Respublika Elmi Konfransı
1 May 2023 09:32
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin təşkilatçılğı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş “Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması” mövzusunda Respublika Elmi Konfransı keçrilmişdir. Konfransda Geologiya fakültəsinin dekanı dosent Mamoy Mansurov, dekan müavinləri – İlqar Quliyev, Şakir Balammədov, Ümumi və tarixi geologiya kafedrasının müdiri professor Nazim İmamverdiyev, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri professor Bahadır Qələndərov, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri dosent Kərim Rəhimov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri dosent Əvəz Məmmədov, qonaq qismində BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin rəhbəri Mais Süleymanov, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan Mamoy Mansurov bütün tədbir iştirakçılarını salamladı. Daha sonra Ümummilli Liderin zəngin ictimai-siyasi fəaliyyətinə toxunan Mamoy müəllim onun azərbaycanın inkişafı üçün gördüyü işlərdən söz açdı. Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi po¬tensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Sonda konfransın fəaliyyətinə uğurlar arzulamışdır.
Daha sonra çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin rəhbəri Mais Süleymanov elmi konfransın mahiyyətini vurğulayaraq bildirdi ki, ölkəmizdə elmin inkişafı son dövrlər innovativ metodların tətbiqi ilə mühüm əhəmiyyət kəsb edir. Ulu öndərin Azərbaycan elminə olan qayğısı, elmin istənilən sahəsinə olan diqqəti bugün ölkəmizin daha da sürətlə inkişafına təkan verdi. Sonda bütün konfrans iştirakçılarına uğurlar arzu etdi.
Daha sonra konfransda – Ümumi və tarixi geologiya kafedrasının dosenti ələddin Məmmədəlizadənin - “”Qobustan geoloji rayonunun alt və orta miosen çöküntülərinin stratiqrafiyası”, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynovanın “Şərqi Zəngəzur iqtisadi rayonunun mineral-termal sularının formalaşma qanunauyğunluqları və istifadə perspektivliyi”, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının doktorantı Ülviyyə Yüzbaşovanın “Skapolit tip quruluşlu mineralların kristallokimyəvi xüsusiyyətləri ” mövzusunda məruzələri dinlənildi.
Konfrans öz işini bölmələr üzrə müvafiq auditoriyalarda davam etdirdi.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36