XUDU MƏMMƏDOV SURXAY OĞLU

XUDU MƏMMƏDOV SURXAY OĞLU

XUDU MƏMMƏDOV SURXAY OĞLU

AMEA-mn müxbir üzvü

1951-ci ildə ADU-nun Geologiya-coğrafiya fakültəsini bitirmiş və Mosk­vada SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda aspiranturaya qəbul olun­muşdur. 1955-ci ildə namizədlik, 1969-cu ildə Moskvada dok­torluq dissertasiyası müdafiə etmişdir. O, seqmentlərin silikat və hidrosilikat struk­turlarını öyrənmişdir ki, bunların da ara­sında bağlayıcı xüsu­siyyətlərinə görə kso-notlit xüsusi əhəmiyyət daşıyır. 1976-cı ildə o, Azərbaycan EA-ya müxbir üzv seçilmişdir. X.S.Məmmədov Azərbaycanda kristalloqra- fiya və kristallokimya məktəbinin yaradıcısı­dır. Azərbaycan EA-nın Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda o, struktur kimya labora­toriyası yaratmış, təbii seolitlərin strukturu­nu müəyyən etməklə onun sintetik analoqu­nun alınması qaydasını işləyib hazırlamışdır. Maddə strukturunu öyrənməkdə vacib olan Paterson funksiyasını təyin etmək üçün «Üç- tikanlı teorem»in, 250-dən çox elmi əsərin, bir neçə kəşfin müəllifidir.

v

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət