Bakı Dövlət Universitetinin Geologiya fakültəsində
sosial-humanitar istiqamətdə həyata keçirilmiş tədbirlərin
HESABATI
(2025 yanvar-mart)
№ |
Görüləcək iş, həyata keçirilən tədbir /layihə/ |
Tərəfdaş qurumlar /fakültələr |
Keçirilmə tarixi |
İştirakçıların sayı, kateqoriyası |
Məruzəçi və ya nə təqdim olunub |
Tədbirin mətbuatda işıqlandırılması haqqında (link) |
Qeyd |
1. |
20 Yanvar-Ümumxalq Hüzn günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət |
Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK), Tələbə Gənclər Təşkilatının (TGT) və “BDU könüllüləri” təşkilatı |
17.01.2025 |
15 |
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK), Tələbə Gənclər Təşkilatının (TGT) və “BDU könüllüləri” təşkilatının üzvləri 20 Yanvar-Ümumxalq Hüzn günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Azərbaycanlı qaçqınlar ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar, 20 Yanvar hadisələrindəki Milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirdi. |
|
|
2. |
COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif |
|
17.01.2025 |
1 |
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Geologiya və Geofizika ixtisasında təhsil alan, IV kurs tələbəsi İbrahimli Dilbər Vidadi qızı COP29-da aktiv könüllü fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif olunub. Tələbəmizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik! Bakı Dövlət Universitetinin (BDU) ötən ilin 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu təşkil olunmasında iştirak edən 537 tələbəsinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, onlar təşəkkürnamə və pul mükafatı ilə təltif olunublar. Qeyd edək ki, BDU-nun müxtəlif struktur rəhbərləri və müəllimləri də COP29-un təşkilindəki səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təşəkkürnaməyə layiq görülüblər. |
|
|
3. |
2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir |
|
31.01.2025 |
30 |
akı Dövlət Universitetinin Geologiya fakültəsinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində çıxış edən natiqlər Azərbaycan gənclərinin inkişafına yönəlik dövlət siyasətindən, həyata keçirilən proqramlardan və gənclərin ölkənin sosial-iqtisadi həyatındakı rolundan bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan gəncliyi daim yenilikçi ideyalarla çıxış edir, elmin, mədəniyyətin və idmanın müxtəlif sahələrində uğurlar qazanaraq ölkəmizin beynəlxalq nüfuzuna töhfə verir. Sonda tədbir iştirakçıları Gənclər günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edərək, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Geologiya fakültəsinin Bakı Dövlət Universitetinin 105 illik yubileyinə həsr olunmuş “Yer təki bizim sirrimizdir!” adlı təqdimatında fəal iştirak edən tələbələr Təşəkkürnamə ilə təltif olunub. |
|
|
4. |
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Geologiya fakültəsi üzrə sosial və tədris fəaliyyətinə təltif |
|
03.02.2025 |
4 |
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Geologiya fakültəsi üzrə sosial fəaliyyətinə görə fərqlənən - fakültə TGT-nin sədri, universitet TGT-nin sədr müavini Aysu Mehdiyeva, fakültə THİK-in sədri Rəvan Məmmədov, fakültə Könüllülərinin sədri Ülvi Ağaliyev və tədris göstəricilərinə görə fərqlənən - Dilbər İbrahimli universitet rəhbərliyi tərəfindən Təşəkkürnamə və dəyərli hədiyyələrlə təltif olunmuşdur. |
|
|
5. |
Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı - Tarixin dərin yarası” adlı tədbir |
Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK), Tələbə Gənclər Təşkilatının (TGT) və “BDU könüllüləri” təşkilatı |
26.02.2025 |
30 |
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK), Tələbə Gənclər Təşkilatının (TGT) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı - Tarixin dərin yarası” adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və Şəhidlərin xatirəsinin anılması ilə açıq elan olunub Giriş sözü ilə çıxış edən Geologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev qeyd edib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. O, vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirilib və bu hadisə heç vaxt unudulmamalıdır. O, həmçinin qeyd edib ki, biz Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanı yerdə qalmadı. Daha sonra Geologiya fakültəsinin Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, dosent Kərim Rəhimov və Faydalı qazıntılar kafedrasının müəllimi Əliabbas Əliyev çıxışlarında Xocalı faciəsinin Azərbaycan tarixində ən dəhşətli soyqırımlardan biri olduğunu bildiriblər. Onlar bu faciənin beynəlxalq səviyyədə tanınmasının vacibliyini vurğulayıblar. Tədbirdə çıxış edən Geologiya fakültəsi “BDU könüllüləri” təşkilatının sədri Ülvi Ağaliyev isə gənclərin Xocalı soyqırımı ilə bağlı maarifləndirilməsinin və onların vətənpərvərlik ruhunda yetişməsinin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, Azərbaycan gəncləri bu faciəni heç vaxt unutmamalı və Xocalı həqiqətlərini bütün dünyaya çatdırmaq üçün əlindən gələni etməlidir. Bədii hissədə Geologiya fakültəsinin I kurs tələbəsi Saimə Ənnəqiyeva “Xocalı şeirini və Xocalının kiçik bir şahidinin gözlərindən yazılmış məqaləni səsləndirib. Sonda tədbir Xocalı soyqırımına həsr olunmuş videoçarxın nümayiş edilməsi ilə başa çatıb. |
|
|
6. |
AzerGold”un tələbələr üçün elan etdiyi 4-cü təqaüd proqramı |
|
27.02.2025 |
|
BDU-nun üç tələbəsi “AzerGold”un tələbələr üçün elan etdiyi 4-cü təqaüd proqramının qalibi olub Bakı Dövlət Universitetinin (BDU) 3 tələbəsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali və peşə təhsili müəssisələrinin tələbələri üçün elan edilən 4-cü təqaüd proqramının qalibi olub. Bunlardan ikisi BDU-nun Geologiya fakültəsinin “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri Tural Murtuzov və Emin Zeynallıdır. Hər iki tələbə dövlət sifarişi əsasında təhsil alır. “AzerGold” təqaüd proqramı peşə təhsilinin inkişafına töhfə vermək, müvafiq istiqamət üzrə ixtisaslı mütəxəssislər yetişdirmək və onların əmək bazarına uyğunlaşmasına dəstək olmaq məqsədi daşıyır. Sözügedən təqaüd proqramı 2021-ci ildən təsis edilib. 2024/2025-ci tədris ili üzrə 10 universitet və 2 peşə təhsili müəssisəsinin tələbəsi bu təqaüdə layiq görülüb. Bu günədək ümumilikdə ali təhsil üzrə 38, peşə təhsili üzrə isə 37 tələbə proqram çərçivəsində qalib olub və QSC-də istehsalat təcrübəsinə cəlb edilib. |
|
|
7. |
8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunmuş “Zərif qüvvələr: Geologiyada qadınların izi” adlı tədbir |
Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), “BDU könüllüləri” təşkilatının və Tələbə Gənclər Təşkilatının (TGT) |
07.03.2025 |
40 |
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), “BDU könüllüləri” təşkilatının və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunmuş “Zərif qüvvələr: Geologiyada qadınların izi” adlı tədbir keçirilib. Tədbirin açılışında Geologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev çıxış edərək qadınların elmdə, xüsusilə geologiya sahəsindəki rolundan bəhs edib. O, qadın geoloqların nailiyyətlərinin bu sahənin inkişafına verdiyi töhfələri vurğulayaraq, fakültədə təhsil alan tələbə qızların elmi fəaliyyətə cəlb olunmasının vacibliyini qeyd edib. Daha sonra Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, dosent Kərim Rəhimov və Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri, dosent Əvəz Məmmədov çıxış edərək qadın alimlərin tədqiqat sahəsindəki uğurlarını vurğulayıb və onların geologiyanın müxtəlif istiqamətlərindəki fəaliyyətindən danışıblar. Onlar, öz çıxışlarında geologiya sahəsində çalışan qadın alimlərin tarixi nailiyyətlərini diqqətə çatdırıb. Faydalı qazıntılar kafedrasının müəllimi Nigar Səttar-zadə isə qadın tədqiqatçıların yeraltı sərvətlərin araşdırılmasında, ekoloji problemlərin həllində və geologiyanın digər sahələrindəki roluna toxunub. |
|
|
Fakültənin dekanı Mamoy Mansurov