ELAN: BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edir
BAKI DÖVLƏT UNİVERSİTETİ
27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş
BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edir
Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin məqsədi BDU-nun il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş əməkdaşlarının mükafatlandırılmasıdır.
Müsabiqə qaliblərinin mükafatlandırılması:
Müsabiqə üzrə qaliblər aşağıdakı nominasiyalar üzrə “İlin alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:
1-ci yer:
Təbiət və texnika elmləri üzrə - 1 nəfər (2 500 manat);
Humanitar və ictimai elmlər üzrə - 1 nəfər (2 500 manat).
2-ci yer:
Təbiət və texnika elmləri üzrə – 1 nəfər (1 500 manat);
Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 500 manat).
3-ci yer:
Təbiət və texnika elmləri üzrə – 1 nəfər (1 000 manat);
Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 000 manat).
Müsabiqəyə təqdim olunan iddia sənədlərinin qiymətləndirilməsi meyarları:
Müsabiqəyə təqdim olunan iddia sənədləri aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:
2020-ci ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 5-dən az olmamalı, o cümlədən:
təbiət və texnika elmləri sahələri üzrə ən azı 3 məqalə Web of Science;
humanitar və ictimai elm sahələri üzrə ən azı 2 məqalə Web of Science, Scopus, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO, EconLit və digər nüfuzlu
beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunmalıdır (əsli və/və ya surəti, PDF formatda, DOİ və internet linki göstərilməklə müsabiqəyə təqdim olunmalıdır);
1.1. beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunan məqalələrin qiymətləndirilməsi:
Web of Science bazasına daxil olan:
- Q1 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 50 bal;
- Q2 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 40 bal;
- Q3 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 30 bal;
- Q4 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 20 bal;
Scopus, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO və ya EconLit bazalarına daxil olan jurnallarda – məqalə sayı × 20 bal;
1.2. Digər jurnallarda
– məqalə sayından asılı olmayaraq ümumilikdə 20 bal;
2020-ci ildə dərc olunmuş monoqrafiya və kitablar, atlaslar, icmallar (əsli və/və ya surəti, PDF formatda):
– sayı × 50 bal (Academic press, IOP Publishing Ltd,Taylor & Francis Ltd, American Institute of Physics, International Thomson Publishing, Springer, Oxford University Press, Cambridge University Press, Wiley, İntechOpen və s. kimi nüfuzlu beynəlxalq nəşriyyatlarda nəşr edilmiş);
– sayı × 25 bal (Azərbaycanda nəşr edilmiş və ISBN-ə malik);
2020-cı ildə alınmış ixtiralar, patentlər (surəti):
– sayı × 50 bal (beynəlxalq);
– sayı × 25 bal (Azərbaycan və Avrasiya);
Elmi işlərə 2020-ci ildə olunan istinadlar (müəllif(lər)in özünə olunan istinadı istisna olmaqla, H-indeksi, SCOPUS, Web of Science, Google Scholar üzrə statistika (linklər göstərilməklə))
– sayı × 10 bal;
Multidisiplinar və tətbiqi xarakterli dərc olunmuş elmi işlər (konkret əsaslandırılmaqla)
– sayı × 10 bal;
Respublika, regional və beynəlxalq səviyyəli konfrans, simpozium və digər elmi tədbirlərdə (o cümlədən, online olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə)
– sayı × 10 bal (beynəlxalq);
– sayı × 5 bal (Azərbaycan və regional);
Respublika, regional və beynəlxalq səviyyəli qrantlar üzrə işlər (2020-ci ildə yerinə yetirilmiş, konkret göstərilməklə)
– sayı × 50 bal (beynəlxalq);
– sayı × 25 bal (Azərbaycan və regional);
8. Elmin kütləviləşdirilməsi üzrə fəaliyyət, yığıncaqlarda, ictimaiyyətlə görüşlərdə (o cümlədən, onlayn olmaqla) elmi-kütləvi çıxışlar, TV, radio, internet TV-lərdə çıxışlar, KİV-lərdə müsahibələr, yazılar (surətləri əlavə olunmaqla, böyük həcmli materiallar üçün isə internet linki göstərilməklə)
– sayı × 5 bal;
Şəxsi professional internet, Research-Gate, Mendeley, Academia, Linkedin və digər səhifələrinin mövcudluğu (linklər göstərilməklə)
– sayı × 5 bal;
10. Dövlət Proqramlarının yerinə yetirilməsində iştirak (2020-ci ildə, konkret göstərilməklə)
– sayı × 10 bal;
11. Dövlət təltifləri və ya mükafatları (2020-ci ildə, sənədlərin surətləri təqdim olunmaqla)
– sayı × 50 bal;
12. Kadr hazırlığı (2020-ci ildə müdafiə etmiş, konkret göstərilməklə)
elmi rəhbər və elmi məsləhətçi (fəlsəfə və ya elmlər doktorluğu) – sayı × 40 bal;
elmi rəhbər (magistratura səviyyəsində) – sayı × 10 bal;
elmi rəhbər (bakalavriat səviyyəsində) – sayı × 5 bal.
