“Azərbaycan Udi ocağı”nda keçirilən tədbir
18 May 2023 15:24
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov çıxış edərək Ulu öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasını xüsusi vurğuladı. Heydər Əliyev müxtəlifliyindəki azərbaycançılıq ideologiyası müasir Azərbaycan ərazisində tarixən yaşamış xalqların tarixi, mənəvi, əxlaqi, mədəni ənənələrinə əsaslanan birlik ideyasına əsaslanır.
Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov çıxış edərək bildirdi ki, Nic qəsəbəsində yaşayan udilər Qədim Qafqaz Albaniyasının tarixi-memarlıq abidələrinin qanuni varisləridir. Torpaqlarımızın işğal altında olduğu 30 il müddətində ermənilər ərazidəki Alban abidələrini tamamilə saxtalaşdırmış. Alban simvolikalarını, daş kitabələrini, məxsusluq ornamnetlərini ləğv etmiş, onların yerinə saxta erməni yazıları və petroqliflər yerləşdirmişlər. 44 günlük Zəfər müharibəsində əsirlikdən azad edilmiş bu abidələr haqqında danışan cənab Ali Baş Komandan İlham Əliyev onların hər birinin bərpa ediləcəyini və əsl sahiblərinin ixtiyarına veriləcəyini demişdir. Bugün udilər dini ainlərini Kəlbəcərdə Xudavəng monastrında, Laçında Ağoğlan monastrında. Talış kəndindəki Alban kilsəsində keçirirlər.
Tədbirdə çıxış edən Alban-Udi icmasının sədri Robert Mobili bildirmişdir ki, əsrlər boyu nüfuzlu dairələrin azadlıqsevər xalqları əsarət altına almaq planlarında istifadə etdiyi bu bəlaya dağıdıcı təsir kommunist rejiminin süqutu ilə Azərbaycanda da yaşandı. Xoşbəxtlikdən gənc ölkənin keşməkeşli dövrü uzun sürmədi və bu fenomenal qabiliyyətləri ilə ilə xalqı vahid azərbaycançılıq fəlsəfəsi ətrafında birləşdirməyə imkan verən Ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləridir. Məhz buna görə də Heydər Əliyev azsaylı xalqların və dini icmaların. O cümlədən, alban-udi xristian icmasının hüquqlarına və mədəni-mənəvi dəyərlərinə ciddi hörmətlə yanaşaraq ölkə xalqında öz qüvvələrinə inamı bərpa etməyə nail oldu. Çoxmillətli, çockonfessiyalı Azərbaycan Respublikasında Prezident İlham Əliyev məqsədyönlü sosial-mədəni proqramların köməyi ilə milli quruculuğun mədəni linqvistik, etnik müxtəliflik kimi strateji əhəmiyyətli seqmentində təhlükəsizlik marjasını artırmağa davam edir. Prezident İlham Əliyev tərəfindən haqlı olaraq qeyd edilmişdir: “Əsrlər boyu Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin, eləcə də etnik qrupların nümayəndələri bir ailə kimi sülh və ləyaqət şəraitində yaşayıblar. Bugün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin inkişafına uğurla töhfələr verirlər. Hesab edirəm ki, bu bizim ən böyük sərvətimizdir.”
Daha sonra Qəbələ rayonu Nic qəsəbəsinin səlahiyyətli nümayəndəsi İbrahim Məmmədov. Belarusiya Respublikasının Udi icmasının nümayəndəsi Roman Quqasari tədbirdə çıxış edərək. Öz fikirlərini bildirmişlər.
Sonda “Azərbaycan Udi ocağı”na, Müqəddəs Məryəm Ana Alban kilsəsinə, “Cotari” Alban-udi kilsəsinə ümumi ekskursiya edilmiş, udilərin tarixi, onların Azərbaycanda yaşayış məskənləri, həyat şəraiti, adət-ənənələri, sosial-iqtisadi vəziyyəti barədə məlumat verilmişdir.
Son XƏBƏRLƏR
01.08.2024 | 15:37
“İdeyanı Reallaşdır 2023” qrant layihəsi
29.05.2024 | 15:42
“Əbədi Müstəqillik” adlı tədbir
15.03.2024 | 16:39
Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsi
15.03.2024 | 15:49
“Neft-qaz geologiyası və Azərbaycanda neft sənayesinin perspektivliyi” mövzusunda maarifləndirici seminar
06.03.2024 | 16:36