QISA BİOQRAFİK MƏLUMAT
1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.
2009-cu ilin fevral ayından etibarən “Seysmologiya və Yer təkinin fizikası” kafedrasında tam ştat laborant vəzifəsində çalışmışdır. 2015-ci ildən hal-hazıradək isə 0,5 ştat böyük laborant vəzifəsində çalışır.
TƏHSİLİ, ELMİ FƏALİYYƏTİ
2008-2013-cü illərdə Geologiya fakültəsinin “Geofizika mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. Həmin ildə BDU-nun Geologiya fakültəsinin “Seysmologiya və seysmometriya” ixtisası üzrə magistratura pilləsinə qəbul olunmuş və 2015-ci ildə fərqlənmə diplomu ilə məzun olmuşdur.
2013-cü ildə Tempus Project “Project Actor Capacity Training in Caucasus” təşkilatı tərəfindən keçirilən “Succesful Project Development” conducted in the framework of 544047 TEMPUS-1-2013-1-GE-TEMPUS-JPGR mövzulu, “Project Actor Capacity Training in Caucasus” adlı təlimdə iştirak edərək sertifikat almışdır.
Təhsil aldığı müddətdə 2014-cü ildə Rusiyada keçirilən “5th International geosciences student Conference (IGSC 5) Nizhny Novgorod” beynəlxalq qrantında iştirak hüququ qazanmışdır. Bir neçə digər elmi-praktiki konfranslarda da iştirak edərək 7 elmi əsərin müəllifi olmuşdur. Eyni zamanda “Society of Exploration Geophysicists (SEG)” üzvüdür.
ƏMƏK FƏALİYYƏTİ
2009-cu ilin fevral ayından etibarən “Seysmologiya və Yer təkinin fizikası” kafedrasında tam ştat laborant vəzifəsində çalışmışdır. 2015-ci ildən hal-hazıradək isə 0,5 ştat böyük laborant vəzifəsində çalışır.
2011-ci ildə BDU rektoru, akademik A.M. Məhərrəmovun adından nümunəvi əmək fəaliyyətimə görə təşəkkür almışdır.
2012-ci ildə BDU rektoru, akademik A.M. Məhərrəmov tərəfindən nümunəvi əmək fəaliyyətimə görə “Fəxri fərmanla” təltif edilmişdir.
2022/2023-cü tədris ilindən etibarən pedoqoji fəaliyyətə başlayaraq, “Yerin fizikası”, “Paleomaqnetizm”, “Geodinamika”, “Geofizikanın əsasları” fənlərini saathesabı qaydada, ingilis dilində tədris edir. Və eləcə də Universitetin və fakültənin ictimai işlərində fəal iştirak edir.