SƏTTAR SÜLEYMANOV MÜTƏLLİB OĞLU

SƏTTAR SÜLEYMANOV MÜTƏLLİB OĞLU

SƏTTAR SÜLEYMANOV MÜTƏLLİB OĞLU

Professor

1930-1936-cı illərdə S.Orconikidze adma Moskva Geoloji-Kəş­fiyyat İnstitutunda oxumuş və mühəndis-geoloq ixtisası almış­dır. 1939-1950-ci il­lərdə Azərbaycan Geologiya İdarəsində geoloq, partiya rəisi, baş mühəndis vəzifələrində işləmiş, 1947-ci ildən isə bu idarənin müdiri olmuşdur. 1947-ci il­də namizədlik dissertasiyası müdafiə edib. 1950-ci ildə S.M.Süleymanov pedaqoji işə ke­çib. O, ADU-nun «Kristalloqrafiya, mineralo­giya və petroqrafiya» kafedrasında böyük müəllimdən kafedra müdirinə qədər yol keçir. Sonralar bu kafedra ixtisas kafedrasına çevri­lərək, 1958-ci ildən «Faydalı qazıntılar» kafed­rası adını daşıyır. Həmin kafedraya 1986-cı ilə kimi prof. S.M.Süleymanov rəhbərlik edir. 1952-1963-cü illərdə S.M.Süleymanov ADU-nun Geologiya-coğrafiya fakültəsinin dekanı olmuş­dur. 1958-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1960-cı ildə ona professor rütbəsi verilmiş­dir. 1978-ci ildə «Kiçik Qafqazın civə yataqlarının geologiyası» monoqrafiyasının müəlliflərindən biri kimi o, Azərbaycan Dövlət Mükafatı laurea­tı adına layiq görülmüşdür. S.M.Süleymanov 150-dən çox elmi əsər, 10 monoqrafiya və dərs­liklərin müəllifidir. 40-dan çox elmlər namizədi və doktoru hazırlamışdır.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət