Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10 illiyi münasibətilə “Aprel Döyüşləri: Tarixi yaddaş, Milli Qürur və Zəfər ruhu” adlı tədbir keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10 illiyi münasibətilə “Aprel Döyüşləri: Tarixi yaddaş, Milli Qürur və Zəfər ruhu” adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döyüşlərinin əhəmiyyətini bir daha gənc nəslin diqqətinə çatdırmaq, həmin döyüşlərdə nümayiş etdirilən igidlik və vətənpərvərlik nümunələrini təbliğ etmək, eyni zamanda tələbələr arasında milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və vətənə bağlılıq hissinin daha da gücləndirilməsinə töhfə vermək olub.