ŞAKİR BALAMMƏDOV RAMAZAN OĞLU

ŞAKİR BALAMMƏDOV RAMAZAN OĞLU

ŞAKİR BALAMMƏDOV RAMAZAN OĞLU

Elmi işlər üzrə dekan müavini

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

Ş.R.Balammədov 1957-ci ildə Balakən rayonunda anadan olmuşdur. Orta məktəbini bitirdikdn sonra 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olmuş, 1980-ci ildə ADU-da təhsilini bitirib mühəndis-geoloq ixtisası üzrə diplom almışdır. 1980-1981-ci illərdə «Krasnoyarskgeologiya» Istehsalat Birliyinin geoloji planalma ekspedisiyasında geoloq və 1981-1983-cü illərdə «Aşağıvolqaboyugeologiya» Istehsalat Birliyinin geoloji-kəşfiyyat ekspedisiyasında hidrogeoloq vəzifəsində işləmişdir. 1983-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin «Paleontologiya və larixi geologiya» kafedrasının «Paleontologiya və stratiqrafiya» ixtisası üzrə əyani aspirantı olmuşdur. Hazırda Bakı Dövlət Universitetinin «Ümumi və tarixi geologiya» kafedrasının baş müəllimidir. 2001-ci ildən Geologiya fakültəsinin dekan müavinidir.

TƏDQİQAT SAHƏSİ

Tədqiqatları Şimali-şərq Azərbaycanın, Abşeron-Balxanyanı zonasının və Qərbi Türkmənistanın yura çökünrülərinin stratiqrafiyası, geoloji inkişaf tarixi və tektonik quruluşunun öyrənilməsinə həsr olunub. Türkmənistanın düzənlik rayonlarında qazılmış quyulardan əldə edilmiş kern materiallarında ikitaylılar sinifinə aid 7 yeni növ təyin etmişdir. «Şimali-şərqi Azərbaycanın  yura çöküntülərinin stratiqrafiyası və onlarla əlaqədar olan faydalı qazıntılar» mövzusunda dissertasiya işini yekunlaşdırmaq üzrədir. 1987-1991-ci illərdə «Paleontologiya və tarixi geologiya» kafedrasında 2 təsərrüfat müqaviləsi üzrə icra olunan elmi-tədqiqat işinin yerinə yetirilməsində iştirak etmişdir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

Bakı və MDB ölkələri şəhərlərində keçirilən (1984,1994,2001-2015) elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Məqalə və tezislərin sayı 50-dən çoxdur.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

2003, Stratiqrafiyanın qeyri-ənənəvi üsulları

2004, Baş Qafqaz silsiləsi zonasının (Azərbaycanın cənub yamacı) bünövrəsinin stratiqrafiyası üzrə yeni məlumatlar

2006, Xəzər: əmələ gəlməsi, geodinamikası, və stratiqrafiyası (birinci məlumat)

2007, Xəzər: əmələ gəlməsi, geodinamikası, və stratiqrafiyası (ikinci məlumat)

2008, Xəzər nefti və geodinamika

2010, О тектонике Азербайджанской части Большого Кавказа (ortaq)

2013, Böyük Qafqazın Azərbaycan hissəsinin cənub yamacında təbaşir çöküntülərinin neftlik-qazlılıq perspektivliyi(ortaq)

2013, Седиментационные и геодинамические обстановки формирования верхнеюрского комплекса Юго-восточного Кавказа

2014,История геологического развития и условия осадконакопления в юрском периоде Большого Кавказа (азербайджанская часть)

2014, Böyük Qafqazın azərbaycan hissəsinin geoloji inkişaf tarixi və çöküntülərin çökmə rejimi və şəraiti (ortaq)

2015, Yan silsilənin orta yura çöküntülərinin litoloji və paleontoloji səciyyəsi (ortaq)

2017, Эколого-геохимические особенности почвы и травянистой растительности Кацдагского медно-пирротинового месторождения. Горно-геологический журнал, Казахстан, г.Житикара, №1-2 (49-50), с.48-51

2017, Qusarçay-Qudyalçay çaylararası yüksək dağlıq qurşağın bayos çöküntülərində mikroelementlərin yayılması. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları, 17-18-may 2017, s.122-124

2017, Kiçik Qafqazın dəniz faunasının inkişafına mühitin temperaturunun təsiri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları, 17-18-may 2017, s.99-100

2017, Böyük Qafqazın cənub yamacında mezozoy maqmatizminin inkişafı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları, 17-18-may 2017, s.37-40

2017, Böyük Qafqazın şimal-çərq hissəsinin orta və üst yura çöküntülərinin faydalı qazıntıları. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları, 17-18-may 2017, s.35-37

2017, Биокомплексы позднемеловой беспозвоночной морской фауны Гянджачайского синклинального прогиба Малого Кавказа. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktualproblemləri” mövzusunda Respublika Elmi Konfransının materialları, 17-18-may 2017, s.100-102

2018, Böyük Qafqazın şimal-şərq yamacının Yura çöküntülərinin geoloji öyrənilmə mərhələləri və stratiqrafiyası. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları,  s.151-156

 

KİTABLAR

2010, Paleontologiya, dərslik

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət