Tədbirlər

 

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində

sosial-humanitar istiqamətdə həyata keçirilmiş tədbirlərin

HESABATI

(2024)

 

Görüləcək iş, həyata keçirilən tədbir /layihə/

Tərəfdaş qurumlar

/fakültələr

Keçirilmə tarixi

İştirakçıların sayı, kateqoriyası

Məruzəçi və ya nə təqdim olunub

Tədbirin mətbuatda işıqlandırılması haqqında (link)

Qeyd

1.

Psixoloji yardım sektoru Geologiya fakültəsinin tələbələri üçün “Bullinq” mövzusunda təlim keçirib

Psixoloji yardım sektoru

12.03.2024

40

Təlimin keçirilməsində məqsəd təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi yollarına dair müzakirələr aparmaq, təhsilalanları hər hansı zorakılıq formasına qarşı müdafiə funksiyaları haqqında məlumatlandırmaqdır.

Qeyd olunub ki, cəmiyyətdə tez-tez rast gəlinən psixoloji problemlərdən biri də bullinqdir. Bullinq uşaqların, yeniyetmələrin incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Təlimdə bullinqin dörd istiqaməti - kiber, fiziki, cinsi və sosial bullinq barədə məlumat verilib, buna səbəb olan psixoloji və sosioloji aspektlər təhlil edilib. Qeyd olunub ki, ailə və təhsil müəssisəsi arasındakı iş birliyi və koordinasiyasının olması bu kimi problemlərin həllində vacibdir.

Daha sonra bullinqdən qorunmaq haqqında maarifləndirici videoçarx nümayiş olunub.

Sonda iştirakçılar mövzu ilə bağlı mükazirələr aparıb.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZX0M7PrFYZtypgW1cvmeDXo3SOmnXsmGb-uMOe3wWluLfrVOn_a69kwmSuzODHYpUUGhrPLtzdfoft0WL3Jlge-PRpyQlZVklsOZ6FrBtLYQWJlaAX75LchT1vws14z2cE6bdZkRFyaK8pN4nL0XXsJ69qwOdPJqz-rUbDzKCA1BrAptCanW4OTl-hTJANS4Xg&__tn__=-UC%2CP-R

 

 

2.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə ADNSU-da “Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)

14.03.2024

60

Seminarda Geoloji Kəşfiyyat fakültəsinin (GKF) Neft-qaz geologiyası kafedrasının müəllimi Murad Abdullazadə BDU tələbələrinə mövzu ilə bağlı ətraflı məlumat verib, ölkəmizdə neft sənayesinin pespektivləri, həmçinin bu sahənin istiqasidyyatda əhəmiyyətindən danışıb. İnteraktiv formatda keçirilən görüşdə müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZW7Lw6PXGBAO5gZRQWuIuyCMYpBCzQrqKdpty73v8v6Mni3A-4S5TjML_aT3L58TN2Jn3ngLpolNHTm5tNy4_VPDiDFQNz5gbCLlXo__lvJ2F3xleCZbFIC9lOl0fNNyFacvILGqiBnoJf4iohWNt0E_yDxUGtEMf7bxdDFoTx0ejlvge248un2fR3HiNbbS1w&__tn__=-UC%2CP-R

 

3.

Bakı Ekspo Mərkəzində keçirilən Bakı Su Həftəsində iştirak

 

14.03.2024

 

Martın 12-14-də Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq Bakı Su Həftəsi təşkil edilmişdir. Tədbirdə Geologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev və Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynova iştirak etmişdir.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZX5fVRQQBbNZjTZHlH0KOC43MAMj3v7USUV4CxWpuim2y3ain92YkgvkB_5XeVZ2-xdzGuO4cPZFpvqj5jV89olBbSjfkH7ts7Kil4iBq0GqZ3gPHjL5zmvk61eMXQ-_QPg2mVrPCjwm4GsBH1uhMYlaMrTF6i4C7L5TPPcC2z_LDFSXPEXX8OAM6Rbwl7B1cY&__tn__=-UC%2CP-R

 

4.

27 mart Elm günü ilə bağlı olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən "Açıq qapı" günü

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

28.03.2027

40

27 mart Elm günü ilə bağlı olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən "Açıq qapı" günü keçirilmişdir. Bununla əlaqədar olaraq Geologiya fakültəsinin Kompleks geoloji və geofiziki tədqiqatlar ETL-nin böyük laborantı Adiləxanım Hüseynova və bir qrup tələbə AMEA nəzdində RSXM-in Zəlzələlərin tədqiqatı bürosunda olmuşlar. Burada Azərbaycanda seysmologiyanın inkişaf tarixindən, zəlzələlər, zəlzələ zamanı davranış qaydaları və digər mövzular haqqında çıxışlar olmuş, həmçinin seysmoloji cihazlar nümayiş etdirilmiş və geofiziki cihazlarla praktiki məşğələlər keçirilmişdir.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZV82XjJ3Qvj9C3LIceMiHuGePFhfz4hhtB3vYgwNmB4dDGcnaXXYfxZsa0ssU15RxxhPyv2gWO_5pFNoEChYG3-tn7dMeht8UY84gQKGLDLmQBFZZpegzgjHIZAX7sNlTUS_PWFE_fceq8s7F6eltccSci1FScazZa3m5fzACu8mMw0ME-eoOjoE4x7BH5lwp8&__tn__=-UC%2CP-R

 

5.

31 mart soyqırımına həsr olunmuş “Tarix unudularsa, təkrarlanar!” adlı tədbir keçirilib

TGT

29.03.2024

60

Bakı Dövlət Universiteti Geologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 31 mart soyqırımına həsr olunmuş “Tarix unudularsa, təkrarlanar!” adlı tədbir keçirilib. Tədbirdə Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, dekan müavini Şakir Balammədov, Ələkbər Mirzəyev, kafedra müdirləri Bahadır Qələndərov, Nazim İmamverdiyev, Kərim Rəhimov, Əvəz Məmmədov, Faydalı qazıntılar kafedrasının müəllimi Ruslan Şəmiyev və tələblər iştirak etmişlər.

Tədbirdən öncə Geologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev və bir qrup tələbə Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Tədbiri Geologiya fakültəsinin dekanı Mamoy Mansurov açıq elan etdi. O, çıxışında tarix boyu mənfur düşmənimiz erməni qəsbkarlarınnın başımıza gətirdikləri müsibətlərdən bəhs etdi. Ötən əsrdə dəfələrlə xalqımıza qarşı soyqırım aktı törətmiş mənfur düşmənin bugün də eyni əməllərdən əl şəkmədiyini diqqətə çatdırdı və gənclərimizin bu tarixi həqiqəti heçvaxt unutmamasını tövsiyə etdi.

Daha sonra Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev çıxış edərək ilk öncə tədbirin təşkilində xüsusi əməyi olan tələbələrimizə təşəkkürünü bildirmişdir. Bu kimi tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq, gənc nəslin vətənpər ruhda böyüməsində mühüm amil kimi qeyd etdi. 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin məhz xalqımızın qəhrəmanlığı, birliyi hesabına olduğunu diqqətə çatdırdı.

Faydalı qazıntılar kafedrasının müəllimi Ruslan Şəmiyev çıxış edərək tarixi xronologiyaya diqqət çəkmiş, xalqımızın əsrlər boyu məruz qaldığı vandallığı, ermənilərin vəhşiliyi və nə qədər arzuolunmaz qonşu olduğunu qeyd etdi. Bundan sonra hər kəsin öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsinin, Vətənimizin birliyi, suverenliyi uğrunda mübarizə aparmasının əhəmiyyətini vurğuladı. Bu faciəyə ilk dəfə olaraq 1998-ci il 26 mart tarixində Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla hüquqi qiymət verildiyi bildirildi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız qələbə ilə Ulu öndərin arzusu olan böyük qayıdışın gerçəkləşdirilməsi vurğulandı.

Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri dosent Əvəz Məmmədov da öz növbəsində çıxış edərək bildirdi ki, bundan sonra da hamımız ayıq-sayıq olmalı, düşmənin hər həmləsinə qarşı qəti cavab verməliyik.

Sonda II Qarabağ müharibəsi qazisi Musa Abbasov çıxış edərək öz döyüş yolu haqqında məlumat verdi. Tədbirin mühüm əhəmiyyət daşıdığını bildirdi.

Bədii hissədə isə I kurs magistr, şairə Raşidə Arif və tarda I kurs tələbəsi Tunar Tağızadə çıxır etdi. Tədbir 1918-ci il 31 marta həsr olunmuş videoçarxla yekunlaşdı.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZUPR_50UPgckJl9lD5gD6xHJngQJG0KsuDOXFk_i0G3PjnwAWyTVYbnbdIKr09nsv4t-LK5pmCgV-V16Y2lGIBDPUAt9lvJg-iqlqIEAnbLaCA_ihc-UMUBZ9pRX0qu72XlPpXZrf5mucN41d2-DS_985kgLoNx_hVWZOWrvUcPxluiGWSLtdYHbPINI33H9tk&__tn__=-UC%2CP-R

 

 

6.

Aprel döyüşlərinə həsr olunmuş "Əsrə bərabər günlər" adlı tədbir keçirilmişdir.

Filologiya fakültəsi

04.04.2024

70

Bakı Dövlət Universitetinin Geologiya və Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş "Əsrə bərabər günlər" adlı tədbir keçirilmişdir.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZVLhHKGVOqofN3vYGbyP15SlgkxD7fwYNYw8MIbMmFlvRBhWICk6ug9txGUl-H6VuyX_yi-2xRgrNmR8SO5WrlXuJxt2obTG5fpxMMbkIFHxdeClT4_72JkEPSuSjcVs-Bp8tMpoY_I12J5xvnpdh3VEYRrUDX3KKWokH3JtLTODaHNDJvQp5kf-pZoRSvQ638&__tn__=-UC%2CP-R

 

7.

Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş “Böyük Zəfərin Başlanğıcı - Aprel Döyüşləri” adlı tədbir keçirilib.

Tarix fakültəsi

Fizika fakültəsi

05.04.2024

100

Bakı Dövlət Universitetinin Geologiya, Tarix və Fizika fakültələrinin Könüllülər təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşəbbüsü ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş “Böyük Zəfərin Başlanğıcı - Aprel Döyüşləri” adlı tədbir keçirilib.

Tədbir Tarix fakültəsinin dekanı İbrahim Zeynalovun çıxışı ilə açıq elan edilib. O, öz çıxışında Azərbaycan tarixində baş vermiş döyüşlər haqqında geniş məlumatlar vermiş, xalqımızın əsrlər boyu soyqırımlara məruz qalmasından bəhs etmişdir, Aprel döyüşlərində göstərilən qəhramanlıqlar və azad edilmiş ərazilərimiz haqqında ətraflı məlumatlar vermişdir.

Tədbirdə iştirak edən Vətən müharibəsi qazisi Musa Abbasov və Vətən müharibəsi iştirakçısı Ruslan Əhmədov da çıxış ediblər. Onlar öz çıxışlarında döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.

Bədii hissə Ümumilli lider Heydər Əliyevin söylədiyi dahi şair Səməd Vurğunun “Azərbaycan” şeiri ilə başlayıb. Daha sonra Geologiya fakültəsinin tələbəsi Nurcan İbrahimova “Azərbaycan Əsgəri”, Fizika fakültəsinin tələbəsi Günay Aslanova “Zəfər Bayrağı” şeirlərini və tədbirdə iştirak edən şairə Rəşidə Hüseynova öz bəstəsi olan “Şəhidin sevdiyi” şeirini Tunar Tağızadənin tarda müşaiyəti ilə səsləndiriblər. Sonra Geologiya fakültəsinin I kurs tələbəsi Fatimə Əliyevanın ifasında Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”i Tunar Tağızadənin tarda, Rəvan Məmmədovun gitarada müşaiyəti ilə səsləndirilib.

Sonda tədbir Aprel Döyüşlərinə aid olan videoçarxın nümayişi ilə başa çatdırılıb və xatirə şəkilləri çəkdirilib.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZV65no6hDxXCk2B3wwVUy8F3oRaV_-9J29J3ti89bxkGcmTTPeVaxOZjNPWYu8fNwtwcW-KdvybL1zQWPnN8UGq2mKsadWnN6bmKFPUCSDkLFLoVmUkjdTf22A93AF6OkABn57bJHLkTm5KiEYIbG5ARci3sGnLBjDqoA5Ltk_IyIcwpVPMH_OXP7xC2HJBa6k&__tn__=-UC%2CP-R

 

 

8.

"Geoloq günü"nə həsr olunmuş tədbir

Azergold QSC

06.04.2024

60

Bakı Dövlət Universitetinin Geologiya və Coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə "Geoloq günü"nə həsr olunmuş AzerGold QSC-nin Geoloji Kəşfiyyat şöbəsinin Coğrafi informasiya sistemləri sektorunun müdiri Ələsgər Məmmədov tərəfindən Geologiya və Coğrafiya fakültəsinin tələbələrinə "Coğrafi informasiya sistemlərinin geoloji kəşfiyyatda tətbiqi" mövzusunda Ustad dərsi keçirilmişdir.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZWpPwCK94sdCvZvHVxokD7yXUyFQ9Cu11iKdeepCzlB897ffhYXKHkr8yaqpFjlgVsNc02ByLAkRW6pffSRS1N0mKunj9r1b2e5miSdsCOfzw8ii0MNoSbcUNLbL3QQxK0XA8MlbTvExIzQcQTTCnSWiI25mpAN1qZRV0IGmH38SReZWJhIjcnt5jabhfUu-oc&__tn__=-UC%2CP-R

 

9.

“Zəlzələ proqnozunun problemləri” adlı seminarı keçirimişdir.

Fizika fakültəsi

17.04.2024

60

Bakı Dövlət Universitetinin Geologiya və Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri dosent Əvəz Məmmədovun “Zəlzələ proqnozunun problemləri” adlı seminarı keçirimişdir.

Tədbirdə zəlzələnin yaranmasının həm fiziki, həm də geofiziki aspektlərindən bəhs edilmişdir. Sonda mövzu ətrafında müzakirələr aparılmış, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

 

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZVhAzQ8-aq3mNXfRYjA8HSgwgpZzyepYM1N1V0npwoQFkpJ4_99-XLLeyBIpWYndCSxDBb8BksGPXX4zncCVwmplJHuhQS3k3IzibgGeIFLaTM5iF1NkmXaadzgkUKIO2O20BZPRy_7kmOt2eG5-k-_BqE18u0cxEZMAW6T9YxyzjxMeKM30K3yxbqHrFfyB-E&__tn__=-UC%2CP-R

 

10.

Yaşıl dünya naminə Həmrəylik ili" çərçivəsində təsdiq edilmiş tədbirlər planına əsasən "Ulu öndər Heydər Əliyev: Azərbaycanda ekoloji siyasətin banisi" mövzusunda tədbir keçirilmişdir.

YAP Yasamal rayon təşkilatı

02.05.2024

100

Geologiya fakültəsi və YAP Yasamal Rayon Təşkilatının birgə əməkdaşlığı ilə "Yaşıl dünya naminə Həmrəylik ili" çərçivəsində təsdiq edilmiş tədbirlər planına əsasən "Ulu öndər Heydər Əliyev: Azərbaycanda ekoloji siyasətin banisi" mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu öndərin zəngin fəaliyyətindən bəhs etmişdir. Bugün Azərbaycanın artan iqtisadi - siyasi gücünü diqqətə çatdıran Bəxtiyar müəllim Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs etmişdir.

Daha sonra Ümumi və tarixi geologiya kafedrasının müdiri professor Nazim İmamverdiyev çıxışında Ulu öndər sayəsində xaricdə oxumağa göndərilən gənclər arasında özünün də olduğunu bildirmişdir. Bu hadisənin onun gələcək fəaliyyətinə təsirini vurğulayaraq, bugün də bu siyasətin uğurla davam etdiyini diqqətə çatdırmışdır.

Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri dosent Əvəz Məmmədov da Azərbaycanın keçdiyi çətin tarixi proseslərdən bəhs etmişdir.

Geologiya fakültəsinin Tədris işləri üzrə dekan müavini, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzü İlqar Quliyev bugünkü tədbirin təşkilinə görə YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevə, Zahid Xəlilov 23 (BDU) ƏİPT-in sədri Zahid Cəfərova təşəkkürünü bildirmişdir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv olan tələbələrə üzvlük vəsiqəsi təqdim edilmiş, həmçinin Yasamal rayonunun ictimai - siyasi həyatında səmərəli fəaliyyətinə görə Ümumi və tarixi geologiya kafedrasının müdiri professor Nazim İmamverdiyev, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri dosent Kərim Rəhimov və Faydalı qazıntılar kafedrasının müəllimi Ruslan Şəmiyev "Fəxri Fərman"la təltif edilmişdir.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZUXoCa7Rs_HFffn2WYPTaV-vS174yopq9jmN18GsjvZsuAVSfYARa_NZ7NQa0KSB_E1lJCBzn3jJSq4rf2KHP9zQJ4oCfZctpAhP8MziU_3uxhZ1gTUbHEvshwdTlOVt1qIOtQLEKWLJHj9DqYJzNyiuq_laTOHkGdmVGQ5G7ZYcik5AFEUltgBiuAXwB3dJC4&__tn__=-UC%2CP-R

 

 

11.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilən “Bakı marafonu 2024”də iştirak

Heydər Əliyev Fondu

05.05.2024

20 nəfər tələbə

Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq 7-ci dəfədir təşkil edilən “Bakı marafonu 2024”də iştirak edən Geologiya fakültəsinin I kurs tələbəsi, fakültə THİK-in sədri Rəvan Məmmədov 18 mindən çox iştirakçı arasından qalib gələn ilk 3 min iştirakçı arasına düşərək medalla təltif edilmişdir.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZUhm1jlpMmSfaruYOfk-OBHI9H2AXY2DM5qEsnrTQnxp2ylZs7APy5_z5e1Ea4xo7kBh-BM21X_xuxMcEtIxj8ihBAVo6XuH3imGGBVPlhRc_67rpP65isO4Rc0KkBOi4oAdgp_zDdOz6uvE0umNgRBYWrVikth9Q1Yo6N4LoF5GjWasIRHlmGHyQZYm9q-Ox4&__tn__=-UC%2CP-R

 

12.

10 may - Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Dahi Şəxsiyyət - Heydər Əliyev” adlı tədbir keçirilib.

 

10.05.2024

80

Bakı Dövlət Universitetinin Geologiya fakültəsi üzrə Könüllülərinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşəbbüsü ilə 10 may - Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Dahi Şəxsiyyət - Heydər Əliyev” adlı tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Geologiya fakültəsinin dekanı Mamoy Mansurov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra neft emalı sənayesində dərin keyfiyyət dəyişiklikləri baş verib. 70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsində Heydər Əliyevin misilsiz tarixi xidmətləri olub.

Daha sonra Geologiya fakültəsinin “Kristalloqrafiya, mineralogiya və geokimya” kafedrasının müdiri dosent Kərim Rəhimov çıxışında Ulu öndər Heydər Əliyevin dövlətçiliyin möhkəmlənməsində, onun formalaşmasındakı rolundan bəhs etmişdir.

“Faydalı qazıntılar” kafedrasının müəllimi Ruslan Şəmiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda gedən hərtərəfli inkişaf prosesi barədə ətraflı məlumat vermişdir. Ulu öndər Heydər Əliyevin hələ SSRİ dövründə çalışdığı zamanlarda Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutduğunu, milli ideologiyanın formalaşmasında misilsiz xidmətlər göstərdiyini diqqətə çatdırmışdır.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZVvukFeYGibeR5tkB5-SjZpBB9gDcQFVp6uYpm8K0Ls1Du_2hkxp31vx9xdqVqhIalXggui4KB2IaUoZ3q8rbGDPFuWb8MKu4c702R12ma-ODwQm5zGC76q_G0VDCYSf1ny4d6JvStQeG4tSSy701CGlSOnYXAxtefFMSuCC6ulRmcmVJKVj1XlbVylmPPrjNE&__tn__=-UC%2CP-R

 

 

13.

Karyera və məzunlarla əlaqə sektoru Geologiya fakültəsinin tələbələri üçün “Professional CV necə hazırlanır?” mövzusunda “workshop” keçirib.

Karyera və məzunlarla əlaqə sektoru

21.05.2024

40

akı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru Geologiya fakültəsinin tələbələri üçün “Professional CV necə hazırlanır?” mövzusunda “workshop” keçirib.

Tədbirdə işəgötürənlə ilk tanışlığın uğurlu alınmasında yaxşı tərtib olunmuş CV-nin rolu izah olunub. Bildirilib ki, CV karyera tarixçəsini və işaxtaranın professional keyfiyyətlərini qısa şəkildə təsvir edən bir sənəddir. Ona görə də CV-nin tərtib edilməsi prinsipləri, quruluşu və ardıcıllığı, mükəmməl yazı üslubu, bir sözlə, uğurlu CV-nin hazırlanması üsullarının öyrənilməsi hər bir tələbənin karyerası üçün əsas məqamdır. Tələbələr CV-nin hazırlanması zamanı yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında da məlumatlandırılıblar.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, tələbələr üçün yarışmalar keçirilib.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZXO8Xfnm737Xl-f2AAa-ppITuMRpOqSzMTiFqebXIL3HcRJr-qp5p6nX1WCd0GLfx9ov9PAFO98luRhyFxKRkTjo4PLGBius81GmItPmLJK051i-3xpO2Qlt_cYJLo4rfs5tS9NgrpbYGjAAm09G9FFZUZDl6MBR8ag8rqDSFcAUrXZC46xD8w5VSMW2y_VMbg&__tn__=-UC%2CP-R

 

 

14.

"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Geologiya fakültəsinin təşkilatçılığı ilə "COP29: Yaşıl enerjinin inkişafı və ətraf mühitin qorunması mövzusunda seminar keçirilmişdir.

Azergold QSC

22.05.2024

50

"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Geologiya fakültəsinin təşkilatçılığı ilə "COP29: Yaşıl enerjinin inkişafı və ətraf mühitin qorunması mövzusunda seminar keçirilmişdir.

AzerGold QSC-nin Geoloji kəşfiyyat şöbəsinin geoloqu Elfaq Məmmədov təqdimatla çıxış etmişdir.

Tədbirdə COP29-un ölkəmizdə keçirilməsinin vacibliyi, iqlim dəyişikliyi, Geologiyanın iqlim dəyişikliyində rolu, Azərbaycanın "yaşıl vədləri", yaşıl enerji və onun növləri, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonası, müasir dövrdə litiumun vacibliyi, litium-ion batareyaları, ətraf mühitin qorunması və s. aktual mövzular ətrafında müzakirələr aparılmış, sonda tələbələri və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZXxccsmhRIQ-iYlhZRyOhTwiyTptxO9O5-j54Y1gV4mVgYcLKLhSA1HNIXJObAKmVrQbxx9qnsbM7nRlUas41zJ_CIITHRPrM0vTiEKhicts5eS-O828cxV6adARwaD1TJJH1bj2N1l2tuSVqga5yzrA5oOjWWLLEoqfEgUDJYiQRpCbGGoy7QSZab-tAKoats&__tn__=-UC%2CP-R

 

 

15.

“28 May-Müstəqillik Günü”nə həsr olunmuş “Əbədi Müstəqillik” adlı tədbir keçirilib.

BDU Könüllülər təşkilatı

28.05.2024

50

Bakı Dövlət Universitetinin Geologiya fakültəsi üzrə Könüllülərin təşkilatçılığı ilə “28 May-Müstəqillik Günü”nə həsr olunmuş “Əbədi Müstəqillik” adlı tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Geologiya fakültəsinin dekanı Mamoy Mansurov qeyd edib ki, Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya Müharibəsindən sonra Şimali Azərbaycanda yaranmış müstəqil dövlət olub.

Daha sonra “BDU könüllüləri” təşkilatının Geologiya fakültəsi üzrə könüllülərinin sədri Ülvi Ağaliyev çıxış edərək Dövlət parlamentinin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunmasından bəhs edib. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunması haqqında ətraflı məlumat verib.

Bədii hissə Geologiya fakültəsinin tələbəsi şairə Rəşidə Hüseynovanın “Respublika Günü” adlı şeiri ilə başlayıb. Sonra Geologiya fakültəsinin I kurs tələbəsi Tunar Tağızadənin tarda ifasında “Çırpınırdı Qara dəniz” və “Heyratı” muğamı səsləndirilib.

Sonda tədbir Azərbaycan Respublikasının müstəqillik uğrunda keçdiyi keşməkeşli və zəfər yolu haqqında qısa videoçarxın nümayişi ilə başa çatdırılıb.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZXMR3oASXcK8pdSJHfZ-dMX43UL2FEgjrz78vjogD1sA6XBLuuewUtnlk2oB40tES7gpmizAZ_GVY7oCaK28P69nlHrIwSWmvQ4OzpDOY-q1QLGEVTA-_dMYhKKhR37kx2pOtwwFI08LFMke9useWLpXvU993CgsYsdV_6nVKwZxNd_0T8jv0CW9nH1RuSVRjY&__tn__=-UC%2CP-R

 

 

 

16.

I kurs tələbələri ilə görüş keçirilmişdir.

 

19.09.2024

120

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin I kurs tələbələri ilə görüş keçirilmişdir. Görüşdə Geologiya fakültəsinin dekanı dosent Mamoy Mansurov, Tədris işləri üzrə dekan müavini İlqar Quliyev, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev, Elmi işlər üzrə dekan müavini Şakir Balammədov, Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri professor Bahadır Qələndərov, Ümumi və tarixi geologiya kafedrasının müdiri professor Nazim İmamverdiyev, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri dosent Kərim Rəhimov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri dosent Əvəz Məmmədov və fakültənin professor-müəllim heyəti iştirak etmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan dekan dosent Mamoy Mansurov Geologiya fakültəsinə qəbul olmuş I kurs tələbələrini salamlayaraq, onların hər birini təbrik etmişdir. Fakültənin inkişaf tarixi haqqında məlumat verən Mamoy müəllim Geologiyanın fəaliyyət sahələri, həmçinin gələcəkdə məzunların kariyera imkanlarını tələbələrin nəzərinə çatdırmışdır.

Daha sonra çıxış edən Tədris işləri üzrə dekan müavini İlqar Quliyev I kurs tələbələrini salamlayaraq, onların bu nailiyyətlərində böyük əməyi olan valideynlərini təbrik etdi. Bu tədris ilinin həm də Bakı Dövlət Universitetinin 105 illik yubileyinə təsadüf etdiyini bildirən İlqar müəllim, universitetin tarixi ənənələrindən dünyaca məşhur məzunlarından bəhs etmişdir. Bu məzunlardan Ulu öndər Heydər Əliyevin Müstəqil Azərbaycanın inkişafı üçün gördüyü işləri tələbələrin diqqətinə çatdırmışdır. Məhz Müasir Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəməyən Ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində ölkəmizin inkişafı üçün əhəmiyyətli işlər gördüyünü vurğuladı.

Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev çıxışında tələbələri salamlayaraq, bugünkü görüşün həm də ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələnən antiterror əməliyyatlarının ildönümünə təsadüf etdiyini diqqətə çatdırdı. Düz 1 il əvvəl 23 saat davam edən antiterror əməliyyatlarının ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələndiyini bildirən Ələkbər müəllim, məhz 20 sentyabrın Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Dövlət suverenliyi günü" kimi qeyd olunacağını tələbələrin nəzərinə çatdırdı. Bundan sonra da hər kəsin öz əməli fəaliyyəti ilə ölkəmizin inkişafına töhvə verməsinin vacibliyini bildirdi.

Çıxış edən Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə də I kurs tələbələrini təbrik etdi. Onların məhz geologiya sahəsində fəaliyyət göstərmələri üçün dərin geoloji biliklərə yiyələnmələrinin əhəmiyyətini bildirdi. Bugün fakültədə tələbələrin bilik səviyyələrinin daha da artırılması üçün əhəmiyyətli işlərin görüldüyünü bildirən Vasif müəllim, məzunların bir çox müəssisələrdə aparıcı mövqe tutduğunu tələblərin nəzərinə çatdırdı.

Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri professor Bahadır Qələndərov çıxış edərək bütün tələbələrə uğurlar arzu etdi. Onların gələcəkdə cəmiyyətdə layiqli mövqe tutması üçün onların indidən öz üzərlərində çalışmalı olduqlarını bildirdi.

Ümumi və tarixi geologiya kafedrasının müdiri professor Nazim İmamverdiyev çıxış edərək, I kurs tələbələrini salamladı. Onların elmi biliklərin qazanılması yolunda atdıqları ilkin addımlarında fakültə müəllimlərinin də onlara yaxından dəstək olacaqlarını bildirdi. Öz üzərlərində daim çalışmalarının və ixtisasa dərindən yiyələnməyin vacibliyini vurğuladı.

Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri dosent Kərim Rəhimov tələbələri salamlayaraq, onları əldə etdikləri uğur münasibətilə təbrik etdi. Geologiya ixtisasının təbiət elmləri içərisində ən əsrarəngiz və romantik ixtisas olmasını tələbələrin diqqətinə çatdırdı.

Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri dosent Əvəz Məmmədov l kurs tələbələrini təbrik edərək, onların gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Sonda çıxış edən, Geologiya fakültəsinin I kurs magistrantı Səbinə Dəmirçiyeva öz çıxışında məhz Geologiya fakültəsində bakalavriat səviyyəsində oxuduğu zaman təhsil həyatından bəhs etdi. Əldə etdiyi uğurlara görə məhz müəllimlərinə borclu olduğunu diqqətə çatdıran Səbinə xanım, bundan əlavə öz üzərlərində daim çalışmalarının, özlərini inkişaf etdirməyin də əhəmiyyətini diqqətə çatdırdı.

https://www.facebook.com/elekber.mirzeyev.52?__cft__[0]=AZXIZzFgGBeDjdegQBXQFmmHX451pcrECm8wdXp6qjNw0bIHznjALctrfIvgwd24xLzC-ImOhcIbfKHhxZ-8w4ZmXCO9RBh571G1knBx7StUVx1Y7DxbKeTQSX5mGy2NjI48b5In7H1dgSuHBMXe9Q5wLzA8ShQ1523N1nNf3QA9AO2FMB5nfCEEWHSkwoLu9_g&__tn__=-]%2CP-R

 

 

17.

“Əsrin Müqaviləsi”nin imzalanmasının 30 illiyi və “20 Sentyabr-Neftçilər Günü” peşə bayramına həsr olunmuş “Əsrin müqaviləsi-30il!” adlı tədbir keçirilib.

THİK

20.09.2024

40

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Könüllülərin birgə təşkilatçılığı ilə “Əsrin Müqaviləsi”nin imzalanmasının 30 illiyi və “20 Sentyabr-Neftçilər Günü” peşə bayramına həsr olunmuş “Əsrin müqaviləsi-30il!” adlı tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Geologiya fakültəsinin dekanı Mamoy Mansurov qeyd edib ki, Əsrin Müqaviləsi Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və səyi nəticəsində hazırlanaraq imzalanmış müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır.

Daha sonra Geologiya fakültəsinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının müdiri Əvəz Məmmədov və “Ümumi və Tarixi geologiya” kafedrasının müdiri professor Nazim İmamverdiyev çıxış edərək Azərbaycanın neft sənayesinin inkişaf tarixi, Ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişafında gördüyü mühüm işlər barədə ətraflı məlumat veriblər.

Bədii hissədə Geologiya fakültəsinin tələbələri tarın müşayiəti ilə “Dəniz şəhərində” və “Neftçiyik biz!” şeirlərini səsləndiriblər.

Tədbir Neftçilər Gününə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZV3WPS3NtkyKgGexYiSbE95mVrae8Ns3wrJbXsefFTTb9FMjEHlkg0YxQWftxLvCSXp6q6jC8VRVJ6uayIac2Z9JVmbdflWiL8S8F-W3_h7QpoTwvXVmvp4Y4U_T9sCkCZOh3duGMIIAwSc28Brb2x4IMDSlN-WTgCEBjo8-Y2rGUx0rp2t_wEUyHzoaofVbbw&__tn__=-UC%2CP-R

 

 

18.

27 Sentyabr-Anım Gününə həsr olunmuş “Qürur Tariximiz” adlı tədbir keçirilib.

THİK

Könüllülər

26.09.2024

100

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr-Anım Gününə həsr olunmuş “Qürur Tariximiz” adlı tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Geologiya fakültəsinin dekanı Mamoy Mansurov qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq Şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 4 il arxada qalır.

Daha sonra Geologiya fakültəsinin Kristalloqrafiya və mineralogiya kafedrasının müdüri, dosent Kərim Rəhimov çıxış edərək Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.

Daha sonra Geologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev çıxış edərək Zəfər tariximizin başlanğıcı olan Anım gününün əhəmiyyətindən bəhs etdi. Düşmənin müharibənin ilkin günlərində etdiyi hədələrdən danışaraq, onların "əgər müharibə davam etsə, tanklarımız bakıda olacaq" sözlərini yada salan Ələkbər müəllim, onların bu arzularının gerçəkləşdiyini, bugün hərkəsin onların hərbi texnikalarını Bakının mərkəzində, Hərbi Qənimətlər parkında görə biləcəyini diqqətə çatdırdı. Xüsusilə Vətən müharibəsində xalqımızın qəhrəman oğullarının Vətən keşiyində durmaq üçün cəbhəyə necə can atdıqlarını diqqətə çatdırdı. Qarabağ Azərbaycandır! şüarı altında monolit qüvvə kimi toplaşan xalqımızın şücaətindən bəhs edərək, bundan sonrakı qələbələrimizin Zəngəzur Azərbaycandır! Göyçə Azərbaycandır! İrəvan Azərbaycandır! şüarları altında olmasını dilədi.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZVz-2q1E9g-pX0b1o7Kq9_UtA2sHte1rec7KDS8sTTZdrqxmGv0Jc7G1vOHEaibQBvsdfO-FshoR4Z0zj6BZj_cpxzfd5BJFx6OHF27h3vECZ_K3X6UTM5Zus6jPwsDDSq6Tof_Bdqco74KtQqsFNt9VMG5OyGCH3trP8NYH8hqX1eVjyqoi9pO6tg0nQSXRnI&__tn__=-UC%2CP-R

 

 

19.

Azərbaycan Geologiya muzeyinə ekskursiya

THİK

TGT

03.10.2024

50

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin bir qrup tələbəsi, fakültənin TGT sədri Aysu Mehdiyeva, THİK sədri Rəvan Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Geologiya muzeyində olub. Muzeydə olan eksponatlar haqqında muzeyin direktoru Kəmalə İmamverdiyeva və Səbinə Camalova məlumat vermişlər.

Muzey 1969-cu ildə görkəmli geoloq İvan Sitkovskinin şəxsi kolleksiyası əsasında Azərbaycan Geologiya İdarəsinin nəzdində təşkil edilib. Həmin tarixdən etibarən ölkə geoloqlarının elmi tədqiqat işləri zamanı tapdıqları müxtəlif daşlar sistemləşdirilərək xüsusi bölmələrə yerləşdirilib. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılan vəsaitlə muzeyin strukturu müasir tələblər səviyyəsinə uyğunlaşdırılıb, sahəsi genişləndirilərək 630 kvadratmetrə çatdırılıb. Əsaslı təmirdən sonra 2010-cu il dekabrın 25-də muzeyin açılışı keçirilib.

Muzeydə təkcə Azərbaycandan yox, dünyanın bir sıra yerindən eksponatlar qorunur. Belə nümunələr ən çox mineralogiya, petroqrafiya bölmələrindədir. Burada Antarktidadan, Sakit okeandan, Kola yarımadasından, Uzaq Şərqdən, Afrikadan, Cənubi Amerikadan eksponatlar yer alıb. Bundan başqa, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə dünyanın müxtəlif ən uca nöqtələrinə - Azərbaycan-Antarktida, Azərbaycan-Afrika (Klimancaro) və Azərbaycan-Cənubi Amerika (Akonkaqua) elmi ekspedisiyaları təşkil edilib. Həmin yerlərdən əldə olunan daş materialları və fotolar burada nümayiş olunur.

Muzeyin əsas fəaliyyət istiqaməti ölkənin mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin təbliği və təşviqidir.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZV_A6byC9vSjnZq5E9YaH0hbkLuI7WT6VVci_jbRBvtRQviNdohB-FyeBYneBwm7ellccK9T_tqTJhLRpHvGs7jK7B9Jc48rUQqouxbACdB_6SaaBo5qFLpii7V_H9DIdloSdiNJJY20LMUIHavJGiytSqx_5I8NwgP5GqNa3Pt4ThINQJ_b6LR6qQqQsLmIFY&__tn__=-UC%2CP-R

 

 

20.

Füzuli rayonunun işğaldan azad edilməsinə həsr olunmuş "Füzuli Şəhəri Günü" adlı tədbir keçirilmişdir.

Coğrafiya fakültəsi

17.10.2024

100

Bakı Dövlət Universitetinin Geologiya və Coğrafiya fakültəsi könüllülərinin birgə təşkilatçılığı ilə 17 oktyabr tarixində Füzuli rayonunun işğaldan azad edilməsinə həsr olunmuş "Füzuli Şəhəri Günü" adlı tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlanmışdır.

Giriş sözü ilə çıxış edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Azərbaycanın keçdiyi inkişaf yolundan, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçən Şəhidlərimizin qəhrəmanlığından bəhs etmişdir.

Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov Füzuli şəhərinin tarixinə və azad olunma siyasətinə toxunmuşdur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun qazandığı qələbəyə diqqəti çəkdi.

Geologiya fakültəsinin tələbəsi, Vətən müharibəsi qazisi Qədir Qədirov öz döyüş xatirələrini auditorya ilə bölüşmüşdür.

Daha sonra Geologiya fakültəsinin tələbəsi Nuray Məlikli və Coğrafiya fakültəsinin tələbələri Nazənin Məmmədova, Gülay Əhmədli, Güllü Mehdizadə Fizuli şəhəri barədə ətraflı məlumat veriblər.

Coğrafiya fakültəsinin qəhrəman şəhidlərini isə Coğrafiya fakültəsinin birinci kurs tələbəsi Aysun Hüseynova tədbir iştirakçılarına danışmışdır.

Bədii hissədə Coğrafiya fakültəsinin 1-ci kurs tələbələri Nərmin Əliyeva və Mahirə Tərlanova Füzuli şəhəri haqqında şeirlər səsləndirmişdirlər.

Sonra isə Geologiya fakültəsinin 1-ci kurs tələbəsi Nəzrin Babayeva, Coğrafiya fakültəsi 2-ci kurs tələbəsi Xavər Çərkəsova,BDU Könüllüləri təşkilatının nəzdində fəaliyyət göstərən "Lin-orph" musiqi klubunun üzvləri Ayxan Altay və Nihad Nəsirli musiqili çıxışları ilə auditoriyaya zəfər ab-havası qatmışdırlar.

Sonda tədbir Füzuli şəhəri gününə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşmışdır.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZWWntYPN9UFR86FH49H0Y_aF9CFp1Jgl9krq1OF7omn00JE5kXZKgriTjJ5yYVZTEKUjW5NkSydktoSQjCZhyKJYxRCuusXJ0H2nbbHbMYGAw_JtZmSv0akQW7xzktMbafeG736C7HFmEmUCb_8aVcpEqCJJZnFbL1cBF7KV9x8l1ioS9yYUyS0jymqwSck8q8&__tn__=-UC%2CP-R

 

 

21.

18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!” adlı tədbir keçirilib.

THİK

18.10.2024

70

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Geologiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!” adlı tədbir keçirilib.

BDU-nun Geologiya fakültəsinin dekanı Mamoy Mansurov 1991-ci il oktyabrın 18-də “Konstitusiya Aktı” qəbul edilməsi ilə müstəqilliyimizin bərpa olunması kimi mühüm tarixi hadisənin baş verdiyini vurğulayıb. Vətən müharibəsində qazandığımız tarixi qələbənin, dövlət suverenliyinin bərpa olunması müstəqilliyimizi daha da möhkəmləndirdiyini bildirdi.

BDU-nun Faydalı qazıntılar kafedrasının müəllimi, fakültə HİK-in sədri Ruslan Şəmiyev çıxışında qeyd edib ki, müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlətçiliyimiz inkişaf edir və möhkəmlənir.

Geologiya fakültəsinin III kurs tələbəsi Kimyəxanım Əliyeva bildiriblər ki, yeni reallıqlar dövrünü yaşayan Azərbaycan bu gün müstəqilliyinin bərpasını azad olunmuş ərazilərdə qalib statusu ilə qeyd edir. Yenidən dirçələn Qarabağımızda qürurla qeyd edilən bu əlamətdar günlər xalqımızın gücünün rəmzinə çevrilib.

Bədii hissədə fakültə tələbələrindən Ənnəqiyeva Saimə və Şirinov Ülvi çıxış edib.

Tədbir Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayişi ilə başa çatıb.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZX8BCefF1MsFaWD8CagEDC69tzmLUxl85RvDtY8nciREsbC7rbQ94mhif8ra4Vg-xU2xib30zuaJuQx66FTeC2Y942ZJrOg6shBJD5FQv3-nuQd0drDRNgbjRqpCK_Bol-sjfxVPJ6RalrOo6MfReOMZB9oqBsERRz6kR8VYIZ0f9tx_Mtg0kqx2oe_DoRilqg&__tn__=-UC%2CP-R

 

 

22.

18 oktyabr Müstəqilliyin bərpası gününə həsr olunmuş “Milli İstiqlal muzeyi”-nə ekskursiya baş tutmuşdur.

TGT

19.10.2024

25

Bakı Dövlət Universiteti Geologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 18 oktyabr Müstəqilliyin bərpası gününə həsr olunmuş “Milli İstiqlal muzeyi”-nə ekskursiya baş tutmuşdur.

Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb. O vaxt muzeyin cəmi 7000 eksponatı olub. Hazırda bu göstərici 22 000 eksponatdan artıqdır. Muzeyin ekspozisiyası 6 zalda nümayiş etdirilir: Azərbaycan İstiqlal Muzeyində rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyasında müxtəlif tarixi hadisılırı aid maraqlı tematik sərgilər və tədbirlər keçirilir.

Ekskursiya zaman əsas məqsədlərdən biridə ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və xalqımızın azadlığı uğrunda çarpışan fədailərin mübarizə yolunu əks etdirməkdir. Sonda ekskursiya tələbələri marağlandıran suallar cavablandırılmışdır.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZWSpYccheFXNEbRRGN2ufZ5wvxx185_SFbM3oij6NTyqFvR-IlfLR12yKggLhAjRwE3qIsJ7CvWXvhOldVNfr48sQIKBb9A65YyQpaScpAXNazQs9HYbheuKq2qO5M6XpA_DKiXesKOdnzRvBSKWStnXgALoWIdhmYtwBiHxB2tNu1MDO9oxocPngECAET2XqQ&__tn__=-UC%2CP-R

 

 

23.

I kurs tələbələri üçün “Fakültəni tanı, ixtisasını sev” adlı tədbir keçirilmişdir.

 

22.10.2024

80

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində keçirilən “Fakültəni tanı, ixtisasını sev” adlı tədbirdə Ümumi və tarixi geologiya kafedrasının dosenti Təranə Təhməzova məruzə ilə çıxış etmişdir. Tədbirdə Geologiya fakültəsinin Tədris işləri üzrə dekan müavini İlqar Quliyev, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri professor Bahadır Qələndərov, Faydalı qazıntılar kafedrasının müəllimi, fakültə HİK-in sədri Ruslan Şəmiyev və I kurs tələbələri iştirak etmişdir.

Məruzə ilə çıxış edən Təranə Təhməzova əsasən geologiya elminin tarixi inkişaf mərhələlərindən, bu sahədə fəaliyyət göstərmiş görkəmli alimlərdən bəhs etmişdir. Daha sonra geologiya sahəsində görülən işlərdən bəhs edən Təranə xanım müasir texnologiyanın geoloji kəşfiyyat işlərində tətbiqinə toxunaraq, artıq kosmik fəzada belə geoloji işlərin aparılmasını tələbələrin nəzərinə çatdırmışdır. Gələcəkdə bu sahədə fəaliyyət göstərəcək tələbələrə müxtəlif peşə sahələri üzrə də məlumat verilmiş, geologiyanın çoxşaxəli elm olduğu vurğulanmışdır.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZW2tKw4kBGAJLuQM66tBNkNcq2IbfCi8Pb7s-SAsWqM-h8fsPrYTyXw6ueUXQuSNxvhN8IDZAs4U3cLohljFrvoUnWgtRlpTQfX32VXHt7KyiGRJJyxmDJ6kHhYvnz23NUE6o1SgwyNt5kPhTXlHr7_W3gDL7IANJ4DMKE1jBHzwp3GtzKPuTYclJ9BywDJEfY&__tn__=-UC%2CP-R

 

 

24.

Geologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Miners” klubunun təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində Azərbaycan geologiya muzeyinə ekskursiya təşkil olunub.

Könüllülər

01.11.2024

10

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Miners” klubunun təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində Azərbaycan geologiya muzeyinə ekskursiya təşkil olunub.

Ekskursiya zamanı tələbələr muzeydə fəaliyyət göstərən regional geologiya, Azərbaycanın mineral resursları (filiz faydalı qazıntıları, qeyri-filiz faydalı qazıntıları), petroqrafiya, mineralogiya, paleontologiya bölmələri ilə, həmçinin müxtəlif məzmunlu geoloji xəritələr və fotostendlərlə tanış olublar. Tələbələr baş mütəxəssis, geoloq İbrahimova Nahidə xanım tərəfindən ölkənin bütün bölgələrindən 5000 dağ süxuru, mineral və kristallar haqqında məlumatlar da əldə ediblər.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZXEz5VK-VTsKthXx2KdgOdsFIxE9Ph7hXiEJyHBuQ5eMdMglVeNrUPvRX0E-Vy9KhaZ9sQ3RTFv567LLtzH5R40UIY8V_V8gcu0YygpZMd3hp1EIXhNtuP-5i3nuBYmusLF11E7VOSxtgVQ_VJZ6ZRU6XlVdprhykzmbqr_JInKXnPok7M9YMsQBLnsM6ZOohU&__tn__=-UC%2CP-R

 

 

25.

“8 Noyabr - Zəfər günü” ilə əlaqədar tədbir keçirilib.

Filologiya

06.11.2024

50

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkərlar İttifaqı Komitəsinin (THİK) təşkikatçılığı ilə Filologiya və Geologiya fakültələri tərəfindən “8 Noyabr - Zəfər günü” ilə əlaqədar tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olan Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov 44 günlük müharibə zamanı ordumuzun uğurlarından danışıb. Tədbirdə Geologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev də çıxış edib. O, çıxışında müharibə zamanı insanların da arxa cəbhədə Vətən üçün birgə olduğunu vurğulayıb. Həmçinin, Geologiya fakültəsinin 3-cü kurs tələbəsi olan qazimiz Musa Abbasov da şanlı tarix barədə öz fikirlərini bildirib.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZVvoQ9EWcGW6yEwjdVHMKgs_F0As1KD7ddjXRtkH1B_crzfAOFxRxtTLfenUUuHVI88tS5mMXiWwuKnP1LxGTjv2nyTFnpCyifs_jSqh9pN_IQZK8T5B4qRbTkV58m6OlzanOhPfqMIxXN9iDDxDT8bvbIeiL1ZbdQmuJ8hI-WOlG9EEjI6Q0VZWXS0nYCLX_I&__tn__=-UC%2CP-R

 

 

26.

8 Noyabr - Zəfər Gününün dördüncü ildönümünü münasibətilə Geologiya fakültəsinin bir qrup tələbəsi Zəfər parkını ziyarət edib

YAP

08.11.2024

10

8 Noyabr - Zəfər Gününün dördüncü ildönümünü münasibətilə Geologiya fakültəsinin bir qrup tələbəsi Zəfər parkını ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşasına başlanan layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə Zəfər parkı yaradılıb. Bu gün Prezident İlham Əliyev Zəfər parkının açılışında iştirak edib.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZW1o0k4KS_UpGl7jcx00E67T43ki6iXge_9umrQ2khGBQdFpj--96cJ0zJqUZ-sYYjtCJ0uizNSmV5Bk_EuDLbTIdVyNmUzAk7R7p0tIB29KeS9iZuipRlM_lt5a4jykXKFnBbkrvwdKqDBlMsO4Va5AlQl-jAQRSHK9zSjSt9m8THtkEXo6MU5KYktpinSVMY&__tn__=-UC%2CP-R

 

 

27.

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin kollektivi və bir qrup tələbələri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində COP29-un keçirildiyi məkana səfər etmişlər.

 

20.11.2024

20

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin kollektivi və bir qrup tələbələri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində COP29-un keçirildiyi məkana səfər etmişlər. Burada iqlim böhranı ilə mübarizəyə həsr olunmuş, həmçinin müxtəlif təşkilatlar və qurumlar üçün tərəfdaşlıq imkanları təklif edən sərgilər təşkil olunmuşdur. Tələbələr müxtəlif eksponatlarla, pavilyonlarda nümayiş etdirilən sərgi nümunələri ilə tanış olmuş, onlarla bağlı məlumat əldə etmişlər. Xüsusilə Heydər Əliyev Fondunun pavilyonu ilə tanışlıq tələbələrdə böyük təəssürat yaratmışdır. Fakültə dekanı və tələbələr həmçinin sessiyalarda iştirak etmişlər. Sessiyalarda təbiət və biomüxtəliflik, okeanların qorunması, icmaların gücləndirilməsi, innovasiyalar, davamlı gələcək və ortaq bəşəriyyət kimi mövzular müzakirə olunmuşdur. Həmçinin son dövrlərdə qlobal səviyyədə baş verən iqlim dəyişiklikləri ilə bağlı tələbələr və sərgi iştirakçıları arasında fikir mübadiləsi baş tutmuş, COP29 kimi mötəbər beynəlxalq tədbirin ölkəmizdə uğurla keçirilməsi vurğulanmışdır. COP29 məkanı, sərgilər və pavilyonlarla tanışlıq, həmçinin sessiyalarda iştirak gənclərin bu sahədə məlumatlandırılması və onlarda iqlim dəyişiklikləri ilə bağlı fikirlərin formalaşdırılması baxımından olduqca əhəmiyyətli olmuşdur.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZWzJbAwJNOav1_MItoQkEfIyAMYnm5n_F3N2v7gdjle3KpL8n1SnKFGP2g8O-Z3tNTpYHyaAP5tCLzRBHIbPvDav_4Y764Phj97u64jHKDItZeKBe83AxqQjPQzIVP_3Q8jDdLmhXEoUyF9DsdbpXNEU1rbYlmE1ZWHaAJWoPEvkJSt8TU5321nL-bumeO1MXk&__tn__=-UC%2CP-R

 

 

28.

I kurs tələbələri BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər.

THİK

10.12.2024

30

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə I kurs tələbələri BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər. Heydər Əliyev muzeyinin mütəxəssisi Afət Seyidbəyova muzey haqqında tələbələrə məlumat verib. Qeyd edib ki, BDU-nun Heydər Əliyev muzeyi 1997-ci ildə Ulu Öndərin şəxsi razılığı ilə yaradılıb və fəaliyyətə başlayıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun tədbirlər planı çərçivəsində muzey ən müasir standartlar nəzərə alınmaqla əsaslı şəkildə yenidən qurulub. Muzeyin sol tərəfində BDU-nun dünyaşöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkil və sənədlər nümayiş olunur. Monitorda isə “elektron muzey” formatında Ümummilli Liderin həyatı və zəngin fəaliyyətinə dair məlumatlar təqdim edilir. Muzeyin bir bölməsində Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü, müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması tarixi – 1969-1982-ci illəri ehtiva edən fotoşəkillər əks olunub. Digər bölmə isə müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi kimi fəaliyyətini əks etdirir. Muzeyin sağ hissəsi Ulu Öndərin BDU ilə bağlı fəaliyyətini, universitetə doğma, əziz münasibətini əks etdirir.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZUYvF27le32SzU_HwzkwTP5QBFwmtOO6B7ilNK0NmLmeB4TO4gmACfUHR44mJ3tAaCNPE2y5ihOyR_BEsgzQQAZPLmY7DBcKcDBv8Zq6Zci9gVY9oxGV108GJxfSQWzknhyDyi8sL_IaO42NIECrImCCpVNmj2dB719kIkiqnNwkcwGY6yR9iNk9qEstrfyV_M&__tn__=-UC%2CP-R

 

 

29.

"12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü" nə həsr olunmuş "Dahi şəxsiyyət Ulu öndər" adlı tədbir keçirilib.

THİK

TGT

12.12.2024

50

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə "12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü" nə həsr olunmuş "Dahi şəxsiyyət Ulu öndər" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Geologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində onun gənclərin təhsilinə olan diqqətindən bəhs etmişdir. SSRİ-nin müxtəlif ölkələrində təhsil alan gənclərin Müstəqil Azərbaycanın qurulmasında müstəsna xidmətlərini diqqətə çatdırdı. Azərbaycançılıq ideologiyasının formalaşmasının, gələcək nəsillərin sağlam ruhda böyüməsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olmasını vurğuladı.

Daha sonra çıxış edən Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov isə çıxışında bugün təhsil alan tələbələrin Heydər Əliyevin də təhsil aldığı Bakı Dövlət Universitetinin qürurlu davamçıları olduqlarını qeyd edib. 2 fevral Gənclər gününün təsis olunmasının məhz Ulu öndərin adı ilə bağlı olmasını diqqətə çatdırdı.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin zəngin, şərəfli və mənalı ömür yolu, dövlətimizin və xalqımızının tərəqqisi uğrunda göstərdiyi misilsiz tövhələrini özündə əks etdirən vidoeçarx nümayiş olunub.

https://www.facebook.com/bdu.geologiya?__cft__[0]=AZXMWJ-oH1NCANJ14SrOypcSSZZrutby5fRITzPkE1J4UgMFyGTXq0AnDyOL1IE9Ur0WgSUdQjdhD8825KdNK0g9E1PKzq_raEf-rrmi4EutX73yWdzAGO_oU70xmrrKNbOShgIDo7l-70T6IZP57itNjFfLJio5cSTcn1toRZRr5NIgALzQGftwobq3iKfe8Pw&__tn__=-UC%2CP-R

 

 

30.

BDU-nun 105 illik yubileyi çərçivəsində Geologiya fakültəsinin "Yer təki bizim sirrimizdir!" adlı təqdimatı keçirilmişdir.

 

19.12.2024

200

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Geologiya fakültəsinin təqdimatı keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov Universitetin 105 illiyi çərçivəsində hər bir fakültənin təqdimatının keçirilməsinin həm tarixi ekskurs, həm də hesabatlılıq baxımından faydalı olduğunu vurğulayıb. Qeyd edib ki, 1919-cu ildə əsası qoyulan və ilk Avropa tipli ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində yarandığı gündən tədris hər dövrün tələbinə uyğun olaraq ən yaxşı səviyyədə təşkil edilib və edilir. 80 illik tarixə malik olan və Azərbaycanı dünyaya tanıdan sərvətlərin aşkara çıxarılmasında peşəkar kadr hazırlığını həyata keçirən Geologiya fakültəsi də ölkəmizin geoloqlar məktəbinin əsas ocağıdır. Görkəmli geoloqlar nəslinin yetişməsinə öz əvəzsiz töhfəsini verən Geologiya fakültəsi müasir günümüzdə də aktual olan istiqamətlər üzrə kadr hazırlığını həyata keçirir. Belə ki, fakütədə “Geologiya”, “Geologiya və geofizika mühəndisliyi”, “Mədən mühəndisliyi” və “Meliorasiya mühəndisliyi” ixtisasları üzrə mütəxəssislər hazırlanır. 4 istiqamət, 11 ixtisaslaşma üzrə magistr, 7 ixtisas üzrə isə fəlsəfə və elmlər doktoru hazırlığı həyata keçirilir. Bütün bunlar Geologiya fakültəsinin gələcək uğurlu fəaliyyəti ilə bağlı böyük ümidlər yaradır.

Sonra Geologiya fakültəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə isə bildirib ki, ötən əsrin 50-ci illərindən fakültə alimlərinin geologiya elminin inkişafında, yüksəkixtisaslı mühəndis-geoloq kadrlarının hazırlanmasında, faydalı qazıntı yataqlarının öyrənilməsində və işlənilməsində müstəsna xidmətləri olub. Onlardan AMEA-nın həqiqi üzvləri Musa Əliyev, Əliəşrəf Məmmədov, Şəfaət Mehdiyev, Mirəli Qaşqay, Ədhəm Şıxəlibəyli, Arif İsmayılzadə, Akif Əlizadə, müxbir üzvləri Qədir Sultanov, Xudu Məmmədov, Tələt Kəngərli və digərlərinin adlarını çəkmək olar. Fakültədə çalışan alimlərdən akademiklər Şəfaət Mehdiyev və Faiq Bağırzadə müxtəlif illərdə BDU-nun rektoru kimi çalışıblar. Bütün bunlar görkəmli geoloqların ali təhsilin  inkişafı istiqamətində göstərdikləri yüksək fədakarlığın bariz nümunəsidir.

Geologiya fakültəsinin dekanı Mamoy Mansurov fakültənin tədris, elmi fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, Ümumi və tarixi geologiya, Hidrogeologiya və mühəndis geologiyası, Seysmologiya və Yer təkinin fizikası, Faydalı qazıntılar və Kristalloqrafiya, mineralogiya və geokimya kafedraları üzrə aparılan tədris fəaliyyəti zamanı tələbələr praktik fəaliyyətə də cəlb edilirlər. Fakültənin əsas istehsalat bazası onun yetişdirdiyi məzunların çalışdıqları və rəhbərlik etdikləri “Azərbaijan International Mining Company Limited” Şirkətinin, habelə “AzərGold” QSC-nin mədənləri, Ekoloji və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə agentlikləri, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika, Neft və Qaz institutları,  Respublika Seysmoloji Xidmət Mərkəzi, Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsidir. Fakültə məzunları SOCAR, BP kimi neft şirkətlərində, sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji işləri aparan təşkilatlarda mühəndis-geoloq kimi çalışırlar. Son illər fakültənin 100-ə qədər məzunu təcrübə keçdikləri şirkətlərdə müsabiqə yolu ilə işə qəbul olunublar.

https://bit.ly/3P1ijDU

 

 

 

Fakültənin dekanı                                                                                                         Mamoy Mansurov

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət