KÖNÜL QULUZADƏ ƏLİSA QIZI


Quluzadə Könül Əlisa qızı

2008-2013-cü illərdə Geologiya fakültəsinin 050604 - “Geofizika mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsini bitirmişəm.

2013-cü ildə BDU-nun Geologiya fakültəsinin 060604 - “Geofizika mühəndisliyi” ixtisasının, “Seysmologiya və seysmometriya” ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olunmuş və 2015-ci ildə fərqlənmə diplomu ilə məzun olmuşam.

 İş təcrübəsi və akademik fəaliyyət

09.02.2009-cu ildən “Seysmologiya və Yer təkinin fizikası” kafedrasında tam ştat laborant vəzifəsində çalışmışam.

2015-ci ildən isə hal-hazıradək isə 0,5 ştat böyük laborant vəzifəsində çalışıram.

 

2022/2023-cü tədris ilindən etibarən pedoqoji fəaliyyətə başlayaraq kafedrada “Yerin fizikası”, “Geodinamika”, “Geofizikanın əsasları” və “Seysmologiyanın əsasları” fənlərini saathesabı qaydada, azərbaycan və ingilis dillərində tədris edirəm.  Eləcə də Universitetin və fakültənin ictimai işlərində fəal iştirak edirəm.

Elmi nəşrlər və konfranslar

  1. K.Ə.Quluzadə, Ə.L.Məmmədov, K.R.Əhmədova - Palçıq vulkanlarının geofiziki tədqiqqində geoinformasiya sisteminin (GİS) tətbiqi. Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik Şəfaət Mehdiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı 2010. səh.259-260.
  2. K.Ə.Quluzadə, E.S.Novruzov - Mühəndisi geologiya və hidrogeologiya məsələlərinin həllində elektrik kəşfiyyatının effektivliyi. “Azərbaycanda geofizika yenilikləri” jurnalı № 4, Bakı 2010. səh.20-23.
  3. K.Ə.Quluzadə, E.S.Novruzov - Geodinamik proseslərin elektromaqnit sahələrində əksi və zəlzələ müjdəçilərinin öyrənilməsi. Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr kataloqu. Bakı 2012. səh. 22.
  4. K.Ə.Quluzadə, Ə.L.Məmmədov, Ə.Q.Novruzov - Opportunities of complex electromagnetic methods in exploration of mud volcanoes in Azerbaijan (in Pirakuskul). 5th International geosciences student Conference (IGSC 5) Nizhny Novgorod, Russia 2014. səh.19.
  5. K.Ə.Quluzadə, Ə.M.Salamov - Bayıl sürüşmə sahəsinin geoloji quruluşunun xüsusiyyətləri. Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Geologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı (tezislər) Bakı 2016. səh.235.
  6. K.Ə.Quluzadə, Ə.M.Salamov, A.R.Hüseynova - Sürüşmələr-onların yaranma səbəbləri, tədqiqi və təsnifatı. Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı (tezislər) Bakı 2016. səh. 221-222.
  7. K.Ə.Quluzadə, Ə.L. Məmmədov - Elektrik kəşfiyyatı tədqiqatları ilə Ağcabədi-Zərdab regional profili üzrə aparılmış işlərin xüsusiyyətləri. Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş Geologiya: Problemlər, Perspektivlər” mövzusunda Respublika Elmi Konfransının Materialları. Bakı 2022, səh. 288-291. 

Beynəlxalq və yerli konfranslarda çıxışlar

 2010-cu ildə Bakı Dövlət Universiteti THİK təşkilatçılığı ilə keçirilən “Ekoloji problemlər: yaranma səbəbləri və həlli yolları” adlı elmi-praktiki konfransda “Azərbaycan Ekologiyası: Problemləri və Həlli yolları. Ekoloji tarazlığın qorunması-Günün məsələsi” mövzusu ilə çıxış etmişəm və diplom ilə təltif edilmişəm.

2013-cü ildə Tempus Project təşkilatının keçirdiyi “Project Actor Capacity Training in Caucasus” təlimində (mövzu - “Succesful Project Development” conducted in the framework of  544047 TEMPUS-1-2013-1-GE-TEMPUS-JPGR) iştirak etmiş və sertifikat almışam.

2014-cü ildə “5th International geosciences student Conference (IGSC 5) Nizhny Novgorod (Russia)” beynəlxalq konfransinda məqalə və posterlə iştirak etmişəm.

2014 European SEG (Society of Exploration Geophysicists) Challenge Bowl (Russia) təlimində iştirak etmişəm (sertifikat).

Eyni zamanda 2011-ci ildən “Society of Exploration Geophysicists (SEG)” üzvüyəm.

Akademik və elmi mükafatlar, fəxri adlar

2011-ci ildə BDU rektoru, akademik A.M. Məhərrəmovun adından nümunəvi əmək fəaliyyətimə görə təşəkkür almışam.

2012-ci ildə BDU rektoru, akademik A.M. Məhərrəmov tərəfindən nümunəvi əmək fəaliyyətimə görə “Fəxri fərmanla” təltif edilmişəm.

Xarixi dil bilikləri və sertifikatları

İELTS (5.0) – SERİTİFİKAT, İngilis və rus dillərini bilirəm.

 

 

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət