Ağdam şəhəri günü münasibətilə tədbir keçirilmişdir
Bakı Dövlət Universitetinin Geologiya və Tarix fakültəsinin birgə təşkilatçılığı ilə 20.11.2023-cü il tarixində Ağdam şəhərinin işğaldan azad olunmasının 3-cü ildönümü və Ağdam şəhəri günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov, dekan müavini Elnur Əbilov, Geologiya fakültəsinin dekan müavini Ələkbər Mirzəyev, Ümumi və tarixi geologiya kafedrasının müdiri professor Nazim İmamverdiyev, fakültələrin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov
44 günlük Vətən müharibəsinin tariximizin ən şanlı səhifəsi olduğunu və yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd edib. Bildirib ki, şanlı Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində qazanılıb. Bu qələbəni özündə ehtiva edən şanlı Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Ağdam şəhərinin bir güllə belə atılmadan azad olunmasının Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin və ordumuzun gücünün nəticəsidir.
Daha sonra çıxış edən Geologiya fakültəsinin Kompleks geoloji və geofiziki tədqiqatlar ETL-nin elmi işçisi, eyni zamanda Alban-Udi icmasının sədri Robert Mobili işğaldan azad olumuş ərazilərdə ən böyük problemlərdən birinin tarixi irsimizə qarşı olan qəsbkarlığın dünya ictimaiyyətinə çatdırmaqdır. İşğaldan azad olunduqdan sonra Ağdam şəhərində olduğunu söyləyən Robert müəllim şəhərin ruhlar şəhərini xatırlatdığını bildirdi. Lakin indi bərpa-quruculuq işləri nəticəsində şəhər yenidən əvvəlki görkəminə qayıdır, dağıdılmış tarixi abidələr bərpa edilir.
Faydalı qazıntılar kafedrasının müəllimi Ruslan Şəmiyev çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin əhəmiyyətindən, azad edilən torpaqlarımızda aparılan quruculuq işlərindən bəhs etmişdir. Şanlı Zəfər gününün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində qazanılması diqqətə çatdırılıb. Bu qələbəni özündə ehtiva edən şanlı Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günü olduğunu söyləmişdir.
Əslən Ağdamnan olan Geologiya fakültəsinin Ümumi və tarixi geologiya kafedrasının dosenti Nurəddin Abbasov və Geologiya fakültəsinin I kurs tələbəsi Aysel Məmmədova böyüyüb boya başa çatdığı şəhər haqqında öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Bədii hissədə Geologiya fakültəsinin I kurs magistrantı Rəşidə Hüseynova qələmə aldığı “Qarabağ bizimdir!” şeirini səsləndirmiş, II kurs kurs tələbləsi İlkin Gülmmədli ifasında və IV kurs tələbəsi Vəzir Ocaqverdiyevin gitarada müşaiyətilə “Cənab leytenant” mahnısı səsləndirilmişdir.
Sonda Ağdam işğaldan azad olunması ilə bağlı videoçarx təqdim olunmuşdur.