AZƏRSU ASC-də tədbir
4 Aprel 2022 10:09
Aprelin 4-də "Sudan İstifadə Sahəsində Mütəxəssislər" ictimai birliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respubilka Komitəsi və “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Sudan səmərəli istifadənin metodları” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə BDU Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, dekan müavini İlqar Quliyev, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov və kafedranın müəllimləri Ələkbər Mirzəyev və Günay Hüseynova iştirak etmişlər.
Tədbirdə çıxış edən Mamoy müəllim layihənin mahiyyəti haqqında öz fikirlərini bildirmişdir. O, həmçinin bildirmişdir ki, bundan sonra da bu tipli vacib layihələrin keçirilməsinə böyük ehtiyac vardır. Qlobal iqlim dəyişikliyi fonunda yaranan içməli su problemi və onun həlli istiqamətləri dövlətin diqqət mərkəzindədir. Prezident cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə dair həsr olunmuş videoformatda keçirilən müşavirədə bu məsələnin xüsusi vurğulandığını qeyd etmişdir. Nitqin sonunda layihədə iştirak edən hər kəsə uğurlar arzulamışdır.
Daha sonra Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov çıxış edərək layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirmişdir. Bu tipli mövzularda tələbələrin daha aktiv iştirakının vacibliyini vurğulayan Bahadır müəllim müasir dövrün qlobal problemi olan suyun səmərəli istifadəsi üçün maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu söyləmişdir.
Sonda layihə iştirakçıları sertifikatlarla və diplomlarla təltif olunmuşdur.
Son XƏBƏRLƏR
18.05.2025 | 20:11
BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi
11.05.2025 | 17:13
Geologiya fakültəsinin IV kurs tələbələri istehsalat təcrübəsində
05.05.2025 | 23:32
Respublika elmi konfransı
05.05.2025 | 23:20
Konstitusiya və Suverenlik ili
03.05.2025 | 14:35