SOCAR

27.02.2023-cü il tarixində Bakı Dövlət Universitetinin Geologiya fakültəsində SOCAR Media nəzdində “SOCAR Könüllüləri” qrupunda iştirak edən fakültə tələbələrindən ibarət SOCAR Könüllüləri ilə görüş keçirilmişdir. Görüşdə Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, dekan müavini İlqar Quliyev, Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, Hidrogeoloiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov, Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim imamverdiyev, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov, Faydalı qazıntılar kafedrasının professoru Şəhla Abdullayeva, Vaqif Qurbanov, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev, həmçinin qonaq qismində BDU Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və BDU Könüllüləri təşkilatının rəhbəri Nərmin Heydərova iştirak etmişdir.
İlk olaraq Geologiya fakültəsinin dekanı Mamoy Mansurov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin gənclərin təcrübə qazanmaları üçün həm dövlət qurumlarına, həm də özəl sektorla könüllü kimi cəlb olunmaları ilə bağlı tapşırığını rəhbər tutaraq, SOCAR Media nəzdində “SOCAR Könüllüləri” qrupu yaradılıb. 6 ali təhsil müəssisəsindən tələbələrin bir araya gəldiyi Socar Könüllüləri qrupunda BDU-nun Geologiya fakültəsinin 10 tələbəsi də iştirak edir. SOCAR Könüllüləri qrupunda iştirak edən hər bir tələbəmiz təhsil həyatında olduğu kimi sosial həyatda olduqca fərqlənən tələbələr olduğunu diqqətə çatdırdı. Onların fəaliyyət planına nəzər yetirdikdə görülən işləri müsbət qiymətləndirmək olar. Socar Könüllüləri qrupunda iştirak edən hər bir tələbənin gələcəkdə cəmiyyətdə özlərinə layiqli yer tutacaqlarında əmin olduğunu bildirdi.
Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyev SOCAR Könüllüləri qrupunda iştirak edən tələbələrin fəaliyyətinin mütəmadi olaraq dekanlığın nəzarətində olduğunu bildirdi. Həmçinin gələcəkdə də fakültənin fəaliyyət planına uyğun olaraq tələbələrin könüllülük fəaliyyətində daha aktiv iştirak etmələri üçün onlara münbit şəraitin yaradılmasının zərurliyini diqqətə çatdırdı.
Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə fakültə tələbələrinin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirərək bildirdi ki, qardaş ölkə Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən vətəndaşlara yardım üçün yollanan tələbələr arasında Geologiya fakültəsinin tələbələrinin xüsusi əməyi vardır. Zəlzələ bölgəsində bizim könüllü kimi 2 tələbəmiz xilasetmə işlərində iştirak etmişdir. SOCAR Könüllüləri qrupunun fəaliyyətini müsbət qiymətləndirən Vasif müəllim bütün bu fəaliyyətin mənbəyini fakültədə aparılan tədrislə bərabər yüksək səviyyədə həyata keçirilən təlim-tərbiyə işləri ilə əlaqələndirdi.
Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov Socar Könüllüləri qrupunda iştirak edən bütün tələbələrimizi təbrik etdi və onların gələcək fəaliyyətlərində uğurlar arzu etdi.
BDU Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək bildirdi ki, könüllülərin fəaliyyəti təqdirəlayiqdir. Dövlət siyasətinin həyata keçirilməsində gənclərin fəaliyyətinin koordinasiyalı idarə olunması baxımından hər bir gənc bu fəaliyyətə dəstək olmalı, həmçinin öz gələcək fəaliyyət sahəsinə uyğun olraq könüllülük fəaliyyətinə qoşulmalıdır.
BDU Könüllüləri təşkilatının rəhbəri Nərmin Heydərova universitetdə könüllülük fəaliyyətinin geniş vüsət aldığını bildirmişdir. Geologiya fakültəsində təhsil alan tələbələrin də xüsusi fəallığını qeyd edən Nərmin xanım Socar Könüllüləri qrupunda fəaliyyət göstərən tələbələrlə gələcəkdə də koordinasiyalı fəaliyyət göstərəcəklərini bildirdi. İstər dövlət səviyyəsində, istərsə də universitet rəhbərliyi tərəfindən könüllülərin fəaliyyətinə xüsusi diqqətin oldmasının müsbət amil olmasını nəzərə çatdırdı.
Sonda Socar Könüllüləri qrupunun üzvləri ilə xatirə şəkli çəkildi.
Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət