Bakı Dövlət Universitetinin Geologiya fakültəsində növbəti elmi seminar keçirilmişdir.
26 May 2026 12:05
-lg.jpg)
Bakı Dövlət Universitetinin Geologiya fakültəsində növbəti elmi seminar keçirilmişdir. Elmi seminar geologiya elminin tarixi-mədəni irsin araşdırılması və qorunmasında roluna həsr olunmuş, qədim memarlıq nümunələrinin müasir elmi metodlarla öyrənilməsi istiqamətində aparılan tədqiqatların nəticələrinin təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Seminarın mövzusu “Qədim Bakı abidələrində aparılmış rentgenoqrafik tədqiqatlar” olmuşdur. Tədbirdə məruzə ilə BDU-nun Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov çıxış etmişdir.
Son XƏBƏRLƏR
08.05.2026 | 20:35