Fakültədə Elmi-tədqiqat işlərinin səmərəliyini və tədrisin keyfiyyət göstəricilərini yüksəltmək məqsədilə bir sıra xarici ölkələrlə, o cümlədən Türkiyə (İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti), Rusiya (M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Novosibirsk Dövlət Universiteti), Ukrayna (T.Şevçenko adına Kiyev Dövlət Universiteti, Xarkov Dövlət Universiteti), İran (Payami Nur Universiteri), Qazaxıstan (K.İ.Satpayev adına Qazaxsatan Milli Texniki Universiteti), Gürcüstan (Tbilisi Dövlət Universiteti), ABŞ (Mayami Universitetı), Özbəkistan (Geoloji Elmlər Universiteti, “Mineral Xammal İnstitutu”) və digər ölkələrin qabaqcıl elm və təhsil müəssisələrilə elmi əməkdaşlıq aparılır, müştərək elmi məqalələrin və monoqrafiyaların yazılması həyata keçirilir. Mütəmadi olaraq fakültənin tədqiqatçı alimlərinin yerinə yetirdikləri elmi-tədqiqat işlərinin nəticələri digər ölkələrin alimləri ilə bölüşülür və bizim tədqiqatlara maraq göstərilməsi istiqamətində işlər aparılır.
Fakültə əməkdaşlarının Moskva, Sankt - Peterburq Universitetlərinin, REA-nın Yerin fizikası İnstitutunun aparıcı alimləri ilə yaxın zamanlara qədər mövcud olmuş əlaqlərinin yenidən bərpa edilməsi, birgə elmi-tədqiqat layihələrində iştirakı nəzərdə tutulur.
|
![]() |
![]() |
|
![]() |