AzerGold QSC-nin insan resursları departamentinin baş mütəxəssisi və tələbələrlə arasında növbəti görüş
22 Dekabr 2022 22:41
22.12.2022-ci il tarixində “AzerGold QSC-nin insan resursları departamentinin baş mütəxəssisi Valid Əliyev ilə Geologiya fakültəsinin tələbələri arasında görüş keçirilmişdir. Görüşdə həmçinin Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İlqar Quliyev, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov, Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov və Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev də iştirak etmişdir. Tədbirdə iştirak edən AzerGold QSC-nin insan resursları departamentinin baş mütəxəssisi Valid Əliyev ümumilikdə şirkət haqqında və hər il təşkil olunan təqaüd proqramı haqqında ətraflı məlumat vermiş, layihənin Cəmiyyətin orta və uzunmüddətli strategiyası çərçivəsində müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların zamanında cəlb olunması planı çərçivəsində ötən ilin sonlarından etibarən həyata keçirildiyi qeyd olunmuşdur. Bildirilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan sonuncu kurs bakalavr və magistrları əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.
Sonda tələbələr arasında aparılan sorğuda xüsusi fəallıq göstərən Hidrogeologiya mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Mələknaz Mehtiyevaya şirkət adından hədiyyə təqdim olunub.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36