ELMİ İSTİQAMƏT VƏ ELMİ-TƏDQİQAT MÖVZULARI

İstiqamət:   Azərbaycanın qeyri-filiz və filiz yataqları və təzahürlərinin mioneralogiyası və geokimyası

1. Qarışıq quruluşlu silikatlarda quruluş tipomorfizmi, yeni mineralların tərkibinin proqnozlaşdırılması və quruluşun modelləşdirilməsinin kristallokimyəvi aspektləri

 Mövzunun rəhbəri: dosent Kərim Rəhimov

İcraçılar:  dosent Afət Şirinova

Məqsəd: Mikrosəviyyədə mineral əmələgəlmə proseslərində əldə edilmiş nəticələr əsasında mineralların kristal quruluşlarında gizli faydalı komponentlərin paylanma qanunauyğunluqlarının öyrənilməsi

Nəticə: Müxtəlif ölçülü heteropoliedrik komplekslərin və ya struktur vahidlərin müxtəlif nisbətlərdə birləşməsi kimi qəbul edilən qarışıq quruluş hadisəsinə aydınlıq gətirilməsi

Təcrübi əhəmiyyəti: Qarışıq quruluşların öyrənilməsi, mineral əmələgəlmə proseslərində mühüm rol oynayan qarışıq quruluş əmələ gəlmənin kristallokimyəvi mexanizminin modelləşdirilməsi


 

2. Hidrotermal mühitdə homogen və heterogen karkaslı silikatların quruluşlarının formalaşma mexanizmi və müqayisəli kristallokimyası

Mövzunun rəhbəri:dosent Kərim Rəhimov

İcraçılar: dosent Kərim Rəhimov
Məqsəd: Müxtəlif quruluşlu silikat mineralları əsasında mikroməsaməli karkas alümosilikatların, seolitlər və seolitə bənzər quruluşlu mineralların hidrotermal şəraitlərdə kristallokimyəviformalaşma mexanizminin öyrənilməsi
Nəticə: 7NaO∙Al2O3∙34SiO2∙6CaO∙NaCl∙KF tərkibli sintetik şüşələrin KOH mühitində hidrotermal kristallaşması ilə, K4Na2 [Ca2 (Si6Al2O19)(F,Cl)2]·H2O tərkibli, qarışıq karkas quruluşlu delxayelit mineralının yeni növmüxtəlifliyi alınmış, monoklinik qəfəsin parametrləri “APEX-II ADVANCE” avtodifraktometrində dəqiqləşdirilmişdir: a=11,783 (5); b=8,512 (4); c=11,662 (7),β=112,70, fəza qrupu P21/m, z=2.
Təcrübi əhəmiyyəti: İon dəyişdiricilərin adsorbentlər kimi istifadə edilən qarışıq quruluşlu silikatların alınması


 

3. Daşkəsən intruziyasının silikat minerallarının quruluşu, quruluş tipomorfizmi və mineraloji-kristallokimyəvi səciyyəsi

Mövzunun rəhbəri: dosent Kərim Rəhimov

İcraçılar: Aygün Məmmədova, Ülviyyə Yüzbaşova
Məqsəd: Daşkəsən intruziyasında rast gələn silikat minerallarının quruluş, tərkib, əmələgəlmə şəraiti arasında koorelyasiyaların tapılması
Nəticə: Daşkəsən metasomatitlərindən götürülmüş paravollastonitin – Ca3Si3O9 kristal quruluşunun dəqiqləşdirilməsi nəticəsində vollastonit ailəsinə xaratkter olan [Ca(H2O)3[Si3O5(OH)5] - tərkibli quruluş vahidinin əmələ gəldiyi müəyyən edilmiş və bununəsasında intruziyada bir sıra yeni kalsium silikatlarının mövcudluğu kristallokimyəvi cəhətdən əsaslandırılmışdır.
Təcrübi əhəmiyyəti: Müxtəlif mineral əmələgəlmə şəraitində vollastonitinin quruluşca fərqli politip modifikasiyalarının alınmasının səbəblərinin müəyyən edilməsi

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət