbiqi baxımdan 30 monoqrafiya və dərsliyin, respublikada və xarici ölkələrdə nəşr edilmiş 300-dən artıq elmi əsərin müəllifidir. «Yerin təki haqqında (1998), «Təhsil haqqında» (2009) Qanunların əsas müəlliflərindəndir. AMEA-nm Yer Elmləri bölməsi bürosunun üzvü, Yer elmləri üzrə Respublika Problem şurasının sədridir. V.M.Babazadə Bakı Dövlət Universiteti Elmi Şurasının üzvü, BDU-nun Elmi-Metodiki Şurası və Attestasiya Komissiyasının sədri, Respublika Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının Rəyasət Heyətinin üzvü və Şuranın «Geologiya və Geofizaka» bölməsinin sədri, Təhsil Nazirliyinin bakalavr və magistr pillələri üzrə (Təbiət elmləri) Dövlət Standartları hazırlayan Komissiyanın sədri, «Bakı Universitetinin Xəbərləri» (Təbiət elmləri seriyası} jurnalının elmi redaktoru, «AMEA-nm Xəbərləri (Yer elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvüdür. V.M.Babazadə Azərbaycan Respublikası Ağsaqqallar Şurası Məclisinin üzvüdür

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət