AzerGold”un müşavirinin BDU-da ustad dərsi

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı ilə “AzerGold” QSC-nin müşaviri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahbəddin Musayev fakültənin professor-müəllim heyəti üçün ustad dərsi keçib.
Şahbəddin Musayev “AzerGold” QSC tərəfindən “Müasir innovativ kəşfiyyat metodlarının tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının filiz potensialının qiymətləndirilməsi” mövzusunda keçirilən ustad dərsində dövlət şirkəti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işlərinin əsas istiqamətləri, ölkəmizin mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və yeni mədənlərin işə salınması istiqamətində həyata keçirilən fəaliyyət ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” tərəfindən icra edilən proqrama əsasən, Kiçik Qafqaz sıra dağları – Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasını əhatə etməklə ümumilikdə 15 409 km² sahədə kompleks geoloji tədqiqatların aparılması nəzərdə tutulub.