“Seysmik cəhətdən aktiv regionlarda seysmoloji və geofiziki tədqiqatlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər. Ukrayna Milli Elmlər Akademiyasının S.İ. Subbotin adına Geofizika İnstitutunun Karpat bölməsinin təşkilatçılığı ilə 15–16 sentyabr 2026-cı il tarixlərində Ukraynanın Lvov şəhərində “Seysmik cəhətdən aktiv regionlarda seysmoloji və geofiziki tədqiqatlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Taras, Yuri və Serhi Verbitskilərin xatirəsinə həsr olunan konfransda seysmologiya, geofizika, seysmotektonika, Yer təkinin fiziki xüsusiyyətlərinin öyrənilməsi və seysmik cəhətdən aktiv regionlarda geoloji-geofiziki proseslərin tədqiqi ilə bağlı aktual elmi məsələlər geniş müzakirə olunub.