Yer elmləri üzrə fəlsəfə doktoru
Bakı Dövlət Universiteti, Geologiya fakültəsi, Seysmologiya və Yer təkinin fizikası kafedrası, vəzifəsi-baş müəllim
İş telefonu: (+99412) 510-21-64
E-mail ünvanı: asadovaaygun@rambler.ru
QISA BİOQRAFİK MƏLUMAT
- 10 yanvar 1985-ci ildə Bakı şəhərində anadan olub.
- 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonunun 106 saylı orta məktəbini bitirib.
- Ailəlidir, 3 övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin “Hidrogeologiya və mühəndis geologiyası” ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə həmin fakültənin “Hidrogeologiya” ixtisası üzrə magistr pillələrində təhsil almışdır.
- 2007-2010-cu illərdə AMEA-nın Geologiya İnstitutunun “Geofizika, faydalı qazıntı yataqlarının geofiziki axtarış üsulları” ixtisası üzrə aspirantura pilləsində təhsil almışdır. 2016-cı ildə “Abşeron yarımadasının pliosen kompleksinin geotermal enerji potensiali” mövzusunda dissertasiya işini müdafiə etmişdir və AAK-ın 13 sentyabr 2017-ci il tarixli qərarı ilə Yer Elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 2007-2011-ci illərdə AMEA-nın Geologiya İnstitutunun “Geotermiya” laboratoriyasında böyük laborant vəzifəsində çalışmışdır.
- 2011-2013-ci illərdə AMEA-nın Geologiya və Geofizika İnstitutunun “Geotermiya” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır
- 2013-2020-ci illərdə AMEA-nın Geologiya və Geofizika İnstitutunun “Geotermiya” şöbəsində elmi işçi vəzifəsində çalışmışdır.
- 2020-2022-ci illərdə AMEA-nın Geologiya və Geofizika İnstitutunun “Geotermiya” şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır.
- 2022-2025-ci illərdə AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun “Yer təkində istilik-kütlə daşınma” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
- 2019-cu ildən etibarən BDU-nun “Seysmologiya və Yer təkinin fizikası” kafedrasında saat hesabı pedaqoji fəaliyyətdə olmuşdur.
- 2025-ci ildən BDU-nun “Seysmologiya və Yer təkinin fizikası” kafedrasında baş müəllim vəzifəsində çalışır.
ELMİ TƏDQİQAT SAHƏSİ
Geoloji süxur komplekslərinin (məsamələri dolduran flüidlər də daxil olmaqla) malik olduğu tam istilik enerji resurslarının qiymətləndirilməsi və məkanda paylanma xüsusiyyətləri, geotermal enerji resurslarının istifadə olunması perspektivlərinin araşdırılması, geoloji quruluşun temperatur şəraitinə təsirinin öyrənilməsi, çöküntü komplekslərində istiliyin paylanma qanunauyğunluqlarının təhlili, geotermal enerji resurslarının hipsometrik və stratiqrafik dərinlikdən asılılıq xüsusiyyətlərinin öyrənilməsi
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2009-cu ildə AMEA Aspirantlarının Elmi Konfransının plenar iclasında məruzə etmişdir.
2009 Gənc alim və tələbələrin “Yer Elmləri sahəsində Tədqiqatların Yeni İstiqamətləri” mövzusunda III Beynəlxalq elmi konfrans, Bakı
2010 “Cənubi Xəzər çökəkliyi timsalında aktiv geodinamik şəraitlərdə geofiziki tədqiqatların səmərəliliyinin artırılması yolları” mövzusunda VII Azərbaycan Beynəlxalq Geofizika Konfransı, Bakı
2011 “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadənin perspektivləri,” mövzusunda Respublika konfransı, Bakı
2011 Gənc alim və tələbələrin “Yer elmləri: Yeni yanaşmalar və nailiyyətlər" mövzusunda 4-cü beynəlxalq elmi konfrans, Bakı
2012 International Earth Science Colloquium on the Aegean Region, IESCA, Izmir
2012 International conference “Integrated Approach for Unlocking Hydrocarbon Resources”, Baku
2013 Gənc alim və tələbələrin “Fundamental və tətbiqi geologiya elmi: Nailiyyətlər, problemlər və onların həlli yolları" mövzusunda 5-ci beynəlxalq konfransı, Bakı
2015 UCTEA 3rd Geothermal congress and exhibition of Turkey, Ankara
- V.Əsədova (Məmmədova) Abşeron yarımadasında geotermal enerji resurslarının qiymətləndirilməsi və istifadə perspektivləri. AMEA, Xəbərlər, Yer elmləri, №3, Bakı, 2012, s. 41-48 http://journalesgia.com/az/articles/geology-and-geophysics/estimation-of-the-geothermal-energy-recourses-of-absheron-peninsula-and-prospects-of-their-usage/
- А.В.Асадова, А.Ш.Мухтаров Ресурсы геотермальной энергии по республике Азербайджан. Мониторинг. Наука и технологии, №2 (15), Махачкала, 2013, 24-28 http://csmos.ru/index.php?page=mnt-issue-2013-2-03
- А.В.Маммадова, З.А.Алиева, В.А.Маммадов Оценка и перспективы использования геотермальных ресурсов Апшеронского полуострова. Каротажник (Научно-технический вестник), №260, Тверь, 2016, с. 103-113 http://www.karotazhnik.ru/component/k2/item/136-vypusk-ntv-karotazhnik-260
- V.Mammadova Temperature Distribution and Heat Flow Density Estimation in Geothermal Areas of Absheron Peninsula. International Journal of Terrestrial Heat Flow and Applied Geothermics, V. 3, №1, Rio de Janeiro, 2020, p. 26-31 http://ijthfa.com/index.php/journal/article/view/44/33 DOI: https://doi.org/10.31214/ijthfa.v3i1.
- V.Məmmədova Geotermal enerji resursları və istifadə perspektivləri. Azərbaycanda Geofizika Yenilikləri, № 3-4, Bakı, 2022, s. 63-70 http://www.amgk.az/pdfler/geofizika.2022.03-04.pdfa