QISA BİBLİOQRAFİK MƏLUMAT
1938-ci il sentyabrın 02-də Bakı şəhərində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1945-1955-ci illərdə 1 və 7 saylı Bakı şəhər orta məktəblərində oxuyub.
1955-1960-cı illər – Azərbaycan Dövlət Universitetinin (hazırda – BDU) geologiya- coğrafiya fakültəsində oxumuş və mühəndis-geoloq ixtisasına yiyələnmişdir.
1959-1961-ci illər SSRİ Geologiya Nazirliyi 1 saylı Geoloji-Kəşfiyyat Trestinin Qafqaz Kompleks Geoloji Ekspedisiyası (Şimali Qafqaz)
1961-ci ildən – BDU-da çalışır.
1960-ci ildə ADU-nu bitirmişdir
Namizədlik (PhD) dissertasiyası: «Kiçik Qafqazın ofiolit zolağının xromit yataqlarının geoloji əmələ gəlmə və yerləşmə şəraitləri». Bakı,1964
Dosent, 1965
Doktorluq dissertasiyası: «Sevan-Qarabağ zonasının endogen filiz formasiyaları» (Kiçik Qafqaz). Novosibirsk,1975
Professor, 1977
ƏMƏK FƏALİYYƏTİ
1959-1961 – SSRİ Geologiya Nazirliyi, I saylı Geoloji-kəşfiyyat Trestinin Qafqaz Kompleks Geoloji-Kəşfiyyat ekspedisiyası – böyük kollektor, böyük geoloq, geoloji kəşfiyyat partiyasının rəisi – Şimali Qafqaz
1961-1964 – ADU, qiyabi aspirant – kiçik elmi işçi, əyani aspirant
1964-1965 – ADU, geologiya-coğrafiya fakültəsi, Faydalı qazıntılar kafedrasının müəllimi
1966-1976 – Faydalı qazıntılar kafedrasının dosenti
1967-1968 – Geologiya-coğrafiya fakültəsinin dekan müavini
1977 – Faydalı qazıntılar kafedrasının professoru
1973-1980 – Geologiya-coğrafiya fakültəsinin dekanı
1986-h/h – Faydalı qazıntılar kafedrasının müdiri
1989-h/h – Yer ehtiyatların aerokosmik tədqiqatları ETL-in elmi rəhbəri
«Faydalı qazıntıların geologiyası» fənnini tədris edir
ÇAPDAN ÇIXMIŞ ELMİ ƏSƏRLƏRİNİN ÜMUMİ SAYI
350-dən artıq elmi əsəri vardır, o cümlədən 43 monoqrafiya və dərsliyin, 3 nəşr olunmuş strateji əhəmiyyətli xəritələrin müəllifidir. Xaricdə çap edilmiş əsərlərinin sayı - 80, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdiriliən jurnallarda çap olunan məqalələrin sayı - 40
KADR HAZIRLIĞI: 45
13 elmlər doktoru və 32 elmlər namizədi (və fəlsəfə doktoru) hazırlamışdır
ƏSAS ELMİ NAİLİYYƏTLƏRİ
İlk dəfə olaraq yerin ofiolit gurşağının metallogeniyasını işləmiş, Kiçik Qafqazın böyük uzunluqlu civə qurşağını ayırmış, Cənubi Qafqazda uzun müddət endogen aktivliyini itirməyən lineament zonalar və həlqəvi strukturlar müəyyən etmişdir. Azərbaycanın kosmotektonik xəritəsini (miqyas 1:600.000), Azərbaycanın faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə regional çatlılıq xəritəsini (miqyas 1:600.000), Naxçıvan Muxtar Respublikasının kosmotektonik xəritəsini (miqyas 1:200.000) tərtib etmiş, Aralıq dənizi metallogenik qurşağının ayrı-ayrı seqmentlərinin öyrənilməsində formasion analizi tətbiq etmiş, filiz-maqmatik sistemlərin geoloji-genetik modellerini işləyib hazırlamış, ada qövsləri paleosistemlərinin nəcib metal saxlayan sulfid yataqlarının metallogenik xüsusiyyətlərini və geodinamik inkişaf şəraitini təhlil etmişdir. Azərbaycanın qızıl, mis, molibden və xromit yataqlarının proqnozlaşdırılmasını və sənaye perspektivliyinin qiymətləndirilməsini həyata keçirmiş, respublikanın ayrı-ayrı struktur-formasion zonalarında qara, əlvan və nəcib metal yataqlarının aşkar edilməsini nəzəri cəhətdən əsaslandırmışdır.
DİGƏR FƏALİYYƏTİ
«Xidməti istifadə üçün» qrifi altında ekspert kimi elmi-tətbiqi tutumlu layihələr hazırlamış, Azərbaycanda fəaliyyət göstərən bir neçə xarici şirkətlərin (Londex Resources, Eym Rock) elmi məsləhətçisi olmuşdur,
«Yerin təki haqqında» (1998) və «Təhsil haqqında» (2009) Qanunların hazırlanmasında bilavasitə iştirak etmişdir.
Azərbaycan Respublikası Ağsaqqallar Şurası Məclisinin üzvüdür.
TƏDQİQAT SAHƏSİ
Faydalı qazıntı yataqlarının geologiyası; metallogeniya
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- AFR, Rusiya, Çin, Türkiyə, İran, İspaniya, Albaniya, Gürcüstan, Serbiya, Ukrayna və digər ölkələr.
- Баба-заде В.М., Абдуллаева Ш.Ф. Гейдар Алиев и каспийская нефтяная эпопея // Heydər Əliyev və Azərbaycanın neft strategiyası: Neft-qaz geologiyası və geotexnalogiyalarında irəliləyişlər. Beynəlxalq elmi-praktiki konfransın materialları 2023, 23-26 may 21-26
- Akademik Vasif Babazadənin 85 illik yubileyinə həsr olunmuş Geologiya: nəzəriyyə və praktikanın vəhdəti mövzusunda Respublika elmi konfransı (19-20 dekabr 2023-cü il) keçirilmişdir
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 2018, Baba-zadeh V.M., Kekeliya S.A., Imamverdiyev N.A., Kekeliya M.A., Mansurov M.I., Takhmazova T.G., Ismayilova A.M., Rasulova S.K., Ismayilova N.N. Gold deposits of paleoisland arc of the Lesser Caucasus and Eastern Pontide // The 36th National and the 3rd International Geosclences Congress. 25th-27th Tehran, Iran. 2018 9p.
- 2019, Baba-Zadeh V., Mursalov S., Veliyev A., Abdullayeva Sh., Bayramov A., Talibov M. Geochemical anomalies in the NW flank of Gedabek mine (Lesser Caucasus, Azerbaijan) // International Journal of Mining Science (IJMS), ISSN 2454-9460 (Online) 2019 Volume 5, Issue 1 PP 31-42 DOI: http://dx.doi.org/10.20431/2454-9460.0501005 arcjournals.org
- 2019, Baba-zadeh V.M., Mursalov S.S., Veliyev A. A., Abdullayeva Sh.F. Mineral association, gold mineralization and deposit type of the Reza gold deposit (Gedabek ore district, Lesser Caucasus, Azerbaijan) // Insights in Mining Science & Technology (IJMS) December p 2019 Volume 1, Issue 5 128-136 DOI: 10.19080/IMST.2019.01.555572 me 1 Issue 5- December 2019 DOI: 10.19080/IMST.2019.01.555572
- 2019, Babazadə V.M., Vəliyev Z.A., Mansurov M.İ., Abdullayeva Ş.F., və b. Aster peyk məlumatlarindan istifadə etməklə hidrotermal dəyişilmə və minerallaşma zonalarinin müəyyənləşdirilməsi (Gədəbəy filiz rayonu) // Bakı Universitetinin xəbərləri, təbiət elmləri seriyası 2019, 1, 69-78
- 2020, Баба-заде В.М., Мансуров М.И., Абдуллаева Ш.Ф. Редкоземельные элементы в магматических и метасоматических породах Муровдагского рудного района (Малый Кавказ) // Геохимия Импакт-фактор РИНЦ 2018, 1,607 2020 2 178-184 DOI: 10.31857/S0016752520020053
- 2020, Baba-zadeh V.M., Mansurov M.I., Abdullayeva Sh. F. Rare-Earth Elements in Magmatic and Metasomatic Rocks of Murovdag Ore Area (Lesser Caucasus) // Geochemistry International 2020 58, No.2 229-234 DOİ https://doi.org/10.1134/S0016702920020056 Impact Factor: 0,835
- 2020, Абдуллаева Ш.Ф., Баба-заде В.М., Исмаилова Н.Н. Пространственно-временные и генетические соотношения вулканогенных золотосодержащих сульфидных месторождений островодужных зон // Горный журнал, 2020 , №8 (2277), с.23-32.
- 2021, Баба-заде, В.М., Исмаилова Н.Н., Имамвердиев Н.А., Абдуллаева Ш.Ф. Геохимические особенности Тулаларского золоторудного поля // Известия Учебных заведений. Северо-Кавказский регион. Естественные науки, 1, 2021, 39-51, doi 10.18522/1026-2237-2021-1-39-51
- 2021, Керимли У.И., Баба-заде В.М., Абдуллаева Ш.Ф. Гидротермально-метасоматические породы Ордубадского рудного района и связанная с ними золоторудная минерализация (Малый Кавказ). Петрология и геодинамика геологических процессов: Материалы XIII Всероссийского петрографического совещания (с участием зарубежных ученых). Иркутск. 06 ‒13. IX 2021 г. Том 2, К-П, c.21-24
- 2021, Баба-заде В.М., Абдуллаева Ш.Ф. Состояние представлений о генезисе и взаимосвязи даек и золото-сульфидного оруденения Вежналинского рудного поля // Вестник Бакинского Университета, серия естественных наук, 2021, № 1, с.48-61
- 2021, İmamverdiyev N.A., Baba-zadeh V.M., Mursalov S.S., Veliyev A. A., Mansurov M.İ., Abdullayeva Sh.F. New perspective Reza gold deposit (Gedabek ore district, Lesser Caucasus, Azerbaijan) // Journal of Geology, Geography and Geoecology, - Dnipro, Ukraine. v.30, no.1.53-64 2021 Web of Science Doi:10.15421/112106
- 2021, Абдуллаева Ш.Ф., Баба-заде В.М., Имамвердиев Н.А., Исмаилова Н.Н. Эпитермальное золотосульфидное месторождение Тулаллар: особенности строения, геолого-структурная характеристика и закономерности оруденения // Горный журнал, 2021 , №9 (2290), 53-60
- 2022, Babazadə V.M., Vəliyev H.Ö., İsmayilova N.N. Azərbaycan ərazisində filiz və qeyri filiz yataqlarının axtarışında maqnitometrik tədqiqatların rolu (Göygöl rayonu ərazisində yerləşən 2002-ci ildə kəşf olunmuş Tülallar yatağının timsalında) // Azərbaycanda geofizika yenilikləri 2022 No 1-2, 32-37
- 2023, Баба-заде В.М., Новрузова С.Р. О соотношении гидротермально измененных пород и оруденения на главнейших золоторудных месторождений Азербайджана (Тутхунское рудное поле) // Вестник Бакинского Университета, серия естественных наук, 2023, №1, 42-56
- 2023, Baba-zadeh V.M., Mansurov M., Valiyev A., Ibrahimov J., Abdullayeva Sh.F., Bayramov A., Mammаdov S. Mineralogical features and formation conditions of Zafar copper-gold deposit (Lesser Caucasus, Azerbaijan) // Journal Geology, Geografy and Geoecology. Dnepropetrovcsk, Ukrain 2023 V. 32, No. 4 667-678 http://geology-dnu.dp.ua; DOI:15421/112358
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANT LAYİHƏLƏRİNİN QALİBİ
«Cənubi Qafqazın qızıl yataqları: onların genezisi və axtarış əlamətləri» 01.09.2005-01.09.2007 Avard number: SCI – 010000 – SC – 05 U.S. Civilian Research & Development Foundation (USA, CRDF);
«Kiçik Qafqazın vulkano-plutonik komplekslərinin mis filizi yataqları: onların genezisi və axtarış perspektivləri» 01.03.2007-01.03.2009 INTAS Ref. № 06 – 1000017 – 9365
SCOPES (İsveçrə) - IZ Sc 7320-128324, 2009-2012-ci illər
2011-2013 - Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı fondunun EİF-2011-1(3) - “Kiçik Qafqaz ada paleoqövslərinin vulkano-plutonik komplekslərində inteqral geoloji-genetik modellərin dinamik filizəmələgətirmə sistemləri və qızıl filizi yataqlarının məkan-zaman təkamülü”
RESPUBLİKA, BEYNƏLXALQ VƏ XARİCİ ÖLKƏLƏRİN ELMİ QURUMLARINDA ÜZVLÜYÜ
- Bakı Dövlət Universitetinin Elmi şurasının üzvü;
- Bakı Universitetinin Xəbərləri (Təbiət elmləri seriyası) jurnalının elmi redaktoru;
- BDU nəzdində fəaliyyət göstərən FD.2.21 Dissertasiya Şurasının sədri;
- AMEA-nın Yer elmləri bölməsi bürosunun üzvü;
- AMEA-nın Xəbərləri (Yer elmləri bölməsi) jurnalının redaksiya heyətinin üzvü;
- Yer və İnsan elmi-nəzəri jurnalın redaksiya heyətinin üzvü;
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun Elmi şurasının üzvü;
- Rusiya EA Yer Elmləri Bölməsinin Stratiform yataqların geologiyası üzrə Regional işçi qrupun üzvü (Moskva);
- Qafqaz Mineral Xammal İnstitutunun Elmi şurasının üzvü (Tbilisi).
