FAKÜLTƏ HAQQINDA

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində 5 kafedra və 1 ETL fəaliyyətgöstərir. Kafedralar və laboratoriya müasir avadanlıqlarla təchiz olunub.Fakültədə Faydalı qazıntılar, Ümumi və tarixi geologiya, Seysmologiya və Yer təkinin fizikası, Kristalloqrafiya, mineralogiya və geokimya və Hidrogeologiya və mühəndis geologiyası kafedraları fəaliyyət göstərir. Bakalavriat səviyyəsində 4 ixtisas – Geologiya, Geologiya və geofizika mühəndisliyi, Mədən mühəndisliyi və Meliorasiya mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Geologiya ixtisası üzrə məzunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyin Geoloji -Kəşfiyyat Agentliyinin İdarələri, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadəAgentliyi, müvafiq elmi-tədqiqat institutları, AzerGold QSC-nin mədənləri, Azərbaijan İnternational Mining Company Limited şirkətinin mədənləri, Hidrogeoloji-meliorativ xidmət idarəsi,Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, SOCAR, BP, Schumberger kimi neft şirkətlərində və digər yerli və xarici şirkət və təşkilatlarda mühəndis - geoloq kimi işləmək imkanlarına malikdirlər. Geologiya və geofizika mühəndisliyi ixtisası üzrə məzunlar filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının axtarış-kəşfiyyatı və hasilatı ilə məşğul olan mütəxəssislərdir. Bu ixtisasın məzunları Azərbaijan İnternational Mining Company Limited Şirkətinin mədənləri, Hidrogeoloji-meliorativ xidmət idarəsi, AzerGold QSC-nin mədənləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyin Geoloji - Kəşfiyyat Agentliyinin ekspedisiyaları, Dövlət Mineral Xammal Ehtiyatlardan İstifadə Agentliyi, müvafiq elmi- tədqiqat institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, SOCAR, BP, Schumberger kimi neft şirkətlərində, sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji işləri aparan təşkilatlarda və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində mühəndis-geoloq kimi işləmək imkanlarına malikdirlər. Mədən mühəndisliyi ixtisasını bitirən məzunlar ölkəmizdə bir sıra yerli və xarici şirkətləri geniş miqyasşda filiz və qeyri - filiz faydalı qazıntı yataqlarının, xüsusilə qızıl,mis, gümüş, dəmir, sement, gil və digər mineral xammalın istismarı ilə məşğul olurlar. Bu baxımdan  yaxın 50 ildə bu ixtisas üzrə kadrlara ehtiyac duyulur. Mədən mühəndisliyi ixtisasını bitirən məzunlar faydalı qazıntı yataqlarının kəşfiyyatıı, istismarı və işlənilməsi ilə məşgul olan AzerGold QSC, Azerbaijan İnternational Mining Company Limited şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyi, SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində və s. kimi müəssisələrdə mühəndis-geoloq kimi işləmək imkanlarına malikdirlər. Meliorasiya mühəndisliyi ixtisasını bitirən məzunlar əkinə yararlı tоrpaq sahələrindən səmərəli istifadə еtmək üçün həyata kеçirilən kоmplеks mеliоrasiya tədbirlərini: müasir tələbatlara uyğun müхtəlif kоnstruksiyalarda irriqasiya və kollektor-drenaj sistеmlərinin layihələndirilməsini, tikintisini, istismarını, tоrpaq və su еhtiyatlarından səmərəli istifadə оlunması üsullarını, mеliоrasiya tikintilərinin ətraf mühitə təsirini öyrənir və gеniş prоfilli mütəхəssis kimi hazırlanır. Bu ixtisası bitirmiş mütəхəssislər Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin tabеliyində оlan müəssisələrdə, bu sahə üzrə fəaliyyət göstərən elmi-tədqiqat institutlarında, su elektrik stansiyalarının tikinti və istismarında, həmçinin dəniz hidrotexniki qurğuların tikintisində, Hidrogeoloji-meliorativ xidmət idarəsində mühəndis-geoloq kimi işləmək imkanlarına malikdirlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət