MƏHLUQƏ MƏMMƏDOVA ARİF QIZI

MƏHLUQƏ MƏMMƏDOVA ARİF QIZI

MƏHLUQƏ MƏMMƏDOVA ARİF QIZI

Dosent

Email: [email protected]

21 noyabr 1956-cı ildə Azərbaycan Respublikasının Göyçay rayonunun Kürdşaban kəndində anadan olmuşdur;

1964-1974-cü illərdə Göyçay şəhər 3№-li Beynəlmiləl orta məktəbdə orta təhsil almışdır;

1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinin geologiya şöbəsində ali təhsil almışdır;

1979-cu ildən əmək fəaliyyətinə başlamışdır;

Ailəlidir, 2 övladı var.

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1979-cu il, Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirmişdir;

2004-cü il, “Samur-Dəvəçi dağətəyi düzənliyinin Dördüncü dövr çöküntülərinin yeraltı sularının mövcud hidrogeoloji şəraiti və geoekologiyasına texnogenezin təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

 

ƏMƏK FƏALİYYƏTİ

1979-1980-ci illər, Azərbaycan Respublikası Geologiya İdarəsinin (indiki Ekologiya və Təbii Sərvətlər Nazirliyi) Kiçik Qafqaz geoloji-kəşfiyyat ekspedisiyası, texnik geoloq;

1980-1999-cu illər, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı (indiki Açıq Səhmdar Cəmiyyəti) Komitəsinin “Azdövsutəslayihə” İnstitutunun “Mühəndisi geologiya və hidrogeologiya” şöbəsi, böyük və aparıcı mühəndis;

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində:

1999-2001-ci illər, “Faydalı qazıntılar” muzeyi, baş laborant,

2001-2006-cı illər, “Ümumi geologiya və hidrogeologiya” kafedrası, laboratoriya müdiri;

2006-2008-ci illər, “Hidrogeologiya və mühəndis geologiyası” kafedrası, baş müəllim.

2008-ci ildən hal-hazıra qədər, “Hidrogeologiya və mühəndis geologiyası” kafedrası, dosent.

Tədris etdiyi fənlər: bakalavr təhsil pilləsi üzrə – “Ümumi hidrogeologiya”, “Su təchizatı və yeraltı suların mühafizəsi”; magistratura üzrə – “Elmin müasir problemləri”, “Yeraltı və yerüstü suların səmərəli istifadəsi və mühafizəsi”.

50-dən çox elmi əsərin, o cümlədən 1 dərslik, 2 monoqrafiya, 1 metodik göstəriş, 5 tədris proqramının müəllifidir.

TƏDQİQAT SAHƏSİ

Yeraltı su ehtiyatlarının ekoloji problemləri və su təchizatı.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

“Fövqəladə hallarda ekologiya və texnologiya problemləri” mövzusunda II Beynəlxalq simpozium (Bakı, 2002);

“Urban Groundwater Management and Sustainability” mövzusunda Beynəlxalq NATO ASI seminarı (Bakı, 2004);

“Yer elmlərində yeni ideyalar” mövzusunda VII Beynəlxalq konfrans (Moskva, 2005);

BDU-nun 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans (Bakı, 2009);

II Xəzər Beynəlxalq Su Texnologiyaları konfransı (Bakı, 2014).

 

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

2004, Система мониторинга – основа охраны окружающей среды в зоне транспортировки нефтепродуктов (на примере Азербайджана) / 6-ой Международный конгресс. Вода: Экология и Технология, ЭКВАТЭК-2004. Материалы конгресса. Москва, 1-4 июня, 2004, с.354-355 (Ф.Ш.Алиев)

2005, Проблемы сохранения качества пресных водных ресурсов бассейна р. Куры (Азербайджан) в условиях нарастающего техногенеза / Проблемы водных ресурсов, геотермии и геоэкологии. Материалы Международной научной конференции, посвященной 100-летию со дня рождения академика Г.В.Богомолова. Минск, 1-3 июня, 2005, с.36-37 (Алиев Ф.Ш., Курбанова В.)

2004, Demands on, condition, and environmental problems of the Baku municipal water supply // Urban Groundwater Management and Sustainability. Netherlands, Springer, p.29-38 (В кн.: Труды Международного семинара NATO ASI «Управление и устойчивое развитие ресурсов подземных вод урбанизированных территорий» (5-15.08.2004, Баку) Научная серия NATO 74, Нидерланд, Спрингер), 2006, с.29-38 (Sh.I.Pashayeva)

2009, Gəncəçay-İncəçay çayları arası ərazinin yeraltı sularının regional ehtiyatının formalaşma şəraiti və onlardan su təchizatında istifadənin mümkünlüyü // J. Bakı Universitetinin Xəbərləri, təbiət elmləri seriyası, 2009, №4, s.130-135 (S.M.Kazımov, G.F.Həşimova)

2014, Samur-Vəlvələ çayları arası ərazinin yeraltı su ehtiyatlarının formalaşma şəraiti, ekoloji vəziyyəti və istifadə perspektivliyi / II Xəzər Beynəlxalq Su Texnologiyaları Konfransının materialları, Bakı, aprel, 2014, s.102-106

2015, Qanıx-Əyriçay vadisinin yeraltı sularının formalaşma qanunauyğunluğu və istismar ehtiyatlarının qiymətləndirilməsi prinsipləri // Ekologiya və Su Təsərrüfatı Elmi Texniki İstehsalat jurnalı, Bakı, 2015, №5, s.3-8

2017, Lerik rayonu əhalisinin ekoloji təmiz yeraltı su mənbələri. Şollar-Bakı Su Qurğular Kompleksinin 100 illiyinə həsr olunmuş “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit”  mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları,Bakı, 15-16 mart, s.273-276

2017, Xızı rayonu ərazisinin yeraltı sularının formalaşma şəraiti və istfadə istiqamətləri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları, Bakı,, s.139-141

2017, Lerik rayonu ərazisinin yeraltı su ehtiyatlarından mövcud və perspektiv istifadə. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları, Bakı, s.144-147

2017, Unudulmaz alim və pedaqoq. Respublika qəzeti,19.11.2017-ci il s.7

2017, Azərbaycanın yeraltı su ehtiyatları-təhlükəsiz içməli su mənbəyi. Ekologiya və Su Təsərrüfatı Elmi-Texniki İstehsalat jurnalı. Bakı, №5, s.39-43

KİTABLAR

Azərbaycanın mezokaynozoy çöküntülərinin neftli-qazlı lay suları və yeraltı su ehtiyatlarına neftin ekoloji təhlükəsi. Monoqrafiya. Bakı, “Nafta-Press”, 2003, 65s. (S.S.Səmədov, Ü.Ş.Mehdiyev)

Bakı şəhəri əhalisinin mövcud və gələcək su təchizatı mənbələri, onların ekoloji problemləri. Monoqrafiya. Bakı, “Çaşıoğlu”, 2003, 200 s. (F.Ş.Əliyev)

Ümumi hidrogeologiya. Metodik göstəriş. Bakı, “Adiloğlu” nəşr., 2011, 54 s.

Hidrogeoekologiya. Dərslik, Bakı, “Ləman NP”, 2012, 478 s. (S.A.İsayev)

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət