28 dekabr 2022-ci il tarixində saat 14:00-da fakültənin "İÇMƏLİ SU: PROBLEMLƏR, HƏLL YOLLARI" mövzusunda növbəti elmi seminarı keçiriləcəkdir
Məlum olduğu kimi, planetin 70,8 %-ni su əhatə edir, bunun 2%-ni (29 mln km3) şirin su, onun da 0,004%-ni çay suları təşkil edir. Buna baxmaya-raq, 80-dən artıq ölkə icməli su çatışmazlığından əziyyət çəkir. Azərbaycan da şirin su ehtiyatları məhdud olan ölkələr sırasındadır.Azərbaycanda içməli su ilə bağlı mövcud problemlər araşdırılmışdir. Müəyyən edilmişdir ki, içməli su probleminin yaranmasının əsas səbəbi bütün dünyada müşahidə olunan qlobal istiləşmə olsa da, yeraltı su ehtiyatlarından qeyri-səmərəli istifadə də həmin problemin yaranmasında əhəmiyyətli rol oynayır. İçməli su çatışmazlığı ilə bağlı problemlərin həll yolları nəzərdən keçirilmişdir.