8 Noyabr – Zəfər Günü
6 Noyabr 2023 20:23
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya və Geologiya fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov qeyd edib ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəliyi, şəhidlərimizin canı, qazilərimizin qanı ilə qazandığı tarixi Zəfərin qürurunu yaşayır. O, 2020-ci ilin 8 noyabrında milli qürurumuzun rəmzi olan Şuşanın azad olunması ilə 44 günlük Zəfər yürüşümüz öz zirvəsinə çatdığını qeyd edib.
Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Ordumuz 30 il erməni əsarətində olan torpaqlarımızı azad edərək regionda yeni reallıq yaradıb. Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan dövləti qalib dövlət, Azərbaycan xalqı isə qəhrəman xalq olduğunu sübuta yetirib.
Coğrafiya fakültəsinin 1-ci kurs tələbəsi Rəvan Əliyev çıxışında Vətən müharibəsində Azərbaycanın hərbi gücünün bütün dünyaya nümayiş etdirməsindən, Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev və Vətən müharibəsi qazisi Məbud Əhmədov isə Vətən müharibəsi və antiterror əməliyyatları haqqında geniş məruzə ilə çıxış edərək Zəfərə gedən yolda ordumuzun hərbi gücü, əsgərlərimizin şücaətindən danışıb.
Tədbirinin bədii hissəsində Coğrafiya fakültəsinin tələbələri: Ramal Kərimzadə, Səbinə Şabanova, Rəna Əsədova və Səkinə Hacıyeva Vətənpərvərlik mövzusunda şeir, Nurlan İbrahimxəlilov "Vətəndir" qəzəlini, Ziba Həsənova və Zəki Kərimli isə “Azərbaycan” mahnısını ifa edib. Təbərrik Zeynalova tərəfindən 8 gün erməni əsirliyində qalan Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun rabitəçisi olmuş Dürdanə Ağayevanın həyat hekayəsindən bəhs edən səhnəcik təqdim olunub. Tədbir Zəki Kərimlinin 8 noyabr zəfər gününə həsr etdiyi rep parçasını səsləndirməsi və Amil Məmmədovun Qarabağ şikəstəsini ifa etməsi ilə başa çatıb.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36