2025/2026-cı tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunmuş birinci kurs tələbələrilə görüş keçirilib

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində 2025/2026-cı tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunmuş birinci kurs tələbələrilə görüş keçirilib.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov görüşü açıq elan edərək birinci kurs tələbələrini Bakı Dövlət Universitetinin tələbəsi olması münasibəti ilə təbrik edib və onlara yeni tədris ilində uğurlar arzu edib. Dekan öz çıxışında Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin strukturu, tarixi inkişaf yolu, tədrisin təşkili, tanınmış məzunları, ictimai-siyasi həyatı haqqında məlumat verib. Qeyd olunub ki, universitetimizdə təhsilə, elmə diqqət və qayğı hər il artır. Bakı Dövlət Universitetində tələbələrə həmişə həssaslıqla yanaşılır, onların bilik və bacarıqlara daha da mükəmməl yiyələnməsi üçün auditoriyalar, oxu zalları və kitabxanalar müasir tələblərə cavab verəcək səviyyədədir. Hər bir tələbənin mükəmməl təhsil alması üçün Bakı Dövlət Universitetində bütün imkanlar var.