ƏVƏZ MƏMMƏDOV LƏTİF OĞLU
QISA BİOQRAFİK MƏLUMAT
13 fevral 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur.
Evlidir. 2 övladı var.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir.
1981-ci ildə SSRİ EA O.Y.Şmidt adına Yer fizikası İnstitutunda “Üst mantiyaya uyğun yüksək təzyiq və temperatur şəraitində Kiçik Qafqazın ofiolit formasiyasının ultraəsasi süxurlarının elektrik xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
Azərbaycan SSR EA Geologiya İnstitutunda „Geofizika“ Elmi Mərkəzində, „Cənub Geofizika“ ETİ-də çalışmışdır.
2001-ci ildən BDU-nun “Seysmologiya və Yer təkinin fizikası”kafedrasında çalışır.
“Petrofizika”, “Zəlzələ proqnozunun fiziki-geoloji əsasları”, “Yerin fizikası”, “Geodinamika”, “Geofizika”, “Elektrik kəşfiyyatı” fənlərini tədris edir.
100-dən artıq məqalə və elmi işin (o cümlədən 2 patent və 5 monoqrafiya) müəllifidir.
Namizədlik və magistr dissertasiya işlərinə rəhbərlik edir.
Yerin dərin hissələrini modelləşdirən eksperimental bazanı yaradıb və onların əsasında süxurların fiziki xassələrinin tədqiqini həyata keçirib.
Dərinfokuslu seysmikliyin modelləşdirilməsi istiqamətində elmi nailiyyətlər əldə edib.
„Изобретатель CCCP“ medalı ilə mükafatlanıb.
QRANTLAR
Almaniyanın Köln Universiteti ilə birlikdə "Pirıküşkül palçıq vulkanları qrupunun elektromaqnit üsullarla dərinlik quruluşunun öyrənilməsi" mövzusunda həyata keçirilən (Volkswagen Stiftung -99180 EUR) beynəlxalq qrant layihəsinin BDU tərəfdən rəhbəridir.
TƏDQİQAT SAHƏSİ
Yerin fizikası
SEÇİLMİŞ ƏSƏRLƏRİ
2009, Dağ süxurlarının elektrik müqavimətinin laboratoriya şəraitində ölçülməsinin in situ xarakteristikasına uyğunluğunun tədqiqi (həmmüəllif)
2009, Kernlərin lay şəraitini nəzərə alan laboratoriya tədqiqatı məlumatlarının və elektrokarotaj materialların müqayisəli analizi (həmmüəllif)
2010, Exploration of Mud volcanoes in Azerbaijan using electromagnetic methods of Applied Geophysics. Between Europe and the Orient A Focus on Research and higher Education in Central Asia and the Caucasus Status Conference May 19-21, 2010, Tbilisi
2013, “Seysmoelektrik effektinin tədqiqinin nəticələri” Ə.L.Məmmədov, T.M,Musazadə Beynəlxalq Elmi Konfransı
2014, Электрические свойства магматических пород при высоких термобарических параметрах (монография) «Политех», Баку- 208 с. Monoqrafiya
2015, Zəlzələlərin proqnozunun fiziki-geoloji əsasları “Politex”, Bakı-2015, 210 s. Monoqrafiya
2015, Akustik emissiyanın elastiki impulsların vasitəsi ilə yaradılması. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi konfransının materialları, 2015. Səh.211.
2015, Elektrik sahəsinin akustik aktivliyə təsiri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi konfransının materialları, 2015. Səh.211-212.
2015, Exploration of the Near-surface Structure of Mud Volcanoes using Electromagnetic Techniques: A case study from Perekishkul, Azerbaijan. JEEG Cologne Germany, 2015. P.153-163.
2016, Böyük Qafqazın cənubi-şərqində orta yura yaşlı qara gilli şistlərin filizliyi. Azərbaycan xalqının ümumilli lideri H.Əliyevin anadan olamsının 93-cü il dönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri ” mövzusunda Respublika Elmi Konfransının materialları Bakı
2016, Zəlzələnin dilatant-diffuzlu modelinə yeni yanaşma. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi konfransının materialları.
2016, Qravimetrik kəşfiyyatda paradokslar. Azərbaycanda Geofizika Yenilikləri. Rüblük Elmi-Texniki Jurnal 1-2/2016, s.10-16
2016, Süxurların deformasiyasının geofiziki aspektləri. “Politex” MMC-nin mətbəəsi, BAKI-2016, səh.114, Monoqrafiya
2017, Geofiziki tədqiqatlarla Şimali Naftalan sahəsinin neft-qazlılığının perspektivliyi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının Materialları. Bakı 2017, s. 141-142
2017, Zəlzələ proqnozunun geofiziki problemləri. Kitab, Politex MMC, Bakı, 2017. 231 s. Monoqrafiya
2017, Геодинамическая обстановка Ордубадского рудного малого Кавказа на позпозднеколлизионном этапа. Геология полезные ископаемые и проблемы геоэкологии Бфшкортостана, Урала и сопредельных территорий, Уфа, 17-19 мая, 2016 г. ст. 120-123
2018, Azərbaycan ərazisinin tektonik quruluşu və əsas struktur elementlərinin tədqiqi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi konfransının materialları. Bakı 2018, s. 311-312
2018, Zəlzələlərin məkanda paylanması xüsusiyyətlərinin aydınlaşdırılması və bu paylanmanın xəritələşdirilməsinin təhlili. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi konfransının materialları. Bakı 2018, s. 317-319
2021, Dərin fokuslu seysmikliyin fiziki-kimyəvi interpretasiyası, Bakı, “Ləman Nəşriyyat Poliqrafiya” MMC, 2021, 98 səh. Monoqrafiya
2023, Dərin fokuslu seysmkliyi izah edən modellərin təhlili Bakı Universitetinin Xəbərləri, Təbiət Elmləri Seriyası, №3, 2023, səh. 18-23
2024, Analysis of the causes of deep-focus earthquakes. Baku State University Journal of Earth Sciences & Environment 2024, v 1 (1) p.42-49
2024,Comparative analysis of core testing result from deep wells with electrical logging data Baku State University Journal of Earth Sciences & Environment 2024, v 1 (3), p. 1-6
2024, Seismotectonic activity of the Caucasus region for the period 2003-2024 yy. BDU-nun Geologiya-Coğrafiya fakültəsinin yaradılmasının 80 illik yubileyinə həsr olnumuş Respublika Elmi Konfransının materialları 17-18 dekabr 2024.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
Aktiv iştirakçı
Çoxsaylı Beynəlxalq konfrans və simfoziumların iştirakçısıdır.