ƏZİZ ƏSGƏROV HƏMZƏ OĞLU

ƏZİZ ƏSGƏROV HƏMZƏ OĞLU

ƏZİZ ƏSGƏROV HƏMZƏ OĞLU

Professor

1934-cü ildə ADU-nu bitirib, geologiya və paleonto­logiya kafedrasının assistenti və aspirantı olmuşdur. 1938-ci ildə namizədlik, 1949-cu ildə isə doktorluq dis­sertasiyası müdafiə etmişdir. Prof. Ə.H.Əsgərov ADU-nun ümumi geologiya və hidrogeologiya kafedrasına 45 il əvəzsiz başçılıq etmişdir. İlk dəfə olaraq Azər­baycanın mineral sularının əmələgəlməsinin hidrogeoloji şəraitini, kimyəvi tərkibini və pay­lama qanunauyğunluqlarını müəyyən etmişdir. 1979-cu ildə üç mineral su yatağını (Vayxır, Ba­damlı, Sirab) açmışdır. Onun tərtib etdiyi layihə və onun əsaslandırması ilə Azərbaycanda İstisu, Naftalan, Qalaaltı, Nabran, Şuşa və digər su- müalicə və sanatoriya tipli kurortların tikintisinə başlanılmışdır. Ə.H.Əsgərov Azərbaycanın ye­raltı, mineral və termal sularına həsr olunmuş 3 monoqrafiyanın, 1 dərsliyin, 6 elmi-kütləvi kitabçanın və 100-dən çox elmi məqalənin müəllifidir. 39 elmlər namizədi hazırlamışdır.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət