SEYSMOLOGİYA VƏ YER TƏKİNİN FİZİKASI HAQQINDA

Kafedranın yaradılma tarixi və rəhbərliyi - “Seysmologiya və Yer təkinin fizikası” kafedrası 2001-ci ildə Ulu öndər Heydər Əliyevin xüsusi göstərişi əsasında Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının bazası əsasında yaradılmışdır. 2004-cü ilə qədər kafedra müdiri vəzifəsini dosent  Adil Xasayev icra etmişdir. 2004-2021-ci illərdə kafedraya dosent Əli Novruzov rəhbərlik etmişdir. 2022-ci ildən kafedraya dosent Əvəz Məmmədov rəhbərlik edir.

Kafedranın fəaliyyət dövründə, dosent Tamara Musazadə, professor Ayvaz Xələfli, dosent Etibar Novruzov, AMEA müxbir üzvü, professor Kərim Kərimov (əvəzçi) çalışmışlar.  Hazırda görkəmli alimlər akademik Qədirov Fəxrəddin Əbülfət oğlu, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, professor Hümbət Vəliyev, dosent Təhminə Qarayeva və başqaları saathesabı qaydada tədrisə cəlb olu

nmuşlar. 

Kafedranın professor-müəllim heyəti - Kafedranın elmi-pedaqoji potensialını aşağıdakı mütəxəssislər müəyyən edir.

Məmmədov Əvəz Lətif  oğlu – f.r.e.n., dosent (kafedra müdiri).

Qədirov Vaqif Qədir oğlu – y.e.e.d., dosent.

Əhmədova Elnarə Vaqif qızı – y.e.f.d., müəllim.

Qədirov Fəxrəddin Əbülfət oğlu -  g.m.e.d., professor, akademik, (əvəzçi).  

Yetirmişli Qurban Cəlal oğlu  - g.m.e.d., professor

Novruzov Əli Qulu oğlu – g.m.e.n., dosent (əvəzi).

 

Kafedranın ARETN Geologiya və geofizika institutunda filialı fəaliyyət göstərir və ona akademik Fəxrəddin Qədirov rəhbərlik edir.

Kafedrada bakalavriat pilləsində “Geologiya və geofizika” mühəndisliyi ixtisası üzrə azərbaycan və ingilis dillərində bir sıra fənnlər tədris edilir.  

Magistratura pilləsində “Seysmologiya və Seysmometriya”, “Neft-qaz yataqlarının axtarış və kəşfiyyatının geofiziki üsulları”  ixtisaslaşması üzrə (azərbaycan bölməsi) magistr hazırlanır.

Kafedranın elmi-tədqiqat işləri zəlzələ proqnozu problemi çərçivəsində “Zəlzələnin hazırlıq dövrlərinin müəyyən olunma xüsusiyyətləri”  mövzusu üzrə aparılır. Əsas elmi nəticələr çoxsaylı beynəlxalq və respublika miqyaslı elmi konfranslarda məruzə edilmiş və elmi jurnallarda dərc olunmuşdur.

Kafedrada fəlsəfə doktoru proqramı üzrə kadr hazırlığı həyata keçirilir. 2 doktorant müdafiə edərək təsdiqini almışdır.  3 doktorant isə elmi mövzuları üzərində araşdırmalarını yekunlaşdırmaq üzrədir.

Nəşrlər - Kafedranın əməkdaşları tərəfindən 10-dan artıq dərslik, dərs vəsaiti və monoqrafiya dərc olunmuşdur. Onlardan Электрические свойства магматических пород при высоких термоарических параметрах (А.Л.Мамедов, 2014), Математические методы обраотки данных прикладных наук (А.Г.Новрузов, 2014), Zəlzələlərin proqnozunun fiziki-geoloji əsasları (Ə.L.Məmmədov, 2015), Süxurların deformasiyasının geofiziki aspektləri (Ə.Q.Novruzov, Ə.L.Məmmədov, 2016), Elektrik kəşfiyyatı (E.S.Novruzov, 2016), Zəlzələ proqnozunun geofiziki problemləri (Ə.L.Məmmədov, 2017),  Dərin qatlarda flüiddoyumlu kəsilişlərdə termobarik parametrlərin dəyişmə xüsusiyyətləri (P.E.Zabolestani, 2019), Qravimetrik kəşfiyyat (V.Q.Qədirov, 2020), Dərinfokuslu seysmikliyin fiziki-kimyəvi interpretasiyası (Ə.L.Məmmədov, P.E.Zabolestani, A.R.Hüseynova 2021) kitablarını qeyd etmək olar. 

Elmi əlaqələr - Kafedranın geniş elmi əlaqələri mövcuddur. Onlardan Almaniyanın Köln Universiteti nəzdində ”Geofizika və Meteorologiya” İnstitutunu, İsrailin Tel-Əviv Universitetini, Rusiyanın “Физика Земли” İnstitutu, Sankt-Peterburq Universiteti, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini, ARETN Geologiya və Geofizika İnstitutunu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyini və s. qeyd etmək olar.

  1. SOCAR-ın 2017-ci il elmi tədqiqat planına salınmış “Azərbaycanın neftli-qazlı ərazilərində zəlzələ məlumatlarının təhlili və seysmik təhlükənin qiymətləndirilməsi” mövzulu qrant layihəsi yerinə yetirilir.
  2. Almaniyanın Köln Universitetinin nəzdində fəaliyyət göstərən Geofizika və metereologiya institutunun professor heyyəti ilə birgə doktorant hazırlanır (dissertant Hüseynova A.R.).
  3. ABŞ Kəşfiyyatcı Geofiziklərin Cəmiyyətinin (Society of Exploration Geophysicists-SEG) şöbəsinin geologiya fakültəsində (geofizika mühəndisliyi ixtisası üçün) açılmışdır və fəaliyyət göstərir (SEG tərəfindən rəsmi lisenziya əsasında təstiqlənmiş kurator - kafedranın dos. Ə.L.Məmmədov).
  4. AMEA-nın “Geologiya və geofizika” institunda 2013-cü il tarixli müqaviləyə (əmrin № R-37/ 08.04.13) əsasən yaranmış kafedranın filialı çərçivəsində magistr və doktorantlar hazırlanır, bakalavr və magistr pilləsində tələbələrin ixtisas, istehsalat və elmi-tədqiqat təcrübəsi həyata keçirilir.

 

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət