“Kompleks geoloji və geofiziki tədqiqatlar” ETL - i 2021 – ci il BDU – nun Elmi Şurasının 2020 – ci il 14 fevral tarixli iclasının qərarını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər kabinetinin 2019 – cu il tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi” nin 3.2.21 – ci yarımbəndinə əsasən laboratoriyanın fəaliyyəıti ilə bağlı qərar qəbul edilərək fəaliyyətə başlamışdır.
Hazırda laboratoriyada 1geologiya – mineralogiya elmlər doktoru professor, 2 geologiya – mineralogiya elmlər namizədi, 1 baş elmi işçi, 2 böyük elmi işçi, 3 elmi işçi, 2 böyük laborant və 1 laborant olmaqla 9 əməkdaş çalışır. Laboratoriyanın elmi istiqaməti “Azərbaycanda Yer təkinin kompleks innovativ üsullarla tədqiqi”dır və “Strateji növ mineral xammalların formalaşmasının petroloji-geokimyəvi, genetik modellərinin qurulması” problemi üzrə tədqiqat işləri aparılır.
2021-2023 - cü illər ərzində laboratoriyada əməkdaşlar tərəfndən “Daşkəsən filiz rayonunun geoloji-geofiziki tədqiqi və ekoloji geokimyəvi qiymətləndirilməsi” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilmişdir, istiqamət üzrə mərhələli şəkildə tədqiqatlar aparılmış, məlumatlar toplanılmış, alınan nəticələr təhlil edilərək, hesabata daxil edilmiş, məqalələr çap edilmiş, Beynəlxalq və Respublika Elmi Konfranslarda məruzələrlə çıxış edilmişdir. .
İş1: Çovdar filiz sahəsinin geoloji-geofiziki və distansion zondlaşdırma materialları əsasında tədqiqi.
Mərhələ 1. Çovdar filiz sahəsinin geoloji-geofiziki öyrənilməsi
Mərhələ 2. Çovdar filiz sahəsində endogen filizləşmənin maqmatizmlə əlaqəsi
Mərhələlər: 3 Çovdar filiz sahəsində endogen filizləşmənin lokallaşmasının distansion zondlaşdırma materialları əsasında tədqiqi və perspektivli sahələrin aşkarlanması
İş 2: Daşkəsən filiz rayonunda dağ-mədən müəssisələrinin ekoloji problemləri
Mərhələ 1. Çovdar qızıl yatağının işlənməsinin ekoloji problemləri
Mərhələ 2. Daşkəsən dəmir filizi yatağının işlənməsinin ekoloji problemləri
Mərhələ 3. Zəylik alunit yatağının işlənməsinin ekoloji problemləri
İş 3: Daşkəsən filiz rayonunda axtarış və kəşfiyyat işləri üçün geofiziki kompleks tədqiqatların tətbiqi
Mərhələ 1. Elektrometrik və qravimaqnitometrik üsulların tətbiqinin elmi əsaslandırılması
Mərhələ 2. Seysmik kəşfiyyatın tətbiqinin elmi əsaslandırılması
Mərhəhlə 3.Geofiziki üsulların filiz yataqlarının axtarış və kəşfiyyatında tətbiqi metodları
İş 4. Kiçik Qafqazın Kürəkçay-Ağstafaçay hövzələrinin dördüncü dövr çöküntülərinin səpinti qızıllığı və pespektivliyi.
Mərhələ 1. Kürəkçay-Gəncəçay hövzəsinin dördüncü dövr çöküntülərinin səpinti qızıllığı və perspektivliyi
Mərhələ 2. Şəmkirçay-Zəyəmçay hövzəsinini dördüncü dövr çöküntülərinin səpinti qızıllığı və pespektivliyi
Mərhələ 3. Əsrikçay-Ağstafaçay hövzəsinini dördüncü dövr çöküntülərinin səpinti qızıllığı və pespektivliyi
“Kompleks geoloji və geofiziki tədqiqatlar” ETL – nin əməkdaşları 2021-2023 - cü il hesabat illərində biri monoqrafiya, məqalə və tezis olmaqla, 22 elmi iş təqdim etmişlər. Bunlardan laboratoriyanın böyük elmi işçisi Vəliyev Z.A. “Yer planetinin ecazkar mənzərələri və təbiət hadisələri” adlı monoqrafiyası, Robert Mobilinin Q4 daxil olan məqaləsi beynəlxalq reytinqli jurnalda dərc olunmuş, elmi işçi T.Ə.Məmmədova Moskvada Beynəlxalq konfrnsda məruzə ilə çıxış etmişdir.
Laboratoriyada 2024-2026 – cı illər üçün nəzərdə tutulan Azərbaycanda Yer təkinin kompleks innovativ üsullarla tədqiqi elmi istiqaməti üzrə “Gədəbəy filiz rayonunun geoloji-geofiziki, geokimyəvi tədqiqi, nəcib və əlvan metal filizləşməsinin prespektivliyinin qiymətləndirilməsi və yataqların işlənməsinin ekoloji problemləri” mövzu üzrə 3 illik plan əsasında 2 işin mərhələli şəkildə yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
İş: 1 Gədəbəy qrupu yataqlarının geoloji-geofiziki və distansion zondlaşdırma materialları əsasında tədqiqi
Mərhələ 1. Gədəbəy qrupu yataqlarının geoloji-geofiziki və geokimyəvi öyrənilməsi Mərhələ 2. Gədəbəy qrupu yataqlarında nəcib və əlvan metal filizləşməsinin maqmatizmlə əlaqəsi
Mərhələ 3. Gədəbəy filiz sahəsində ASTER peyk məlumatları əsasında hidrotermal-metasomatik dəyişilmə zonalarının öyrənilməsi
İş 2: Gədəbəy filiz rayonunda elektrik və maqnit kəşfiyyatının tətbiqi, nəcib və əlvan metal filizləşməsinin perspektivliyinin qiymətləndirilməsi və yataqların işlənməsinin ekoloji problemləri
Mərhələ 1. Nəcib və əlvan metal filizləşməsinin axtarışında elektrik və maqnitometrik üsulların tətbiqi
Mərhələ 2. Gədəbəy qrupu yataqlarının cinahlarının və aşağı horizontlarının perspektivliyinin qiymətləndirilməsi
Mərhələ 3. Gədəbəy qrupu yataqlarının işlənməsinin ekoloji problemləri.