TƏLTİF VƏ MÜKAFATLARI
- Təbii resurslardan səmərəli istifadə etmə sahəsində əsərlər silsiləsinə görə Dövlət mükafatı laureatı (1978);
- Əməkdar elm xadimi (2000);
- "Şöhrət" ordeni (2009);
- "Şərəf" ordeni (2018);
- Prezidentin Fəxri Fərmanı (2019);
- Bakı Dövlət Universitetinin «İlin alimi» (2007);
- AMEA-nın akademik Musa Əliyev adına adlı mükafatı (2017);
- Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına adlı mükafatı (Tbilisi, 2018);
- Bakı Dövlət Universitetinin Fəxri fərmanları (2018, 2023).
Vasif Babazadə elmi məktəbin banisidir. Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının bazasında “Strateji növ mineral-xammal resursları – geoloji xüsusiyyətləri, əmələgəlmə şəraitləri və kompleks mənimsənilmə və istifadənin fundamental problemləri” istiqamətində yaradılan və formalaşan elmi məktəbin əsası akademik Babazadə Vasif Məmməd Ağa oğlu tərəfindən qoyulmuşdur.
Keçən əsrin 60-cı illərindən başlayaraq keçmiş İttifaqda və dünyanın aparıcı dövlətlərində endogen filizəmələgəlmə problemi və metallogeniya sürətlə inkişaf etməyə başladı. Eyni zamanda yüz ildən artıq bir müddət ərzində geologiya elmində hakim mövqe tutan geosinklinal nəzəriyyə tutarlı məlumatlar əsasında plitələr tektonikası nəzəriyyəsi ilə əvəzləndi. O zaman hələ gənc elmi tədqiqatçı kimi tanınan akademik Vasif Babazadə öz yaradıcılığını geologiyanın ən yeni və mürəkkəb sahəsinə: filizəmələgəlmə nəzəriyyəsi və geodinamikanın sintezinə yönəltdi. Etiraf etmək lazımdır ki, iki elmin qovşağında formalaşan bu elm sahəsi mürəkkəb olmaqla yanaşı, həm də öyrənilməmişdi, dünya geologiya elmində bu sahədə hələ ilk addımlar atılırdı. Belə bir zamanda akademik Vasif Babazadənin təşəbbüsü ilə ötən əsrin altmışınçı illərinin ikinci yarısından başlayaraq Azərbaycanda da filizəmələgəlmə və geodinamika istiqamətində tədqiqatlara başlanıldı və respublikada bu sahədə keçmiş İttifaqın aparıcı elmi mərkəzləri (Moskva, Novosibirsk) tərəfindən qəbul edilən elmi məktəb yaradıldı, ilk dəfə olaraq “filiz-formasion analiz”i, “filiz-maqmatik sistemləri” sahəsində tədqiqatlara başlanıldı, onların vulkano-plutonik komplekslərdə ayrılma prinsipləri göstərildi, yaxşı öyrənilmiş filiz, xüsusən nəcib və əlvan metal yataqların geoloji-genetik model tipləri işlənib hazırlandı, mürəkkəb təhlili ilə fərqlənən ofiolit qurşaqlarının metallogeniyası yeni geodinamik baxımdan təhlil edildi, respublikada mineral-xammal resurslarının kosmik fəzadan öyrənilməsinin elmi əsası qoyuldu. Hazırda dünyanın bir çox aparıcı alimləri tərəfindən qəbul edilən akademik Vasif Babazadənin yaratdığı elmi məktəb bir neçə istiqamətdə fəaliyyət göstərir.
Elmi məktəbin birinci istiqaməti filiz-maqmatik sistemlərin təhlili və geoloji-genetik modellərin qurulmasıdır. Məlumdur ki, faydalı qazıntı yataqlarının əmələ gəlməsində və formalaşmasında maqmatizm və onun təkamülünə nəzarət edən geodinamik şəraitin təhlili və araşdırılması filiz-maqmatik sisteminin əsasını təşkil edir. Bu baxımdan elmi məktəb tərəfindən nəcib və əlvan metal filiz-maqmatik sistemlərin formalaşma qanunauyğunluqlarının regional müqayisəli analizi həyata keçirildi, bu sistemlərin maqmatizmin intensiv təzahür etdiyi məntəqələrdə formalaşması müəyyən edildi, onların nisbətən böyük uzunluqlu dərinlik qırılmaları – lineamentlərlə nəzarət olunması göstərildi. Aydınlaşdırıldı ki, filiz-maqmatik sistemləri təbiətcə poligendirlər və müxtəlif ölçülü vulkan-gümbəz və ocaq-depression strukturlarla nəzarət olunurlar; bu sistemlərin qızıl və əlvan metal minerallaşması filiz formasiyalarının genetik sıraları şəklində reallaşdırılır və filizəmələgətirən məhlulların, eləcə də filiz maddəsi mənbəyinin poligen əlamətlərini daşıyır. Belə bir yanaşma akademik Vasif Babazadənin rəhbərliyi ilə elmlər doktorları, professorlar V.G.Ramazanov, B.H.Qələndərov, Ş.F.Abdullayeva, fəlsəfə doktorları A.İ.Xasayev, A.M.İsmayılova, T.H.Təhməzova, Ü.İ.Kərimli tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.
Elmi məktəbin ikinci istiqaməti petroloji və geokimyəvi tədqiqatlarla bağlıdır. Müxtəlif genezisli vulkanitlərin ayrılması, onların yaranma dərinliyi və differensiasiya dərəcəsi, müxtəlif geodinamiki şəraitlə əlaqə, vulkanik formasiyaların təsnifatı və maddi tərkibi, süxur və minerallarda element-qarışıqların tapılma forması və paylanma xüsusiyyətləri (F.A.Axundov), mezokaynozoy vulkanitlərinin geodinamik və fiziki-kimyəvi kristallaşma şəraitlərinin təyin edilməsi (N.Ə.İmamverdiyev və b.) əsas tədqiqat sahələridir.
Elmi məktəbin üçüncü istiqaməti dərinlik tektonikası haqqında yeni təsəvvürlərə və birbaşa filizkeçirən strukturların endogen filizləşmənin lokallaşmasındakı roluna istinad edərək kosmofotogeoloji, geofiziki, geokimyəvi və yerüstü tədqiqatların analizi nəticəsində faydalı qazıntı yataqlarının proqnozlaşdırılmasıdır (D.M.Əhmədov, A.Ə.Məsimov, Z.A.Vəliyev, M.İ.Mansurov, A.İ.Hüseynov). Kosmik tədqiqatlar nəticəsində birbaşa keçən filiztəmərkürləşdirən strukturların və uzun müddət endogen aktivliyini itirməyən düyünlərin filizləşmə üçün başlıca rol oynaması, filiz yataqlarının paz-blokşəkilli qalxmış strukturlarda lokallaşması müəyyən edilmişdir. Bu tədqiqatların məntiqi davamı kimi akademik Vasif Babazadənin redaktorluğu və bilavasitə iştirakı ilə «Azərbaycanın kosmotektonik xəritəsi» (miqyas 1:600 000) və «Faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə Azərbaycanın regional çatlılıq xəritəsi» (miqyas 1:600 000) tərtib edilmişdir. Bu xəritələrdə kosmik tədqiqatlar nəticəsində ayrılan bir sıra uzununa və köndələn parçalanma strukturları, həlqəvi strukturlar, böyük məsafəyə uzanan filizdaşıyan Gədəbəy-Dəlidağ lineamenti, Xarxar və Cəlilabad həlqələri və b. öz əksini tapmışdır. MDB məkanında ilk dəfə olaraq tərtib olunan bu tip və bu miqyaslı xəritələr böyük strateji və tətbiqi əhəmiyyətə malik olmaqla, faydalı qazıntı yataqlarının axtarışı baxımından perspektiv geoloji sahələrin ayrılmasına, lineament və həlqəvi strukturların metallogeniyasının təliminə, seysmofokal zonaların tədqiqinə kömək edir.
Elmi məktəbin ən əsas nailiyyətlərindən biri Kiçik Qafqazın mərkəzi hissəsinin timsalında Benyof zonasının problemləri ilə əlaqədar olaraq ofiolit qurşaqlarının metallogeniyasının işlənib hazırlanması olmuşdur, ilk dəfə olaraq vahid sırada ofiolit qurşaqlar və onların tərkib hissəsi hesab edilən hiperbazitlər üçün səciyyəvi üç aparıcı filiz formasiyası ayrılmışdır - yüksək temperaturlu xromit, orta-yüksək temperatura qədər, adətən listvenitləşmə zonaları ilə bağlı olan qızıl və aşağı temperaturlu - listvenit tipli civə (V.M.Babazadə, V.G.Ramazanov, Ş.İ.Allahverdiyev, A.İ.Xasayev, Z.A.Vəliyev). Sonradan akademik və onun yetişdirmələri tədqiqatlarını daha da dərinləşdirərək bu sahədə bir neçə samballı monoqrafiya çap etdirmişlər. Akademik Vasif Babazadə ilk dəfə Kiçik Qafqazın civə qurşağının varlığını elmi cəhətdən əsaslandırmış, Azərbaycanın qızıl, mis, molibden, qurğuşun, sink və digər filiz yataqlarının yerləşmə qanunauyğunluqlarını müəyyən edərək onların proqnozunu vermişdir.
