Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Geoparklar: geoloji irsin qorunması və davamlı inkişaf” mövzusunda elmi-praktiki təlim keçirilib.
23 Fevral 2026 16:45

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Geoparklar: geoloji irsin qorunması və davamlı inkişaf” mövzusunda elmi-praktiki təlim keçirilib. Tədbirin məqsədi geopark anlayışının elmi mahiyyətini izah etmək, geoloji irsin qorunmasının vacibliyini diqqətə çatdırmaq, geoparkların davamlı inkişaf, şəhərsalma və ekoloji mühafizə siyasətində rolunu nümayiş etdirmək olub. Tədbir çərçivəsində geoparkların yaradılmasının elmi əsasları, beynəlxalq təcrübə və onların regional inkişaf strategiyalarına inteqrasiyası məsələləri müzakirə olunub.