13. Respublika və xarici (Web of Science, Scopus, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO, EconLit və digər nüfuzlu bazalara daxil olan) elmi jurnallarda təmsilçilik (redaktor, redaktor müavini, məsul katib, redaksiya heyətinin üzvü – konkret göstərilməklə, internet linkləri əlavə olunmaqla)
xarici – sayı × 10 bal;
Azərbaycan – sayı × 5 bal;
14. Kitab (nüfuzlu nəşriyyatlarda nəşr edilmiş) redaktoru və ya rəyçisi (əsli və ya ilk əsas səhifələrinin surətləri təqdim olunmaqla)
redaktor – sayı × 30 bal;
rəyçi – sayı × 15 bal;
15. Respublika və xaricdə nüfuzlu nəşriyyatlarda dərc olunmuş nəşrlərdə, həmçinin ölkədaxili və beynəlxalq layihələrdə resenzent fəaliyyəti (məqalələr, qrant layihələri və s.)
– sayı × 10 bal;
16. Müdafiələrdə opponentlik fəaliyyəti (2020-ci ildə, konkret göstərilməklə)
– sayı × 20 bal;
17. Elmi-təşkilati işlərlə bağlı (dissertasiya şurası, dissertasiya şurasının elmi seminarı və s. kimi digər) fəaliyyət (2020-ci ildə, konkret göstərilməklə)
– sayı × 5 bal;
18. Respublika, regional və beynəlxalq elmi təşkilatlarda, cəmiyyətlərdə və ittifaqlarda üzvlük və ya rəhbərlik (konkret göstərilməklə, internet linkləri əlavə edilməklə)
rəhbərlik:
– sayı × 50 bal (beynəlxalq);
– sayı × 25 bal (Azərbaycan və regional);
üzvlük:
– sayı × 20 bal (beynəlxalq);
– sayı × 10 bal (Azərbaycan və regional);
Müsabiqənin keçirilmə müddəti:
1. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2021-ci il 12 fevral tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;
2. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2021-ci il 15 mart saat 17:00-dır.
Müsabiqəyə sənədlərin təqdim olunması:
1. İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada) [email protected] ünvanına təqdim etməlidirlər.
2. Müsabiqədə yalnız BDU-nun əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.
3. Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir nəşr (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.
4. Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.
5. Digər müvafiq ölkədaxili və ya regional/beynəlxalq mükafat müsabiqələrində mükafatlandırılmış işlər bu müsabiqəyə təqdim edilə bilməz.
6. Bu müsabiqə çərçivəsində mükafatlandırılan işlər cari ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.
Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər və elektron daşıyıcılar bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində saxta sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına səbəb olur.
Əlavə məlumat üçün:
Tel: (+994 12) 538 60 63
E-mail: [email protected]