İlk dəfə olaraq qlobal Aralıq dənizi metallogenik qurşağının ayrı-ayrı seqmentlərinin, o cümlədən Azərbaycanın filiz yataqlarının formasion analizi tətbiq edilmişdir. Göstərilənlər akademikin 10-dan artıq monoqrafiyasında, xüsusən Azərbaycanın filiz formasiyaları (Bakı, 1990); Azərbaycanın filiz formasiyaları və metallogenik zonaları (Bakı, 2003); Aralıq dənizi qurşağının endogen filiz formasiyalarının formalaşma təkamülü (Moskva, 2007); Aralıq dənızı qurşağı Qafqaz seqmentinin faydalı qazıntı yataqlarının tektonik inkişafı, geodinamik formalaşma şəraiti və yerləşmə qanunauyğunluğu (Bakı, 2009) və b. öz əksini tapmışdır.
Akademik Vasif Babazadə və onun yetişdirmələrinin ərsəyə gətirdikləri iki iri həcmli klassik fundamental monoqrafiya - «Azərbaycan qızılı» (Bakı, Azərbaycan Milli Ensiklopediyasının nəşri, 2003; 423 səh.) və Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyinə həsr olunmuş «Azərbaycanın mineral-xammal resursları» (Bakı, Ozan nəşriyyatı,2005; 808 səh.) 2005-ci ildə Sankt-Peterburq şəhərində keçirilən VIII-ci Beynəlxalq İqtisadi Forumda Azərbaycan Respublikasının sərgisində nümayiş etdirilmişdir. Hər iki əsər azərbaycan və ingilis dillərinə tərcümə edilir.
Akademik Vasif Babazadə ABŞ, Rusiya, Fransa, Almaniya, Türkiyə, İran, Gürcüstan və digər ölkələrin alimləri ilə sıx təmasda işləyən tədqiqatçıdır. O, və rəhbərlik etdiyi elmi məktəbin üzvləri ABŞ-ın «Mülki tədqiqatlar və inkişaf fondu»nun (CRDF) (No SCI – 010000 – Sc – 05; 2005-2007-ci illər), Avropa Birliyinin 6-cı çərçivə Proqramının (INTAS) (No 06 – 1000017 – 9365; 2006-2008-ci illər), İsveçrənin «Elm Fondu»nun (SCOPES) (İZ73ZO – 128324; 2009-2012-ci illər), Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun (№ EİF-2011-1(3)-82/41/2; 2012-2014) qrant layihələrinin qalibləridir.
Alimin elmi-pedaqoji fəalliyəti diqqətəlayiqdir. 1961-ci ildən fasiləsiz Bakı Dövlət Universitetində işləyən alim geologiya sahəsində azərbaycan dilində yazılan ilk dərsliklərin müəllifidir. Onların sırasında 2 cilddə «Geoloji-kəşfiyyat işləri» (Bakı, 1982;1983), 4 cilddə «Faydalı qazıntıların geologiyası» (Bakı,2013), «Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı» (Bakı,2007), «Filiz sahələri və yataqlarının strukturu» (Bakı,2013), Petroqrafiya (207, 2022) və başqaları vardır. Onun elmi rəhbərliyi altında 13 doktorluq və 32 namizədlik (və fəlsəfə doktoru) dissertasiyası müdafiə edilmişdir. Ümumiyyətlə 40-a yaxın monoqrafiya və dərsliyin, 350-dən artıq elmi məqalənin müəllifidir.
Elmi məktəbin yaradıcısı akademik Vasif Babazadə yüksək elmi-təşkilatçılıq qabiliyyətinə malik olan alimdir. 1973-1980-ci illərdə BDU-nun Geologiya-coğrafiya fakültəsinin dekanı işləmişdir, 1986-cı ildən “Faydalı qazıntılar” kafedrasına rəhbərlik edir. Bilavasitə təşəbbüsü ilə yaradılmış Geologiya fakültəsinin genişlənməsi və möhkəmlənməsini, fundamental tədqiqatların hərtərəfli inkişafında ali məktəblərin və akademik mərkəzlərin inteqrasiyasını diqqət mərkəzində saxlayır. 1989-cu ildə BDU-da «Yer ehtiyatlarının aerokosmik tədqiqatları» elmi-tədqiqat laboratoriyasını yaratmış və hal-hazırda bu laboratoriyanın elmi rəhbəridir.
Akademik Vasif Babazadə Azərbaycan elmini xaricdə müvəffəqiyyətlə təmsil edən alimdir. O, bir sıra nüfuzlu Beynəlxalq konqreslərin (Türkiyə, Ankara,1994, 2010; Çin, Pekin,1996; Albaniya, Tirana,2014), simpoziumların (Berlin,1990; Türkiyə, Sivaş,1995; İspaniya, Barselona, 1997; Türkiyə, İstambul,2005; Serbiya, Belqrad,2006; Tbilisi, 2010,2012), elmi məclislərin (NATO, Hollandiya, 2001) işində yaxından iştirak edərək iclaslara sədrlik (həmsədrlik) etmiş, məruzələrlə çıxış etmişdir.
Alim respublika ali məktəblərinin 2 pilləli təhsil sisteminə (bakalavriat, magistriat) keçməsində yaxından iştirak etmişdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali Təhsilin İstiqamət və İxtisasları üzrə Dövlət Standartlarını hazırlayan işçi qrupun Təbiət elmləri üzrə sədri olmuşdur. Azərbaycan elminin inkişafında və onun ölkəmizdən kənarda şöhrət qazanmasında xidmətləri olan akademik Vasif Babazadə «Yerin təki haqqında» (1998), «Təhsil haqqında» (2009) Qanunların əsas müəlliflərindəndir, Qafqazın filiz yataqları üzrə ekspertidir. AMEA-nın «Yer elmləri» bölməsi bürosunun üzvü, Azərbaycan Respublikası Elmi Tədqiqatlarının Əlaqələndirmə Şurasının Yer elmləri üzrə Şuranın sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Ekstremal hallara qarşı» və Mineral-xammal institunun Elmi Şuraların, Azərbaycan Geoloqları Milli Komitəsinin, Stratiform filiz yataqlarının geologiyası üzrə Rusiya EA-nın Regional işçi qrupun üzvü, BDU nəzdində FD.02.195 Dissertasiya Şurasının sədridir.
Alim Bakı Dövlət Universiteti Elmi Şurasının üzvü, «Bakı Universitetinin Xəbərləri» (Təbiət elmləri seriyası) jurnalının elmi redaktoru, «AMEA-nın Xəbərləri» (Yer elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvüdür.
Monoqrafiyalar, dərsliklər dərs vəsaitləri, çap olunmuş xəritələr
1967, Kiçik Qafqazın ofiolit qurşağında xromit filizləşməsinin geoloji əmələ gəlmə və yerləşmə şəraiti. Bakı, Azərnəşr, monoqrafiya (rus dilində), 166 səh.
1974, Kiçik Qafqazın civə yataqlarının geologiyası. Bakı, Azərnəşr, monoqrafiya (rus dilində), 228 səh.
1976, SSRİ-nin Geologiyası, 47-cild (Azərbayjan), II hissə. Faydalı qazıntılar. Moskva, Nedra, monoqrafiya (rus dilində), müştərək, 407 səh.
1982, Geoloji-kəşfiyyat işləri (geoloji-kəşfiyyat işlərinin texnikası). Bakı, ADU, dərs vəsaiti (azərbaycan dilində), 87 səh.
1983, Geoloji-kəşfiyyat işləri (faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı, sınaqlanması və ehtiyatın hesablanması). Bakı, ADU, dərs vəsaiti (azərbaycan dilində), 110 səh.
1986, Filiz və qeyri-filiz faydalı qazıntı yataqları. Bakı,Maarif, dərslik (azərbaycan dilində), 336 səh.
1990, Azərbaycanın endogen filiz formasiyaları. Bakı, Azərnəşr, monoqrafiya (rus dilində), 280 səh.
1990, Mis- və molibden-porfir yataqları. Bakı,Azərnəşr, monoqrafiya (rus dilində), 368 səh.
1992, Riyazi statistikasının geologiyada tətbiqi. Bakı,ADU, dərs vəsaiti (azərbaycan dilində), (müştərək), 223 səh.
1995, Faydalı qazıntı yataqlarının sınaqlanması və ehtiyatların hesablanması. Bakı, Sabah, dərs vəsaiti (azərbaycan dilində), 99 səh.
1996, Filiz sahələri və yataqlarının strukturu. Bakı, Sabah, dərs vəsaiti (azərbaycan dilində), (müştərək), 147 səh.
1998, Geologiya elminin tarixi və metodologiyası. Bakı, BDU nəşr, dərs vəsaiti (azərbaycan dilində), (müştərək), 125 səh.
2000, Maqmatik formasiyalar. Bakı,Nafta-Press, dərslik (azərbaycan dilində), (müştərək), 235 səh.
2000, Naxçıvan Muxtar Respublikasının kosmotektonik xəritəsi (miqyas 1:200.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif).
2001, Azərbaycanın civə, sürmə və mərgümüş yataqları. Bakı, Nafta-Press, monoqrafiya (rus dilində), 143 səh.
2001, Azərbaycanın qızıl səpintiləri. Bakı, Nafta-Press, monoqrafiya (rus dilində), 157 səh.
2003, Azərbaycan qızılı. Bakı, Azərbaycan Milli Ensiklopediyası, monoqrafiya (rus dilində), 423 səh
2003, Azərbaycanın filiz formasiyaları və metallogenik zonaları. Bakı, Azərbaycan Milli Ensiklopediyası, monoqrafiya (rus dilində), 276 səh.
2003, Azərbaycanın barit qurşağı. Bakı,Adiloğlu, monoqrafiya (rus dilində), 243 səh.
2005, Azərbaycanın mineral-xammal resursları. Bakı, Ozan, monoqrafiya (rus dilində), 808 səh.
2005, Şüşə xammalı yataqlarının geologiyası. Bakı, Ozan, monoqrafiya (rus dilində), 151 səh.
2005, Metal ve qeyri-metal yataqları. Təbriz, İranın Geoloji Xidməti, monoqrafiya (fars dilində), 547 səh.
2007, Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı. Bakı, BDU nəşr., dərslik (azərbaycan dilində), (müştərək), 396 səh.
2007, Petroqrafiya. Bakı, BDU nəşr., dərslik (azərbaycan dilində), (müştərək), 512 səh.
2007, Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası. Bakı, dərslik (azərbaycan dilində), 236 səh.
2007, Azərbaycanın kosmotektonik xəritəsi (miqyas 1:600.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif).
2007, Aralıq dənizi qurşağının Qafqaz seqmentinin faydalı qazıntı yataqlarının tektonik inkişafı, əmələ gəlməsinin geodinamik şəraiti və yerləşmə qanunauyğunluqları (Azərbaycan). Bakı, Oğuz eli, monoqrafiya (rus dilində), 148 səh.
2008, Azərbaycanın faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə regional çatlılıq xəritəsi (miqyas 1:600.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif).
2009, Qondvananın donmuş parçası. Bakı, "Ziya" nəşr., monoqrafiya, (azərbaycan dilində), (müştərək), 224 səh.
2011, Orta Xəzər şelfinin ekoloji geokimyası. Bakı, BDU nəşr, monoqrafiya (rus dilində), 377 səh.
2012, Nəcib metal filiz-maqmatik sistemləri. Bakı, BDU nəşr, monoqrafiya (rus dilində), 276 səh.
2012, Ekoloji geologiya. Bakı, "Elm və təhsil" nəşr, dərslik (azərbaycan dilində), 384 səh.
2012, İqtisadi geologiya. Bakı, BDU nəşr, dərslik (azərbaycan dilində), 300 səh.
2013, Kiçik Qafqazın cənubunun endogen metallogeniyası və nəcib metal filizləşməsinin proqnozu. Bakı, BDU nəşr, monoqrafiya (rus dilində), 316 səh.
2013, Filiz sahələri və yataqlarının strukturları. Bakı, dərslik (azərbaycan dilində), (müştərək), 288 səh.
2013, Faydalı qazıntıların geologiyası. Dərslik. I hissə. Bakı, BDU nəşr. (azərbaycan dilində), 284 səh.
2013, Faydalı qazıntıların geologiyası. Dərslik. II hissə (Filiiz faydalı qazıntıları), Bakı, BDU nəşr. (azərbaycan dilində), 492 səh.
2013, Faydalı qazıntıların geologiyası. Dərslik. III və IV hissələr (Qeyri-filiz faydalı qazıntıları, Bərk yanar faydalı qazıntılar). Bakı, BDU nəşr, 316 səh.
2014, Geoekoloji monitorinq. Bakı, "CBS" nəşr, monoqrafiya (azərbaycan dilində), 424 səh.
2015, Ada qövsləri paleosistemlərinin qızılsaxlayan sulfid yataqları, onların metallogenik xüsusiyyətləri və geodinamik inkişaf şəraiti. Bakı, "CBS" nəşr, monoqrafiya (rus dilində), 400 səh.
2015, Kosmik geologiyanın əsasları, Bakı, "ISBN" mərkəzi, dərslik (azərbaycan dilində), (müştərək), 354 səh.
2017, Alp dağlıq-qırışıqlıq qurşağının mərkəzi seqmentinin filiz yataqları və onların mənşəyi problemi. Bakı, "CBS" nəşr, monoqrafiya (rus dilində), 288 səh.
2018, “Magmatism of the Earth and related strategic metal deposits”. Abstracts of XXXV International Conference. Vernadsky Institute of Geochemistry and Anlytical Chemistry of Russian Academy of Sciences (GEOKHI RAS). 3-7 September
2020, Qafqazın metallogeniyasının əsas xüsusiyyətləri. Moskva, Nedra nəşr., monoqrafiya (müştərək), 187 səh.
2022, Petroqrafiya (Yenidən işlənmiş və əlavə olunmuş ikinci nəşr), dərslik (azərbaycan dilində). Bakı BDU, (müştərək), 514 səh.