QƏDİR SULTANOV MƏMMƏD OĞLU

QƏDİR SULTANOV MƏMMƏD OĞLU

QƏDİR SULTANOV MƏMMƏD OĞLU

AMEA-nın müxbir üzvü

1938-1945-ci illərdə ADU-nun biologiya fakültəsində təhsil almışdır. 1956-cı ilə qədər Geologiya İnstitutunda, 1957-ci ildən ADU-da işləmiş­dir. 1948-ci ildə na­mizədlik, 1956-cı ildə doktorluq dissertasiya­larını müdafiə etmişdir. Paleontologiyada ilk dəfə olaraq gec miosen hövzələri faunasının öyrənilməsində fiziki-kimyəvi üsulları tətbiq etmiş, Azərbaycanda sarmat faunası tiplərinin inkişafı və məhv olması xarakterini müəyyən etmişdir. 1956-cı ildə isə doktorluq dissertasi­yası müdafiə etmişdir. Azərbaycanda paleonto­logiya elmində yeni istiqamət olan paleobio- geokimyanm əsasını qoyanlardan biridir. O, Abşeron mərtəbəsini üç yanmmərtəbəyə və on­ları da daha kiçik stratiqrafik vahidlərə bölmüş­dür. Bu sxem Alp geosinklinal qurşağının qa­palı hövzələrinin bölgüsü üçün əsas olmuşdur. Abşeron molyusklarmın təsnifatının əsaslarını və onların filogenetik sxemini, elementlərin bi- ogen miqrasiyasının tədqiqi üsullarını işləyib hazırlamışdır. Paleontologiya və stratiqrafiya sahəsindəki əsas nailiyyətləri sistematika, mü­qayisəli morfologiya, ekogenez, geckaynozoyun biostratiqrafiyası və s. ilə əlaqədardır. 

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət