BAKI DÖVLƏT UNİVERSİTETİNİN GEOLOGİYA FAKÜLTƏSİNİN VƏ YAP YASAMAL RAYON TƏŞKİLATININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ 27 MART - ELM GÜNÜNƏ HƏSR OLUNMUŞ “ELM VƏ TƏHSİL: MÜASİR ÇAĞIRIŞLAR” MÖVZUSUNDA GENİŞ TƏRKİBLİ MAARİFLƏNDİRİCİ TƏDBİR TƏŞKİL OLUNUB.

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 27 mart - Elm Gününə həsr olunmuş “Elm və Təhsil: Müasir Çağırışlar” mövzusunda geniş tərkibli maarifləndirici tədbir təşkil olunub.
Tədbir tələbə-gənclərin elmə marağının artırılması, müasir çağırışlar fonunda təhsil sisteminin inkişaf istiqamətlərinin müzakirəsi məqsədi daşıyıb.Tədbirdə Milli Məclisin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyev və hüquq elmləri doktoru, professor Zahid Cəfərov iştirak ediblər.