British Petroleum (BP)

23.12.2022-ci il tarixində Geologiya fakültəsinin tələbələri ilə BP (British Petroleum) şirkətinin əməkdaşları arasında görüş olmuşdur. Görüşdə Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İlqar Quliyev, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov, Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov və Faydalı qazıntılar kafedrasının professoru Şəhla Abdullayeva iştirak etmişdir.
Görüşdə əsasən BP əməkdaşları təcrübə proqramı haqqında məlumat vermişlər. Təcrübə müddətində rəqabətə davamlı əmək haqqı alacaq, əsl komanda işi ilə tanış olacaqları və ən son avadanlıq və texnologiyalardan istifadə etməklə yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə və əməliyyatlarda iştirak edəcəkləri bildirildi. Karyera təşəbbüslərini üzə çıxarmaq və müvəffəqiyyətli karyera üçün lazım olacaq texniki və fərdi bacarıqları inkişaf etdirmək imkanı qazanacaqları diqqətə çatdırıldı.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı və fikir mübadiləsi aparıldı.
 
 
Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət